Xəstəlik kliniki mənzərəsinə əsasən müəyyən edilir. Gərəksiz müayinə və müalicə cəhdlərindən yayınmaq üçün xəstəlik seroloji olaraq təsdiq edilməlidir.
Poqosta xəstəliyi xroniki oynaq zədələnmələri ilə assosasiya oluna bilər.
Epidemiologiya
Etioloji faktor Sindbis-virusdur (Togaviridae ailəsi, Alphavirus cinsi). Bu virus yayın sonlarında milçək növləri vasitəsilə yayılır. Xəstəlik Avqust-Sentyabr aylarında Finlandiyanın əksər ərazilərində aşkar edilə bilər.
Bəzən Filandiyada ildə onlarla və ya yüzlərlə hallar diaqnostika olunur. Vaxtaşırı alovlanaraq bir neçə min xəstələnmə halları qeydə alınır.
Kliniki olaraq bənzər xəstəlik Isveçdə Okelbo xəstəliyi və Rusiyanın Kareliya bölgəsində Kareliya qızdırması adı ilə məlumdur.
Simptomları
Tipik kliniki əlamətləri artrit, gövdədə və ətraflarda qaşınan makulopapular səpgi, əzələ ağrısı və subfebril temperaturdur (Şəkillər ).
Digər simptomlara yorğunluq, başağrısı və ürəkbulanma aiddir.
Adətən bilək, topuq, barmaq və diz oynaqlarını əhatə edən poliartrit (tipik olaraq 3–5 oynaq). Oynaq simptomları digər simptomlarla birgə müşahidə edilir.
Artrit oynaqlarda gərginlik, ağrı və ödem ilə müşayət edilir.
Diaqnostika
İlin vaxtı: Finlandiya Poqosta xəstəliyinə əsasən yayın sonunda rast gəlinir, lakin bəzi hallarda İyun əvvəlində belə müşahidə edilə bilər.
Xəstəlik qışda rast gəlinmir.
Uzanmış oynaq simptomları hətta epidemik fəsildən sonra da aşkar edilə bilər.
Poqosta xəstəliyindən şübhələnəndə diaqnoz seroloji olaraq təsdiq edilməlidir.
Serodiaqnostika immunoferment müayinə (ing., enzyme immunoassayEİA) metodu vasitəsilə Sindbis virusa (SINV) qarşı IgG və IgM anticismlərinin aşkarlanmasına əsaslanıb.
IgM-nəticəsinin müsbət olması və/və ya SINV anticism səviyyəsinin dörd dəfə artması diaqnoz üçün həlledicidir.
Simptomların başlamasından bir həftədən az vaxt keçibsə anticismlərin neqativ olması infeksiyanı inkar etmir və belə hallarda ikinci analizə ehtiyac yaranır.
Sinovial mayedəki hüceyrələrin əksəriyyəti mononuklear yaxud polinukleardır; leykositlərin sayı adətən < 10 000-dir.
Trombositlərin sayı da daxil olan qanın ümumi sayımı və SRZ adətən normaldır.