Təkrari və ya xronik infeksiyaları təyin edin. Xəstəyə tütünçəkməni dayandırmasını məsləhət görün.
Etiologiya
Xəstəlik hallarının yarısından çoxunda xəstəliyə səbəb olan agent 100-dən çox serotipi məlum olan rinovirus tipindən biridir.
Digər tez-tez rast gəlinən virus etiologiyasına koronavirus, RSV, influenza virusu və parainfluenza virusu daxildir.
Nadir rast gəlinən etioloji səbəblərə adenovirus, enterovirus, metapnevmovirus və Epşteyn-Barr virusu (EBV) daxildir.
Simptomlar
Əsas açar simptomlar burun tıxanıqlıgı, burun axması və öskürəkdir.
Digər tez-tez rast gəlinən simptomlara boğaz ağrısı, baş ağrısı, əzələ ağrısı və subfebril bədən temperaturu daxildir
Sİmptomların pik dövrü adətən xəstəliyin 3-4-cü günlərində olur və həftə ərzində simptomlar yüngülləşir. Öskürək bir neçə həftə davam edə bilər.
Differensial diaqnostika
Faringit
Sinusit
Bronxit və ya pnevmoniya , mikoplazma infeksiyası
Allergiya simptomları, yaz atəşi (pollinoz)
Müayinələr
Anamnez: əvvəllər sinusit və ya bronxit epizodları, tütünçəkmə, qızdırma
Xəstənin ümumi vəziyyətinə diqqət edin və ağırlaşmış vəziyyətləri təyin edin.
Ağız və udlaq: badamcıq ətrafı şişkinlik peritonzilyar absesi düşündürür
Boyun
Böyümüş limfa düyünləri (adenovirus, mononukleoz, streptokoklar)
Həssas qalxanabənzər vəzi: yarımkəskin tireoidit boğaz ağrısının az rast gəlinən səbəbidir .
Çənə boşluqları: yuxarı çənə sümüyünün sinus boşulqlarında maye toplanması ilə müşahidə olunan tez-tez rast gəlinən qısa müddətli soyuqdəymə zamanı əng sümüyünün radioloji müayinəsi məsləhət görülmür.
Qulaqlar: qulaq simptomları olan xəstələr müayinə olunur.
Ağciyərlər: xırıltılar, o cümlədən fitverici tənəffüs, bəlgəmin ayrılması; əgər xəstədə səsli tənəffüs və ya təngnəfəslik varsa nəfəsvermənin pik sürətini ölçün.
Laborator analizlər ümumilikdə məsləhət görülmür. Onlar virus və bakterial infeksiyanı differensiasiya etmək və ya spesifik patogeni axtarmaq üçün səbəb olduqda istifadə edilə bilər.
Qanın ümumi analizi + trombosit sayı. Kəskin infeksiyalarda limfositopeniya tez-tez rast gəlinir. Bir çox viruslar neytrofil istehsalını azalda bilərlər. Bəzən neytropeniya virus infeksiyası sakitləşdirildikdən sonra bir neçə həftə davam edə bilər. Bakterial infeksiyalar adətən neytrofiliyaya səbəb olurlar və sümük iliyində hüceyrə istehsalını zəiflətmirlər.
C-reaktiv zülal analizinin istifadəsi aşağı tənəffüs yolları infeksiyaları və sinusit zamanı antibiotiklərin təyinini azaldan müalicə seçimlərini dəstəkləyir.
Tonzillit şübhəsi olduqda udlaq yaxması (streptokok kulturasına üstünlük) götürün.
Mononukleoz şübhəsi olduqda ekspress diaqnostika və ya Epşteyn-Bar virusunun seroloji analizini edin.
İnfluenza A və B burun-udlaq yaxmasından ekspress diaqnostika vasitəsilə analiz edilə bilər. Bu testin istifadəsi yalnız epidemik fəsil zamanı və pozitiv cavabın antiviral müalicəyə (simptomların qısa müddətdə davam etməsi, dərman müalicəsi tələb edən əsas xəstəlik) apardığı hallarda məsləhət görülür.
Digər respirator viruslara həmçinin aspirasiya olunmuş seliyin nümunəsinin müayinəsi (spesifik test RSV, influenza A/B, adenovirus, parainfluenza virusları, enterovirus, rinovirus, metapnevmovirus, koronavirus və bokavirus təyin edə bilər) vasitəsilə diaqnoz qoyula bilər. Spesifik müalicələr mövcud olmadığı üçün testin istifadəsi yalnız xüsusi hallarda tələb olunur.
Profilaktika və müalicə
Epidemik fəsillərdə əl yuyulmasının intensivləşdirilməsi xüsusilə uşaqlar arasında virusun yayılmasını azaldır.
Simptomatik müalicə
ehtiyac olduqda yataq rejimi təyin olunur, amma xroniki xəstəlikləri olmayan böyüklərdə xəstənin vəziyyəti imkan verdikcə fiziki fəaliyyəti məhdudlaşdırmağa ehtiyac yoxdur.
Lazım olduqda analgetiklər (birinci seçim kimi parasetamol; QSİƏM təyin olunubsa, əks-göstərişlər və yan təsirlər yadda saxlanılmalıdır ).
Buxar inhalyasiyası
Burun axmasına qarşı vasitələr , antihistaminlərlər burun axmasına qarşı vasitələrin kombinasiyası
Vitamin C-nin uzunmüddətli böyük dozalarda gündəlik qəbulu soyuqdəymə epizodlarını azaltmadığı, amma soyuqdəymə simpptomlarının müddətinin azacıq zəifəməsini təmin etdiyi müşahidə olunmuşdur.
75 mq/gün başlayan dozada sink pastilləri simptomların başlanmasından sonrakı 24 saat ərzində qəbuluna başlandıqda simptomların davam etmə müddətini təxminən 24 saat azaldır. Buna baxmayaraq istifadə qarın simptomları və ağızda pis dad kimi yan təsirlərlə assosiasiya olunur.
Boğazda olan ağrı şiddətli olduqda qlükokortikoidlərin tək dozası (məsələn, prednizolon 60 mq) sürətlə ağrını yüngülləşdirir.
Öskürək dərmanlarının effektivliyinə dair sübutlar yoxdur.
Xəstəliklə əlaqədar iş izni xəstənin vəziyyəti və işin tərkibinə əsasən qiymətləndirilir. Əgər xəstəliklə əlaqədar izin vacibdirsə, 1-3 gün adətən kifayətdir.
Bakterial xəstəliklər
Eyni zamanda bakterial xəstəliklər öz-özünə sağala bilər. Tonzillit və kəskin haymoritin antibiotiklə müalicəsinin effekti məhduddur.
Birinci seçim adətən penisillin və ya amoksisillindir.
Əlaqəli mənbələr
Koxreyn baxış-icmallar
Digər sübutların icmalı
Ədəbiyyat
Llor C, Moragas A, Bayona C et al. Efficacy of anti-inflammatory or antibiotic treatment in patients with non-complicated acute bronchitis and discoloured sputum: randomised placebo controlled trial. BMJ 2013;347():f5762.