Exinokokklar lentşəkilli qurdlar sinfinə aiddir və itkimilər yarım dəstəsinə aid heyvanlarda parazitdirlər.
Sistik (sistli) exinokokkoz Echinococcus granulosus tərəfindən, alveolar exinokokkoz isə Echinococcus multilocularis tərəfindən yaranır. Bundan əlavə 6 digər daha nadir exinokokk növü müəyyənləşdirilmişdir.
Yoluxma
İtlər və itkimilər yarım dəstəsinə aid olan digər heyvanlar (yenotlar, canavarlar, tülkülər) exinokokklar üçün yekun sahib rolunu oynayır və yumurtalar onların nəcisi ilə xaric olunur.
Aralıq sahiblər (məsələn, qoyunlar, şimal maralları, sığınlar, kiçik gəmiricilər və həmçinin, təsadüfi sahiblər kimi insanlar) yekun sahibin nəcisi ilə çirklənmiş qidanı daxilə qəbul etməklə infeksiyanı qazanırlar. Parazitin sürfə mərhələləri bağırsaq divarından adətən qaraciyər və ağciyərlərə nəql olunur. Burada onlar hidatid sist formalaşdırır. İllər ərzində sist bir neçə santimetrlik diametrə çata bilər.
Aralıq sahibin (məsələn, Şimal maralı, Amerika sığını) əti insanlar üçün yoluxdurucu deyil. İtlər və digər itkimilər içalat daxil olmaqla çirklənmiş əti yeməklə infeksiyaya yoluxa bilər.
Epidemiologiya
Sistik exinokkokz dünyanın hər yerində, xüsusilə itlərin heyvan içalatları ilə qidalandırıldığı yerlərdə rast gəlinir.
Alveolar exinokokkoz Şimal yarımkürəsində rast gəlinir. Xüsusilə tülkülər və Arktika tülküləri əsas sahiblər olsa da itkimilər yarımdəstəsinə aid olan digər heyvanlar da sahib rolunu oynaya bilər. Aveolar exinokokkoz bir çox mərkəzi Avropa ölkələrində ən çox rast gəlinən toxuma paraziti xəstəliyidir. Skandinaviya ölkələrində bu xəstəlik heyvanlar arasında nadirdir. İsveçdə tülkülərdə sporadik infestasiyalar məruzə edilmişdir.
Symptomlar
Sistik exinokokkoz
Sistlər uzun müddət ərzində heç bir simptoma səbəb olmur və çox zaman təsadüfən, məsələn, qaraciyərin ultrasəs müayinəsində aşkar edilirlər. Sistin diametri 10 sm-dən də böyük ola bilər.
Sistlər çox zaman qaraciyər və ağciyərlər, lakin həmçinin, mərkəzi sinir sistemi, sümüklər və s. olmaqla yerləşməsindən asılı olaraq kompressiya simptomlarına səbəb ola bilər.
Sistin cırılması anafilatik reaksiya və ya qan hayxırma (ağciyər sisti) ilə nəticələnə bilər.
Alveolar exinokokkoz
İnsanlarda Echinococcus multilocularis tərəfindən törənən xəstəlik daha sürətli inkişaf edir və onu sistik exinokokkoza nisbətən müalicə etmək daha çətindir.
Parazit tərəfindən formalaşan sistlər çoxkameralıdır və invaziv böyümə xüsusiyyətinə malikdir.
Həmçinin, digər cəhətdən də xəstəliyin xərçəngə-bənzər xarakteri var və məsələn, digər orqanlara "metastazlar" göndərə bilər.
Diagnoz
Diaqnoz məruz qalma anamnezi olan pasiyentdə radioqrafik görüntüləmə ilə (ultrasəs, döş qəfəsinin rentgenoqrafiyası, kompüter tomoqrafiyası və ya maqnit rezonans tomoqrafiyası) tipik sistin tapılması əsasında təyin edilir.
Digər, adətən daha çox rast gəlinən sistli xəstəliklərlə bağlı differensial diaqnostika vacibdir.
Exinokokk anticisimlərinin mövcudluğu diaqnozu təsdiqləyir. Lakin analizin mənfi cavabı exinokokkozu istisna etmir.
Cərrahiyyə və ya aspirasiya ilə əldə edilmiş sist nümunələri parazitoloji laboratoriyada müayinə edilə bilər. Albendazol (albendazole) ilə müdafiə altında (yayılmanın qarşısını almaq üçün) punksiya mümkün bir prosedurdur, lakin yanaşı PAİR (punksiya-aspirasiya-inyeksiya-reaspirasiya) müalicəsi olmadan nadir hallarda istifadə olunur (aşağıda baxın). Nümunə götürməzdən əvvəl parazitoloqla məsləhətləşmək tövsiyyə olunur.
Nəcis nümunəsinin parazitlərin mövcudluğuna görə yoxlanması heç bir dəyər kəsb etmir.
Müalicə seçimləri
Terapevtik yanaşmanın seçimi sistin ölçüsü, yerləşməsi və strukturu əsasındadır.
Sistik exinokokkozda əsas müalicə seçimlərinə müalicəsiz təqib-müşahidə (xüsusi lisenziya tələb oluna bilər); albendazol (albendazole) qəbul etməklə ultrasəs nəzarəti altında sistin punksiyası və aspirasiyası, hipertonik duz məhlulu ilə inyeksiya edilərək doldurulması və reaspirasiya edilməsi; kateterdən aspirasiya (albendazol qəbul etməklə) və ya bötüv, zədələnməmiş sistin cərrahi kəsilib götürülməsi (albendazol qəbulu altında; sistin zədələnməsindən qaçılmalıdır) daxildir.
Alveolar exinokokkozun ilkin mərhələsində geniş cərrahi xaric etmə yeganə yaxşı müalicə variantıdır. Hətta əgər albendazolun bəzi hallarda faydalı olması məruzə edilsə də, cərrahiyyənin daha yaxşı alternativləri yoxdur.
Profilaktika
İtkimilərdə infeksiaynın qarşısının alınması (məsələn, lentşəkilli qurdlar əleyhinə dərman vasitələri, infeksiyalaşmış içalatla qidalandırmamaq)
Müvafiq qida gigiyenası, xüsusilə uyğun heyvan kəsimi prosedurları, ov ətinin yoxlanması.
Əlaqəli resurslar
Digər internet resurslar
Ədəbiyyat
Ədəbiyyat
Tamarozzi F, Nicoletti GJ, Neumayr A et al. Acceptance of standardized ultrasound classification, use of albendazole, and long-term follow-up in clinical management of cystic echinococcosis: a systematic review. Curr Opin Infect Dis 2014;27(5):425-31.