Peritonzilyar absesin drenajı

EBM Klinik protokolları
06.09.2017 • Sonuncu dəyişiklik 06.09.2017
AnttiMäkitie

Əsasları

Ləvazimatlar

Prosedur

  1. Lazım gəldikdə prosedurdan əvvəl xəstəyə i/v maye və analgetik təyin edilir.
  2. Xəstə dik vəziyyətdə oturarkən və ağzını mümkün olduğu qədər açıq saxlayarkən dili dil depressoru vasitəsilə basın. Hipofarinks və larinks aşağı ödemi, toxumaların qabarıqlığını və hava yollarının mümkün obstruksiyasını istisna etmək məqsədilə güzgü vasitəsilə təftiş edilir.
  3. Abses üzərindəki selikli qişanın ən nəzərə çarpan hissəsinə sprey vasitəsilə yerli anestetik səpilir.
  4. 1-2 ml yerli anestetik damaq-dil qövsünün (lat. arcus palatoglossus) altına, absesin yerləşdiyi yerə birinci düz selikli qişanın altına daha sonra isə daha dərinə infiltrasiya edilir. Üç yerdən aspirasiya edərək absesi lokallaşdırmağa çalışın (şəkil).
  5. Abses, anestetik iynə və ya böyük iynə vasitəsilə irinin drenajı ilə boşaldıla bilər''?>. Xəstə yoxlanış üçün növbəti gün gələ bilər və prosedur təkrarlana bilər. Əgər sağalmada aşkar şəkildə proqress müşahidə edilməzsə, rezeksiya icra edilə bilər (6. bəndə nəzər salın).
  6. Əgər abses iynə aspirasiyası vasitəsilə kifayət qədər boşaldılmamışdırsa, böyük kəsiyin aparılmasına ehtiyac duyulur. Yerli anesteziyanın təsiri altında ən böyük qabarıqlıq istiqamətində damaq qövsünə paralel olan selikli qişada 1-1.5 sm kəsik aparın.
  7. Abses boşluğunu tapana qədər badamcığın kapsulu boyunca hemostatik və ya bucaqlı maşa vasitəsilə kəsiklər aparın. Maşaları yalnız abses boşluğunda olan zaman sürtün. Siz badamcığın arxa hissəsinə onun kənarından yol tapmalısınız və badamcıq toxumasında çaşqınlıq yaşamamalısınız. Sagittal müstəvidə işləyin və çox kənara çıxmayın (karotid arteriya).
  8. Oral sovurma üçün hazırlanmış sərt kateter (metal və ya plastik) vasitəsilə irinin hamısını kənarlaşdırın və lazım gəldikdə bakterial əkmə üçün nümunə götürün. 
  9. Xəstə önə doğru əyilmiş istiqamətdə oturmalı və ağzını soyuq ağız yaxalayıcı maye vasitəsilə qanama dayanana qədər yaxalamalıdır.
  10. Analgetikin dozasını kifayət qədər verin (məs. lazım gəldikdə ibuprofen 600 mq x 3).
  11. Antibakterial terapiya: xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ya oral ya da parenteral penisilin V (1 milyon İU 10 gün ərzində gündə 3 dəfə). Absesin böyük bir hissəsində anaerob bakteriya mövcud olur, lakin daha əvvəl absesi drenaj edilmiş yetkinlik yaşına çatmış xəstələrdə geniş spektorlu antibakterial dərmanların faydalarını nümayiş etdirəcək bir əlamət mövcud olmur. Əgər xəstə penisilin, nə sefalosporin nə də amoksisilin qəbul edə bilmirsə və ya allergiyadan əziyyət çəkirsə klindamisin tətbiq edilə bilər. Əgər aspirasiya və ya kəsiklər zamanı absesə təsadüf edilmirsə, və ya o, lazımı qədər drenaj edilməyibsə, metranidazol (7 gün ərzində gündə 3 dəfə 400 mq) müalicəyə əlavə edilə bilər.
  12. Xəstənin işindən asılı olaraq adətən bir neçə gün və ya bir həftəlik xəstəlik məzuniyətinə ehtiyac duyulur.
  13. Əgər simptomlar davam edərsə, xəstə əməliyyatdan 1-2 gün sonra  təkrari müayinəyə gəlməlidir. Abses boşluğu bucaqlı maşa vasitəsilə açılır (yerli anesteziya) və drenaj edilir. Lazım gəldikdə prosedur 2 gündən sonra yenidən təkrarlanır.

Tonzillektomiya

Adiyyatı mənbələr

Powell J, Wilson JA. An evidence-based review of peritonsillar abscess. Clin Otolaryngol 2012;37(2):136-45. Khayr W, Taepke J. Management of peritonsillar abscess: needle aspiration versus incision and drainage versus tonsillectomy. Am J Ther 2005 Jul-Aug;12(4):344-50. Shaul C, Koslowsky B, Rodriguez M et al. Is Needle Aspiration for Peritonsillar Abscess Still as Good as We Think? A Long-term Follow-up. Ann Otol Rhinol Laryngol 2015;124(4):299-304. Steyer TE. Peritonsillar abscess: diagnosis and treatment. Am Fam Physician 2002 Jan 1;65(1):93-6. Wikstén JE, Pitkäranta A, Blomgren K. Metronidazole in conjunction with penicillin neither prevents recurrence nor enhances recovery from peritonsillar abscess when compared with penicillin alone: a prospective, double-blind, randomized, placebo-controlled trial. J Antimicrob Chemother 2016;71(6):1681-7.

Yuxarıya