Yersinioz
EBM Klinik protokolları
26.04.2018 • Sonuncu dəyişiklik 07.02.2017
Editors
Əsas məqamlar
- Aşağıdakılar olduqda xəstədə yersiniozun olduğunu düşünün:
- kəskin qarın ağrısı
- kəskin ishal
- mənşəli bilinməyən qızdırma
- Reiter xəstəliyi
- artrit
- uretrit, balanit
- iritlər, konyunktivit
- düyünlü eritema
- sidik, qaraciyər funksiyası testləri və ya pankreatitlə bağlı laborator analizlərində pozuntular
- hypersedimentasiya.
Xəstəliyə səbəb olan patogenlər
- Yersinia enterocolitica 3 və 9, Y. pseudotuberculosis 1A və 3.
- Səbəbkar patogen faktor kliniki simptomlar əsasında müəyyən edilə bilinmir.
Simptomlar və kliniki mənzərə
Kəskin infeksiya simptomları
- Qizdırma
- İshal (80% pasientlərdə): əksər hallarda uşaqların nəcisində gan və selik olur
- Abdominal ağrı: uşaqlarda əsasən qarının sağ aşağı nahiyəsində; simptomlar appendisiti xatırladır. Xəstə əməliyyat olunduqda mezenteral limfadenopatiya, terminal ileit və ya əsl appendisit aşkar edilə bilər.
İnfeksiyadan sonra olan simptomlar
- Reaktiv artrit
- enteritdən 1-3 həftə sonra
- Simptomlar mülayim artralgiyadan ağır poliartritə, bəzən Reiter sindromuna qədər dəyişir.
- Xəstələrin kiçik bir hissəsində xronik artrit yaranır.
- Xəstəlik HLA-B27 ilə ciddi şəkildə əlaqələndirilir.
- Okulyar (göz) simptomlar
- Sidik ifrazat sisteminə aid simptomlar
- Uretrit
- Balanit
- Qlomerulonefrit
- Dəri simptomları
- Düyünlü eritema ən çox görünən dəri təzahürüdür (təxminən 10% hallarda Yersiniya infeksiyası ilə bağlı olur); bu yersiniozun yeganə əlaməti ola bilər.
- Kardioloji (ürəklə bağlı) tapıntılar
- EKQ-də keçib-gedən (tranzitor) pozuntular
- ürəyin klapan xəstəlikləri yersinioz ilə əlaqəli deyil.
- Digər simptomlar
- Hepatit, pankreatit və ya tiroidit
-
Diaqnostika
Nəcisin əkilməsi və ya antigenlərin təyin edilməsi
- Ümumiyyətlə, yersiniyaya görə nəcisin əkilməsi əslində kəskin diarreya xəstəliyində təyin edilən nəcisin əkilməsi testinə daxildir. Həssaslığı yüksək olan nüvə turşusunu aşkarlama testi bir alternativdir.
- Xəstəliyin kəskin dövründə faydalıdır.
- Enterit əlamətləri aradan qalxdıqda, testin həssaslığı da azalır.
Serologiya
- Post-infeksion simptomlar (artritlər) əsas diaqnostika metodudur, amma düyünlü eritema, çoxformalı eritema, karditlərin və mənşəyi məlum olmayan qızdırmanın etiologiyasını araşdırarkən anticismlər müəyyən edilə bilər.
- Bakterial aqlutinasiya analizi xüsusilə IgM anticismlərinin müəyyən edilməsi üçündür. Bundan əlavə, daha konkret olan EIA testi də istifadə edilə bilər (EIA -enzyme immune assay, immunoferment testi).
- Yaxında baş vermiş infeksiyanı bir zərdab nümunəsi əsasında təyin etmək olar.
- IgM sinfinə aid anticismlər infeksiya zamanı bir neçə gün ərzində müəyyən edilir və bir neçə aydan sonra yox olurlar.
- IgG sinfinə aid anticismlər bir neçə il ərzində qan analizlərində aşkar edilə bilərlər.
- IgA sinifi anticismləri xüsusi olaraq artrit halları ilə əlaqələndirilir.
- Y. enterocolitica 9 və Brucella arasında çarpaz reaksiya baş verir. Lakin müsbət hallarda diaqnozun təsdiq edilməsi üçün avtomatik olaraq ELISA inqibisiya testi aparılır.
Müalicəsi
- Xəstəlik adətən özbaşına keçir.
- Xronik daşıyıcılara rast gəlinmir.
- Antibiotik müalicəsinin effektinə dair yetərli sübut azdır; antibiotiklərin post-infeksion simptomların meydana gəlməsində rolu da məlum deyil.
Antbiotiklərin təyini
- Septisemia
- Xəstəliyin fulminant forması və ya artrit kimi ağır infeksiya əlamətlərinin olması antibiotiklərin təyininə nisbi göstərişdir.
Dərman seçimi və dozası
- Xinolonlar, məs., siprofloksasin 500 mq x 2 dəfə, 7-10 gün ərzində
- Tetrasiklinlər yaxşı bir alternativdir.
- Trimetoprim-sulfa preparatı uşaqlar üçün seçim dərmanıdır.
Məsləhətləşmələr
- Kəskin appendesitə şübhə olduqda
- Ağır post-infeksion simptomlar olduqda