Hamilə qadınlar, immundefisitli şəxslər və bir neçə xəstəliyə malik yaşlı şəxslər, listeriya ilə zəngin olan və qaynadılmamış qidaları yeməkdən qaçınmalıdırlar.
Epidemiologiya
Listeriya monositogenez, torpaqda, daha çox az bişmiş qidalarda və heyvanların və insanların (təqribən 5%) bağırsaq traktının normal florasında tapılan bakteriyadır.
Listerioz nadir rast gəlinir; məsələn, Finlandiyada illik rastlantı, 50 nəfər/ milyon sakinə-dir. İnkubasiya müddəti 1-91 gündür.
İnfeksiya, listeriya ilə zəngin qaynadılmamış qidaların qəbulu nəticəsində yarana bilər. Həm tək şəkildə, həm də qida mənşəlli epidemiyalar şəklində qeydə alınmışdır.
Dölə anadan keçə bilər. İnsandan insana keçən digər formalara isə rast gəlinməyib.
Hamilə qadınlar, yenidoğulmuş körpələr, immundefisitli şəxslər və bir sıra xəstəliyi olan yaşlı şəxslər, infeksiyaya daha çox həssasdırlar.
Simptomlar
Sepsis və meningit ən mühüm klinik göstəricilərdəndir.
Hamiləlik zamanı listeriyanın gedişi, yüngül qrip xəstəliyinə oxşayır. Bu, abortla və yaxud da yenidoğulmuşlarda erkən sepsislə nəticələnə bilər.Yenidoğulmuşlarda doğuşdan bir neçə gün və ya həftələr sonra meningit inkişaf edə bilər (yenidoğulmuşlarda gec-yaranan listerioz).
Qeyd edilən risk faktorlarının müşahidə edilmədiyi şəxslərdə listeriya, yüngül qrip və ya qastroenterit (mədə- bağırsaq sisteminin pozulması) kimi özünü göstərə bilir.
Diaqnoz
Diaqnoz, qanın və serebrospinal (onurğabeyni) mayesinin əkilməsi nəticəsində təyin edilir (boyamada qram-müsbət çubuq şəkilli bakteriyalar görünür), hardakı listeriya standart metodlarla yetişdirilir. Digər mənşəlli nümunələrin (məsələn, nəcis, servikal selik) əkilməsi üçün xüsusi şərtlər tələb olunur .
Seroloji müayinədən az istifadə edilir.
Müalicə
Dərman preparatı olaraq, damardaxili təyin edilmiş yüksəkdozalı ampisilindən (və ya penisilin G) istifadə edilir.Aminoqlükosidlərlə birgə istifadə, klinik cəhətdən faydalı ola bilər.
Penisilinə qarşı allergiya olduqda, trimetoprim-sulfametoxazol və ya meropenem; yüngül hallarda isə həmçinin eritromisindən də istifadə edilə bilər.
Sefalosporinlər listeriyaya qarşı effektiv deyillər.
Listeriya hüceyrədaxili bakteriya hesab olunur və onun məhv edilməsi çətin ola bilər. Bakteremiyada müalicənin davam etmə müddəti 2 həftə, meningitlərdə 3 həftə, immundefisitli şəxslərdə isə bu müddət, daha uzundur.
Profilaktika
Listeriozdan uzaq durmaq üçün istifadə edilən ümumi tədbirlər üçün növbəti linki izləyin: CDC , NHS Direct
Risk qruplarına daxil olan şəxslər, qidanı qəbul etməzdən əvvəl onu yaxşıca qaynatmalıdırlar və pasterizə edilməmiş süd məhsullarından, qalmış pendirdən, vakuumlu qablaşdırılmalardan, qurudulmuş və yaxud da soyuq-hisə verilmiş balıq məhsullarından və çiy qidalardan uzaq durmalıdırlar.
Listeriya bakteriyaları soyuducudakı temperaturda da çoxalma qabiliyyətinə malikdir. Buna görə də qidanın "saxlama müddəti" nəzərə alınmayan hallarda listeriyanın qidada çoxalma riski artır.
Əlaqəli mənbələr
Digər internet mənbələri
Ədəbiyyat
Ədəbiyyat
Hof H, Nichterlein T, Kretschmar M. Management of listeriosis. Clin Microbiol Rev 1997 Apr;10(2):345-57.
Goulet V. What can we do to prevent listeriosis in 2006? Clin Infect Dis 2007 Feb 15;44(4):529-30.
Janakiraman V. Listeriosis in pregnancy: diagnosis, treatment, and prevention. Rev Obstet Gynecol 2008 Fall;1(4):179-85.