Kriptosporidiyalar Sporozoa sinfinə mənsub olan protozoa parazitlərdir. Bunlardan biri (C. hominis) insan parazitidir. Həmçinin, bir neçə digərləri (məsələn,C. parvum) həm heyvanlarda, həmdə insanlarda parazitlik edə bilər.
Epidemiyalara, QİÇS ilə əlaqəli aparılması çətin olan diareyaya və uşaqlarda qidalanma problemləri ilə bağlı müşahidələrə görə dünya üzrə əhəmiyyəti artmışdır.
İki digər protozoanlar, Cyclospora cayetanensis və Cycloisospora belli (əvvəllər Isospora belli) kriptosporidiyaya bənzər infeksiyalara səbəb ola bilər.
Yayılma
Bütün dünyada rast gəlinir. Buzovlarda diareyaya səbəb olan C. parvum insanları yoluxdura bilər.
Ötürülmə
Ötürülmə fekal kütlələrlə çirklənmiş qida və ya içkidə oositlərin udulması və ya birbaşa yolla nəcisə çirklənmiş kontaktla baş verir.
Simptomlar
İnkubasiya dövrü təxminən bir həftədir (7-10 gün).
Simptomlar sulu diareya və epiqastral spazmlarla başlanır. Ürəkbulanma çox, qusma isə daha az rast gəlinir.
Pasiyentlərin üçdə birində qısa müddətli (24 saat) hərarət dövrü var.
Simptomlar 2 gün-1 ay arasında dəyişməklə orta hesabla 12 gün sürür. İmmun çatışmazlığı olan pasiyentlərdə simptomlar şiddətli və uzun müddətli ola bilər.
Diaqnoz
Diaqnoz törədici mikroorqanizmin nuklein turşusunun aşkar edilməsi və ya mikroskopiya vasitəsilə tapılmasının əsasındadır.
Ən həssas və buna görə də birinci dərəcəli test parazitin nuklein turşularının nəcisdə aşkar edilməsidir.
Əgər nuklein turşularının aşkar edilməsi testini əldə etmək mümkün deyilsə, mikroskopiya əsasında test bir alternativdir. Xəstəliyin erkən mərhələsində oosistlər ən bol ekskresiya olunur və beləliklə ən yaxşı aşkar edilir. Bu zaman fərqli günlərdə əldə edilmiş iki nəcis nümunəsi kifayət edə bilər. Simptomlar itdikdən sonra oosistlər təxminən 1 həftə ərzində nəcislə ekskresiya olunmaqda davam edir.
Bu test həmçinin, diareya törədən protozoanlar olan Cyclospora cayetanensis və Cycloisospora belli mikroorqanizmlərinin oosistlərini də aşkar edə bilər. Ona görə də mikroskopiya bu mikroorqanizmlər barədə şübhə olduğu zaman birincili testdir.
Antigenin nəcisdə aşkar edilməsi analizi alternativ diaqnostik testdir. Nuklein turşusunu aşkar edilməsi testindən daha az həssas olduğundan, Cyclospora və Cycloisospora mikroorqanizmlərini aşkar edə bilmədiyindən bunun ikincili test olması aydındır.
Müalicə və proqnoz
Ümumilikdə sağlam şəxslərdə xəstəlik tədricən spontan sağalır və müalicə adətən simptomatikdir. Bəzi yoluxmuş şəxslər simptomsuz daşıyıcılar kimi qala bilərlər.
Nitazoksanid (3 gün ərzində 500 mq × 2; 1-3 yaşlı uşaqlarda 100 mq × 2 və 4 -11 yaşlı uşaqlarda 3 gün ərzində 200 mq × 2) ağır simptomları olan qeyri-immun çatışmazlıqlı pasiyentlərdə istifadə edilə bilər. Lakin bu dərman xüsusi lisenziya altındadır və pasiyentlərin təxminən yalnız yarısında effektivdir. Ona görə də dərman müalicəsinin ixtisaslaşmış müalicə müəssisələrində mərkəzləşdirilməsi məsləhətdir.
İmmun çatışmazlığı olan pasiyentlərdə (məsələn, İİÇV-yoluxmuş) diareya olduqca profuz ola və xəstəlik bir neçə ay davam edə bilər. İnfeksiya bağırsaqdan kənara çıxıb yayıla və hətta ölümcül ola bilər.
İmmun çatışmazlığı olan pasiyentlərdə dərman müalicəsinin effektivliyi barədə sübutlar ziddiyyətlidir. Kriptosporidioz peroral nitazoksanid ilə müalicə oluna bilər. Lakin immunosupressiyanı azaltmağa cəhd etmək daha vacibdir. Həmçinin, İİÇV infeksiyası üçün istifadə edilən dərmanlardan proteaza inhibitorları da Cryptosporidium əlyehinə bir qədər effektivdir.
Kriptosporidioza bənzərtəzahürlərə səbəb olan Cyclospora cayetanensis və Cycloisospora belli infeksiyaları trimetoprim-sulfametoksazolla müalicə edilə bilərlər.
Profilaktika
Profilaktika cirklənmədən qaçınmaq əsasındadır. Bu isə infeksiyanın mümkün mənbələrinin müəyyənləşdirilməsini, yəni Cryptosporidium infeksiyalarına diaqnoz qoyulmasını tələb edir.
Kriptosporidiya asanlıqla ötürülə bilir və buna görə də su, qida və ya şəxsdən-şəxsə kontakt ilə yayılmaqla epidemiyalara səbəb ola bilər.
Oosistlər xlorlaşdırılmış suda dağılmayaraq bir neçə gün infeksiya xüsusiyyətlərini itirmir. Buna görə də infeksiya ərzində üzmək, ən azından hovuzlarda üzməkdən qaçınılmalıdır.
Əlaqəli resurslar
Digər internet resurslar
Ədəbiyyat
Ədəbiyyat
Pönkä A, Kotilainen H, Rimhanen-Finne R et al. A foodborne outbreak due to Cryptosporidium parvum in Helsinki, November 2008. Euro Surveill 2009;14(28):.
Cacciò SM, Chalmers RM. Human cryptosporidiosis in Europe. Clin Microbiol Infect 2016;22(6):471-80.
Checkley W, White AC Jr, Jaganath D et al. A review of the global burden, novel diagnostics, therapeutics, and vaccine targets for cryptosporidium. Lancet Infect Dis 2015;15(1):85-94.