Quduzluq ölümcül bir xəstəlikdir. Lakin kontaktdan dərhal sonra başlanılan vaksinasiya seriyası və immunoqlobulin müalicəsi ilə bu xəstəliyin qarşısı həmişə alına bilər.
Ümumi məlumat
Quduzluq məməlilərin mərkəzi sinir sistemini zədələyən bir virus infeksiyasıdır. Bu infeksiya insana bir heyvanın infeksiyalı ağız suyu ilə (dişləmə və ya selikli qişa ilə kontakt) ötürülür.
İnkubasiya dövrünün orta davam müddəti 20-90 gündür. Bu müddətdən sonra pasiyentdə ensefalomielit inkişaf edir ki, bu da insanlarda simptomların başlanmasından keçən bir neçə gün ərzində ölümə aparır.
Lakin inkubasiya dövrü 5 gündən hətta bir neçə ilə qədər olan bir müddət ərzində dəyişə bilər.
Hesablamalara görə hər il dünyada 100.000 adam quduzluqdan ölür.
Quduzluq bütün dünyada geniş yayılmışdır.
İnkişaf etmiş ölkələrdə insanlarda infeksiyanın ən mühüm mənbəyi vəhşi heyvanlar olduğu halda, Asiya, Afrika, eləcə də Cənubi və Mərkəzi Amerikanın yüksək riskli regionlarında vaksinasiya olunmamış itlər belə mənbə rolunu oynayır.
Quduzluq Avropada ən çox Rusiya, Ukrayna və Belarusda rast gəlinir. Estoniya və Latviya artıq quduzluqdan azaddır. Həmçinin, Litva yaxın gələcəkdə quduzluqdan azad olacaq.
Yarasalarda quduzluq quduzluğun digər formalarından azad olan ölkələrdə də rast gəlinir.
Müxtəlif ölkələrdə quduzluqla bağlı vəziyyətlə bağlı baxın:
Böyük Britaniyanın səlahiyyətli orqanları tərəfindən hazırlanmış ölkələr üçün spesifik siyahı
Ümumdünya Heyvan Sağlamlığı üzrə Təşkilatın (ÜHST) Ümumdünya Heyvan Sağlamlığı barədə Məlumat Bazası (ÜHSMB)
."?>
Müxtəlif vəziyyətlərdə quduzluğa yoluxmanın ehtimalı
Aşağıdakılar olduqda quduzluğa yoluxma barədə şübhələnilir:
quduzluq əlamətlərini göstərən (qeyr-normal davranış nümayiş etdirən) məməli heyvan və ya quduzluğun rast gəlindiyi regionlarda hətta asimptomatik məməli heyvan
insanı dişləyir və ya yalayaraq gəmirir
insanın selikli qişalarını və ya zədələnmiş dərisini yalayır
yarasa insanı dişləyir, tutub yapışır və ya cırmaqlayır.
Əlaqədar heyvan kiçik bir gəmirici (məsələn, sişovul, siçan, dələ, dəniz donuzu, dağsiçanı, qum siçanı) və ya dovşandırsa quduzluqla kontakt ehtimalı çox azdır.
Endemik regionda mümkün yoluxma baş verdikdə və heyvanın tipi barədə hər hansı qeyri-müəyyənlik olduqda müalicə nəzərdən keçirilməlidir.
Aşağıdakı hallarda quduzluğa yoluxma barədə şübhələnilmir:
quduzluqdan azad və heyvanlara müvafiq nəzarət mexanizmləri olan ölkələrdə:
təsadüfi konkret bir ev heyvanı və ya mənşəyi müəyyənləşdirilə bilməyən bir ev heyvanı insanı dişləyir
veterinar ölkəyə idxal olunmuş heyvanda quduzluq barədə şübhələnmir
quduzluğun rast gəlindiyi regiondan idxal olunmuş heyvan dəqiq olaraq 6 aydan çoxdur ki, yeni ölkədədir
quduzluğun qeyd edildiyi ölkə ilə sərhəd olan regionda yarasadan başqa digər bir heyvan insanı dişləyir.
insan müəyyən kontakt (toxunuş) olmadan bir yarasa ilə eyni bir məkanda olmuşdur
bir heyvan sağlam dərini yalnız yalamışdır
kontakt bir heyvanın yalnız xəzi, nəcisi və ya qanı ilə baş vermişdir
kontaktın olduğu heyvan məməlilərə aid deyil.
Quduzluq virusuna məruzqalma hadisəsindən sonra pasiyentin menecmenti
İnsan şübhəli bir heyvanla kontaktda olubsa, həmin heyvanı müəyyənləşdirmək və tutmaq üçün cəhdlər edilməlidir. Haldan asılı olaraq şübhəli quduz heyvanın sivil yolla məhv edilməsinə və müvafiq müayinələr aparılmasına ehtiyac ola bilər. Yerli təlimatlara müraciət edin.
Yara mütləq dərhal yuyularaq təmizlənməlidir: (təmizləmə infeksiyanın riskini əhəmiyyətli dərəcədə azaldır)
ilkin olaraq 15 dəqiqə ərzində sabun və su ilə
daha sonra isə 70%-li spirtlə (alkoqolla), məsələn, əllər üçün dezinfeksiya edici məhlul
Selikli qişalar təsirə məruz qalıbsa, çirklənmiş sahələr 15 dəqiqə ərzində bol miqdarda su ilə irriqasiya edilir.
Kontaktdan sonrakı profilaktika (vaksin və immunoqlobulin) kontaktdan sonra 24 saat ərzində və ən yaxşı hallarda mümkün qədər tez başlanılmalıdır. Cədvələ baxın .
Meymun dişləməsi halında Herpesvirus simiae ilə potensial infeksiyanın qarşısını almaq üçün dişləmədən sonrakı 5 gün ərzində valasiklovir 1 qram dozada gündə 3 dəfə və ya asiklovir 800 mq dozada gündə 5 dəfə olmaqla (müalicə müddəti 14 gün) müalicə başlanılmalıdır.
Kontaktdan sonrakı vaksin və immunoqlobulinin təyini
Kontakt yolu
Müalicə
1 Həmçinin, immunoqlobulin transplantasiya olunmuş pasiyentlər və ya QİÇS mərhələsində olan şəxslər kimi ağır immunçatışmazlığı ilə olan adamlara təyin edilməlidir.
2 İmmunoqlobulin olmadan daha az intensiv vaksinasiya rejimi (kontakdan sonra 0 və 3-cü günlərdə) daha əvvəllər quduzluq əleyhinə kontakt önü tam profilaktika və ya kontaktdan sonrakı tam profilaktika almış (4 və ya 5 doza) almış şəxslər üçün kifayətdir. Lakin ağır immunçatışmazlığı olan şəxslərə kontaktdan sonrakı tam müalicə (immunoqlobulin + 5 dozada vaksinasiya seriyası) verilir.
3 Əgər yara ilkin olaraq müvafiq qaydada təmizlənməyibsə və ya kontakt olmuş şəxsdə ağır immunçatışmazlığı varsa, kontaktdan sonrakı 28-ci gündə beşinci doza təyin edilir.
4 Əgər yara ilkin olaraq müvafiq qaydada təmizlənməyibsə, kontakt olmuş şəxsdə ağır immunçatışmazlığı varsa və ya ilkin mərhələdə şəxsə tövsiyə edilən immunoqlobulin verilməyibsə, kontaktdan sonrakı 28-ci gündə beşinci doza təyin edilir.
5 Şübhəli və ya dəqiqləşdirilmiş quduzluq infeksiyalı heyvanın və ya insanın müayinəsi və ya müalicəsi zamanı. 4Əgər yara ilkin olaraq təmizlənməyibsə və ya pasiyentin immun sistemi enibsə immunoqlobulin inyeksiyası buraxıldığı təqdirdə kontaktdan sonrakı 28-ci gündə beşinci doza təyin edilir.
5Yarasanın insanı dişləməsi, tutması və ya cırmaqlaması"?>
Heyvanın insanla kontaktı örtülməmiş dərinin qan çıxmadan cızılması və ya sıyrılmasından ibarətdir.
Vaksin dozası 4 dəfə təyin edilir; kontaktdan 0, 3, 7 və 14 gün sonra 1, 2, 3.
Dəridən keçən dişləmə, zədələnmiş dərinin və ya selikli qişaların ağız suyu və ya vəhşi heyvanlar üçün quduzluq əleyhinə yem kimi verilən vaksinlə çirklənməsi
Yarasa dişləmələri, tutaraq yapışmaları və ya cırmaqlamaları
Təsadüfi iynə batması və ya kəsilmiş yara zədələnməsi5.
Yuxarıda göstərildiyi kimi vaksinasiya + vaksinin ilk dozası ilə birgə təyin edilən immunoqlobulin dozası 2,4.
Kontaktdan sonrakı profilaktikanın təyin olunması
Vaksinasiya
Əzələ daxili inyeksiya deltavari əzələ nahiyəsinə vurulmalıdır. Heç zaman sarğı nahiyəsinə olmaz.
Uşaqlar üçün doza böyüklərdə olduğu kimidir. Körpələrdə bu inyeksiya budun bayır əzələsinin ön-bayır sahəsinə vurulur.
Vaksinin ilk dozası immunoqlobulin inyeksiyası (əgər təyin edilibsə) aparılmış ətrafa vurulmamalı, ona əks olan ətrafa yeridilməlidir. Növbəti dozalar hər hansı bir tərəfə vurula bilər.
Əgər şəxsə yuxarıda təsvir edilənlərdən fərqli olan zamanlarda vaksinasiyalar edilibsə və ya vaksinasiya seriyası kəsilibsə və dozalar arasındakı zaman uzanıbsa:
Vaksinasiyaları növbəti və əvvəlki dozalar arasındakı müddətlər burada təsvir edilən cədvəllə uyğun olan surətdə davam edin (məsələn, 3-cü və 4-cü dozalar arasındakl zaman 7 gün, 4-cü və potensial 5-ci doza arasındakı zaman isə 14 gündür).
Əgər vaksinasiya seriyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2+1+1 qrafiki istifadə edilməklə başlanılıbsa (0 gündə iki doza, 7 və 21-ci günlərdə tək doza), bu seriya ÜST qrafikinə uyğun surətdə davam edilə bilər.
Quduzluq əleyhinə immunqlobulin
Xəstəxana şəratində olması arzu edilməklə yalnız bir dəfə təyin edilir.
Birinci vaksinasiya dozası aparılan zamanda edilməklə immunoqlobulinin dozası 20 BV/kq-dır və həddinndən artıq yüksək doza vasinasiyaya cavabı zəiflədə bildiyi üçün doza qətiyyən aşılmamalıdır.
Dozadan mümkün qədər çox miqdarda yaraya (yaralara) və ətraf toxumalara infiltrasiya edilir. Əgər lazımdırsa, dozanın qalan hissəsi dişlənmiş ətrafda proksimal istiqamətdə (məsələn, budun dördbaşlı əzələsi və ya bazu əzələsi) əzələ daxili inyeksiya edilir.
Əgər vaksinasiya proqramı artıq başlandıqdan sonra immunoqlobulinin də yeridilməsinə qərar verilibsə, bu zaman immunoqlobulin mütləq birinci vaksinasiya dozasından sonrakı 7-ci gündən gec olmayaraq təyin edilməlidir.
Antirabik (quduzluq əleyhinə) immunoqlobulin xəstəxana şəraitində vurulmalıdır."?>
Qeyd
Aşağıdakı hallarda mütəxəssislərlə konsultasiya aparmaq məqsədəmüvafiqdir:
böyük yaşlı pasiyent olduqda, infeksion xəstəliklər bölməsinin mütəxəssisi ilə
pasiyent uşaq olduqda isə uşaq infeksion xəstəlikləri mütəxəssisi ilə
tələb olunduqda quduzluq infeksiyası üzrə milli ekspertlə və ya quduzluq üzrə konsultasiya mərkəzi ilə.
Öz ölkənizin müvafiq quduzluq üzrə konsultasiya mərkəzi ilə konsultasiya etməyi həmişə nəzərdə tutun.
Kontaktdan sonrakı terapiyanı xəstəxananın təxirəsalınmaz yardım bölməsində başladıqda qalan vaksinasiya seriyasının nəzarətdə saxlanması məqsədilə infeksion xəstəliklərə cavabdeh həkimi və ya pasiyentin yaşayış yeri üzrə tibb xidmətlərini müvafiq surətdə məlumatlandırın.
Quduzluq mütləq olaraq qeydiyyata alınan bir xəstəlikdir. Quduzluqla kontakt şübhəsi ilə əlaqədar lazımi məlumatlandırma aparılmasının qeydinə qalın ."?>
Aşağıdakı hallarda vaksinasiya seriyası dayandırıla bilər və ya dayandırılma nəzərdən keçirilə bilər:
əgər kontakta səbəb olan heyvan it, pişik və ya safsardırsa və kontaktdan keçən 10 gündən sonra simptomsuzdur və ya
heyvan beyninin laborator müayinəsi həmin heyvanda quduzluq olmadığını təsdiqləyir .