İsti iqlimdə bakterial xəstəliklər
EBM Klinik protokolları
11.02.2017 • Sonuncu dəyişiklik 11.02.2017
HeliSiikamäki
AnuKantele
Əsas məqamlar
- Qeyri-endemik regionda işləyən həkimlər səyahətçiləri və ya immiqarntları müalicə edərkən və endemik regionda işlədikdə bu məqalədə müzakirə olunan bakterial xəstəliklərlə üzləşəcəklər.
- Bu xəstəliklərin bəziləri kəskin və həyati-təhlükəli infeksiyalardır.
- İnfeksiyalardan bəziləri nadir rast gəlinir.
- Nümunə üçün qarayara ölkəyə gətirilən dəri ilə təmasda yoluxa bilinər və buna görə də prinsipcə inkişaf etmiş ölkələrdə tapıla bilər və bioterrorizm / bioloji müharibə üçün potensial agentdir.
- Xəstəliklər rastgəlmə tezliyinə görə təsvir olunmuşdur.
Tif və paratif qızdırma
Törədici
- Tif qızdırması Tif serovarı Salmonella entrica və paratif qızdırması Paratif A,B və ya C serovarı tərəfindən törədilir.
- Tif və paratif Qızdırması birlikdə bağırsaq yatalağı adlandırılır.
Ötürülmə
- Ötürülmə fekal-oral yolla baş verir.
- Əksər hallarda yoluxma qida və ya su vasitəsilə qeyri-qənaətbəxş sanitar- gigiyenik şəraitləri olan kasıb ölkələrdə, xüsusilə kənd yerlərində uzunmüddətli qalma zamanı baş verir.
Yayılması və qlobal əhəmiyyəti
- Hesablamalara əsasən tif xəstəliyinin illik xəstələnmə halları 20 milyon və paratiroid qızdırmada 6 milyondur.
- Xəstəliyə tutulmanın ən yüksək riski Hind subkontinentindədir, harada ki, son bir neçə il ərzində paratiroid qızdırma halları əhəmiyyətli dərəcədə yüksəlmişdir.
- Tif və paratif qızdırması qeyd olunmalı infeksion xəstəlikdir və müalicə edən həkim bütün təsdiqlənmiş hallar haqqında müvafiq orqanlara məlumat verilməlidir.
Simptomlar
- Bağırsaq yatalağı kəskin qızdırmalı xəstəlikdir: qızdırma bir neçə gün ərzində tədricən yüksəlir, sonradan davamlı yüksək qızdırma kimi davam edir.
- İnkubasion dövr 2-3 həftədir (3-60 gün aralığında).
- Tif və paratif qızdırmasının klinik şəkli çox oxşardır.
- Qızdırmaya əlavə olaraq digər erkən simptomlara baş ağrısı, tərləmə, titrətmə, ürəkbulanma, iştahanın itirilməsi və həmçinin quru öskürək daxildir.
- Mədə-bağırsaq simptomları heç də həmişə müşahidə olunmur və onlar ümumi olaraq sonradan ağrı, qəbizlik, dizareya və ya qusma kimi ortaya çıxır. Abdominal simptomlar ən azı müəyyən qədər yanaşı gedən bağırsaq patogenlər səbəbindəndir.
- Hepatomeqaliya və splenomeqaliya ilə yanaşı əlaqəli bradikardiya inkişaf edə bilər.
- Xəstələrin təxminən 1/3-də keçici dəri dəyişiklikləri inkişaf edə bilər (çəhrayı ləkələr).
- Ağırlaşmalara bağırsaq perforasiyası, bəzən ensefalopatiya, dalaq absesi, endokardit, artrit və ya xolesistit daxil ola bilər.
Diaqnostika
- Qan kulturasına əsaslanır.
- Nəcis kulturası: xüsusilə xəstəliyin ikinci həftəsi ərzində bakteriya nəcisdə təyin oluna bilər.
- Əgər antibakterial dərman müalicəsi artıq başlanıbsa həssaslığı 90%-ə qədər olan sümük iliyinin aspirasiyasından bakterial kultura əldə edilə bilər. Bakteriya çəhrayı dəri ləkələri təzahürlərindən alınmaqla kultura edilə bilər.
- Qan analizlərində tipik tapıntılar leykopeniya, trombositopeniya və aminotransferaza konsentrasiyasının artmasıdır. C reaktiv zülal adətən yüngül olaraq yüksəlmişdir.
Müalicə
- Tif qızdırması həmişə xəstəxanada müalicə olunur.
- Müalicə 14 gün müddətində, böyüklərdə gündəlik 2 q olmaqla venadaxili seftriaksondan ibarətdir. Azitromicin də həmçinin əlavə olunmalıdır, xüsusilə Hindistan subkoninentinə səyahət etmiş xəstələr üçün.
- Hindistan subkontinentində S.Typhi və S. Paratyphi ştamlarının əksəriyyəti flüorxinolonlara davamlıdırlar; davamlılıq digər yerlərdə də həmçinin yüksəlmişdir.
Proqnoz
- Xronik bakteriya gəzdirənmə xəstələrin 2-5 %-də inkişaf edir, ağırlaşmaların da həmçinin daha tez-tez rast gəlindiyi endemik regiondan olan şəxslərə nisbətən səyahət edənlərdə daha az olur.
- Endemik regionlarda müalicə olunmadıqda ölüm göstəricisi 30%-dir.
- Səyahət edənlər tibbi yardıma tez müraciət edirlər; ölüm göstəricisi 0.4%-dir.
Profilaktika
- Səyahət edənlər üçün tif qızdırması əleyhinə 2 peyvənd mövcuddur: S.Typhi-dən daxilində Vi kapsular polisaxarid olan inyeksion peyvənd və daxilində S.Typhi Ty21a ştamının canlı zəiflədilmiş bakteriyaları olan oral peyvənd. Onların profilaktik effekti oxşardır (təxminən 60-70%).
- Paratif qızdırması üçün peyvənd mövcud deyildir. Buna baxmayaraq oral tif peyvəndinin paratif qızdırması əleyhinə bir qədər effektinin olması müşahidə olunmuşdur (ən azından S.Paratyphi B), İnyeksion peyvəndin bu effekti yoxdur.
Rikketsiozlar və ya ləkəli qızdırmalar
Törədici
- Rikketsiyalar hüceyrədaxili mikroorqanizmlər olub qan damarlarının intima qişasına hücum etməklə vaskulitə səbəb olurlar.
- İnsanda xəstəliyə səbəb olan bir neçə rikketsiya ştamı vardır. Rickettsia prowazekii (epidemik və ya bit tifi), R.typhi (moseri) (endemik və ya birə tifi), R.conorii Aralıq (dənizi səpgili qızdırması), R.africae Afrika (gənə dişləməsi qızdırması), R.ricketsii (Qayalı Dağlar səpgili qızdırması) və rickettsiosis tsutsugamushi və ya Orientia tsutsugamushi (Yapon çay qızdırması) səbəbidir.
Yayılması
- Epidemik tif xüsusilə Afrika, Cənubi və Mərkəzi Amerika və Asiyada rast gəlinir. O nümunə üçün qaçqın düşərgələrində və insanların bir-birinə yaxın yaşadığı kütləvi yaşama şəraitlərdə yayılır. Epidemiya adətən qış vaxtı müşahidə olunur.
- Endemik tif Afrika, Asiya və Avropada yayılmışdır. Digər rikketsiozlar tez-tez məhdud endemik sahələrdə yayılıb. Aralıq dənizi səpgili qızdırması Aralıq dənizi ətrafı ölkələrdə, Afrika, Hindistan, Qara dəniz ətrafında və Rusiyada, Afrika səpgili qızdırması Afrika qitəsində, Qayalı dağlar səpgili qızdırması Simali, Mərkəzi və Cənubi Amrikada və Yapon çay qızdırması Asiyada, xüsusilə Cənub-şərqi Asiyada yayılmışdır. R.Helvetikanın səbəb olduğu və qəfləti ölümlə nəticələnən perimiokardit halları İsveçdə təsvir edilmişdir.
Ötürülməsi
- İnfeksiyalar buğumayaqlılar tərəfindən yayılır: bədən biti (R. prowazekii), birə (R. typhi) və ya gənələr (R. conorii, R. africae, R. ricketsii, R. helvetica etc, yəni səpgili qızdırma tipi R. ricketsii, R. conorii, R. ricketsii, R. africae, R. helvetica) və ya yumşaq bədənli gənələr (Orientia tsutsugamushi).
Dünyada əhəmiyyəti
- Epidemik səpgili qızdırma qeyri-qənaətbəxş sanitar- gigiyenik şəraitləri olan ölkələrdə yayılır və bu xəstəliyin tarixdə bütün müharibələrin birlikdə məhv etdiyindən daha çox insan öldürməsi hesablanmışdır.
- Cənub-şərqi Asiyada febril qızdırmanın ən çox rast gəlinən səbəbidir.
- Bəzi rikketsiozlar müalicə olunmadan saxlanıldıqda ciddi ölüm göstəricisi ilə assosiasiya olunur.
Simptomlar
- İnkubasion dövrü 2 həftədən azdır, an qısa 2 gündür.
- Şiddətli yüksək temperatur, mialgiya, ürəkbulanma və güclü baş ağrısı tipik simptomlardır.
- Xarakterik makulopapular və/və ya rozeola əksər riketsiozlarda 3-7 gün ərzində yaranır. Bəzi rikketsiozlarda səpgi vezikul şəklində olub suçiçəyini xatırlada bilər, bəzi hallarda ümumiyyətlə olmaya bilər.
- Bəzi gənə səbəbli səpgili qızdırmalarda (Afrika və Aralıq dənizi səpgili qızdırmaları) və Yapon çay tifində xəstədə buğumayaqlının sancdığı sahədə (siqaret yanğısını xatırladır) dəri üzərində nekrotik zədələnmə (”qabıqlı”, ”qara ləkə”) ola bilər.
- Digər mümkün simptomlar
- Limfadenopatiya, öskürək, ağciyər infiltratları, konyuktivit, faringit, ürəkbulanma, qusma, qarında ağrı, qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi, hepatosplenomeqaliya, MSS simptomları, aritmiya, miokardit, proteinuriya, bötyrək çatışmazlığı
- Səyahət edən şəxsdə gənə dişləməsindən sonra ürək simptomları və ya qaraciyər fermentlərinin konsentrasiyasının yüksəlməsilə müşayiət olunan febril xəstəlik inkişaf etdikdə R. helvetika infeksiyası düşünülməlidir.
Diaqnostika
- Endemik sahədə gənə, bit və ya birənin dişləməsinə məruz qalmasından şübhələnilən şəxsdə febril xəstəlik (və səpgi) və/və ya "qara ləkə". Rutin istifadə üçün sürətli diaqnostik metodlar olmadığı üçün müalicə klinik şəklə əsasən aparılır.
- Leykositlərin miqdarı adətən normal olur.
- Qan kulturası və digər bakterioloji nümunələr əldə edilməli və əgər malyariya şübhəsi varsa müalicə başlamazdan əvvəl o istisna edilməlidir.
- Xəstəliyin başlanmasından sonrakı 4-12 həftəyə qədər spesifik anticisimlər (R. conorii antitelləri səpgili qızdırma qrupunun rikketsiyaları ilə çarpaz reaksiya verir, R.typhi antitelləri R. prowazekii və B. quintana ilə çarpaz reaksiya verir) tez-tez yüksəlmir. Orientia tsutsugamushi üçün diaqnostik müayinə hər zaman əlçatan olmur.
- "Qara ləkə"dən polimeraza zəncirvari reaksiyası analizi - PZR (laboratoriya ilə xüsusi razılaşma olmalıdır)
Müalicəsi
- Doksisiklin 100 mq gündə 2 dəfə, qızdırma düşdükdən sonra ən azı bir neçə gün, adətən ümumilikdə 7-14 gün davam edir.
- İnfeksionist ilə konsultasiya edin.
Proqnoz
- Müxtəlif ştamlardan asılı laraq dəyişir, adətən yaxşıdır. Doksisiklinə cavab adətən sürətli olur.
- Epidemik tif, qayalı dağlar səpgili qızdırması, Aralıq dənizi səpgili qızdırması və Yapon çay qızdırması həyati təhlükəli ola bilər, xüsusilə diaqnostika gecikdirildikdə.
Profilaktika
- Buğumayaqlıların dişləməsindən qaçmaq
Ku qızdırması
Törədici
- Coxiella burnetii hüceyrədaxili mikroorqanizm olub, rikketsiyalardan fərqli olaraq hüceyrədən kənarda yaşaya və uzun müddət quru tozda spor formasında canlı qala bilər.
Yayılması
- Dünyada, Şimali Avropadan başqa bütün heyvan saxlanılan regionlarda xüsusilə yayılmışdır.
Ötürülməsi
- Ku qızdırması zoonozdur.
- İnsanlara əsasən hava-damcı yolu vasitəsilə iri buynuzlu mal-qara, keçi, qoyun və ya pişiklərin ya yun, nəcis və ya sidiyi ilə təmasda olduqda və ya torpaqdan külək vasitəsilə daşındığı zaman ötürülür.
Ümumdünya əhəmiyyəti
- Cənubi Avropada da müşahidə olunan tez-tez rast gəlinən febril xəstəlikdir.
- Səyahət edən şəxslərdə düzgün diaqnostika edilməyə bilər.
Simptomlar
- Əksər infeksiyalar asimptomatik və ya mülayim və özü-məhdudlaşan febril xəstəlikdir.
- İnkubasion dövrü adətən 2-3 həftədir (1-8 həftə).
- Klinik şəkli qripi xatırladır: yüksək temperatur, baş ağrısı və mialgiya və/və ya pnevmoniya və/və ya hepatit
- Xəstələrin təxminən 1/3-də klinik və ya radioloji olaraq pnevmoniya, təxminən yarısında isə hepatosplenomeqaliya vardır.
- Böyrək ağırlaşmaları, kardit və aseptik meninqoensefalit inkişaf edə bilər.
- Xəstələrin 5-7%-də xronik Ku qızdırması inkişaf edir, ən çox rast gəlinən təzahürü ürək valvulitidir, hansı ki, kəskin infeksiyadan 1-20 il sonra inkişaf edir.
- Xronik Ku qızdırması riski ürək qapaq xəstəliyi, immun sistemi zəifləmiş xəstələrdə və hamilə qadınlarda ən yüksəkdir.
- Neqativ kulturası olan endokarditlərdə Ku qızdırmasının olma ehtimalı nəzərə alınmalıdır.
Diaqnostika
- Şübhə: qızdırma və qripə bənzər simptomlar və/və ya pnevmoniya və ya hepatit müşahidə olunan və xəstəliyin ortaya çıxamasından əvvəlki 3 ay ərzində endemik regiona səyahət etmiş, xüsusilə anamnezində heyvanlarla təmas və ya pasterizə olunmamış süd məhsullarının qəbulunun olan xəstələr.
- Qanda leykositlərin miqdarı adətən normal olur, trombositopeniya baş verə bilər, qaraciyər fermentləri adətən yüksəlmiş olur.
- Diaqnostika anticisim təyinatına əsaslanır. Xəstəliyin başlanmasından sonrakı 3-4 həftəyə qədər anticisim titri adətən yüksəlmir.
Müalicə
- Birinci simptomların ortaya çıxamsından sonrakı 3 gün ərzində uzunmüddətli antimikrob müalicə başlanmalıdır. Müalicə xronik xəstəliyin inkişafının qarşısını ala bilər. Kəskin xəstəlikdə birinci-sıra müalicə gündə 2 dəfə olmaqla 2-3 həftə ərzində 100 mq doksisiklindir. Flüorxinolonlar və makrolidlər alternativ olaraq istifadə olunurlar; onların effektivliyi qəti olaraq müşahidə olunmamışdır. Uşaq və hamilə qadınlara kotrimoksazol təyin edilir.
- İnfeksionist ilə konsultasiya edin.
Proqnoz
- Kəskin Ku qızdırması 1-2% hallarda ölümlə nəticələnir. Kəskin Ku qızdırması tez-tez spontan olaraq müalicəsiz sağalır, lakin bəzən xronik Ku qızdırması ilə nəticələnir.
- Xronik Ku qızdırmasının eradikasiyası çətindir və tez-tez residivlər baş verir.
Profilaktika
- Heyvanlarla təmasdan və pasterizə olunmamış süd məhsullarından qaçmaq.
Leptospiroz
Törədici
- Leptospira növündən olan spiroxetlər
- Ən tez-tez rast gəlinən törədici Leptospira interrogansdır.
Yayılması
- Xəstəlik dünyanın hər yerində yayılıb.
Ötürülmə
- Leptospiroz zoonoz xəstəlikdir.
- Xəstəlik adətən infeksiyalaşmış heyvanın sidiyi vasitəsilə çirklənmiş torpaq və ya su vasitəsilə dəri və ya selikli qişalardan insana ötürülür.
- İnfeksiyalaşmış heyvanın dişləməsi, infeksiyalaşmış toxumaların işlənməsi və ya yeyilməsi nadir rast gəlinən ötürülmə növləridir.
Ümumdünya əhəmiyyəti
- Kifayət qədər tez-tez rast gəlinir. Peşə yoluxmasına tez-tez rast gəlinir (balıqçılar, fermerlər və s.)
- Səyahətçilər arasında leptospiroz hallarının sayı artmışdır, bunun bir səbəbi tropik zonalarda macəralı səyahət və su idman növlərinin məhşurluğunun artmasıdır.
Simptomlar
- İnkubasion dövrü 2-30 gündür.
- Subklinik xəstəliyin inkişafı mümkündür, lakin kifayət qədər azdır.
- Leptospira kiçik damarlarda vaskulitə səbəb olur, bununla da bakteriyaların zədələnmiş enndoteli vasitəsilə hədəf orqanlarına yayılmasını mümkün edir.
- Simptomlar adətən qrip, meningit və ya hepatitin simptomlarına bənzəyir.
- Xəstəliyin kursu ikifazalıdır.
- Simptomlar baş ağrısı və şiddətli əzələ ağrıları, hətta rabdomiolizlə müşayət oluna bilən yüksək qızdırma ilə başlayır. Təzyiq etdikdə gözdə həssaslıq, fotofobiya və konyuktivanın qızarması da həmçinin tez-tez rast gəlinir.
- Febril fazanın ardınca "ikinci faza" gəlir, hansı ki, müxtəlif orqan təzahürlərilə xarakterizə olunur. Xəstələrin təxminən yarısında aseptik meningit inkişaf edir. Təsvir olunmuş digər əlamət və simptomlara qarında ağrı, qusma, diareya, bələdliliyin pozulması, səpgilər, limfadenopatiya, splenomeqaliya, kardit, böyrək yetməzliyi və hemoliz daxildir.
- Xəstəliyin şiddətli formalarında (Veyl xəstəliyi) simptomlara sarılıq, böyrək yetməzliyi, hemorragiyalar və şok daxildir.
- Leykositoz xarakterik tapıntıdır, aminotransferaza konsentrasiyası tez-tez yüksəlir və KK yüksək ola bilər.
- Potensial ağırlaşmalara dializ tələb edəb böyrək çatışmazlığı və kardiogen şok daxildir.
Diaqnostika
- Şübhə: Qrip, hepatit və ya meningit simptomları olan febril xəstəlik və anamnezində təmiz su və ya torpaqla təmasın olması.
- Diaqnoz serologiyaya (Leptospira anticisimləri) əsaslanır. Anticisimləri adətən ikinci həftənin sonunda yüksəlir və onlar bir neçə il yüksək olaraq qala bilərlər.
Müalicə
- Xəstəliyin ağır formaları 7 gün müddətində venadaxili penisillin və ya seftriakson ilə, daha mülayim formaları isə 7 gün müddətində oral doksisiklin ilə (100 mq gündə 2 dəfə) müalicə olunmalıdır.
- Antimikrob müalicə tez-tez Yariş-Kerqsqeymer reaksiyası (qızdırma, bələdliliyin pozulması, taxikardiya, ilkin pressor cavabın ardınca gələn sürətli hipotenziya) ilə asssosiasiya olunur.
- Dərmanla müalicə xəstəxanada başlanmalı və xəstə ən azı 24 saat müşahidə olunmalıdır.
- İnfeksionistlə konsultasiya edin.
Proqnoz
- Veyl xəstəliyində ölüm göstəricisi 5-10%-dir.
Profilaktika
- Səyahətçilərə tropik zonalarda çiy, qaynadılmamış suyun təsirinə məruz qalmaqdan yayınmalara məsləhət görülməlidir. Ayaqyalın gəzmək də həmçinin riski artırır. Əgər təsirə məruz qalma riski xüsusilə yüksəkdirsə, həftədə bir dəfə 200 mq doksisiklin istifadə oluna bilər. Buna baxmayaraq, onun effektinə dair sübutlar mübahisəli olaraq qalır.
- Peyvənd yaradılmışdır, lakin o heç də bütün ölkələrdə yoxdur. Peyvənd vurulması endemik regionlarda peşə ilə əlaqədar təsirə məruz qalan şəxslərdə istifadə olunmuşdur.
Qayıdan yatalaq
Törədici
- Epidemik qayıdan yatalağın törədicisi spiroxet bakteria Borrelia recurrentisdir.
- Endemik qayıdan yatalaq digər Borelliya ştamları tərəfindən törədilir.
Yayılması
- Epidemik qayıdan yatalaq dünyada kasıb yaşayan insanlar arasında, ən çox Afrika və Cənubi Amerikada yayılmışdır. Endemik qayıdan yatalaq dünyanın əksər ölkələrində yayılmışdır.
Ötürülmə
- Epidemik forma insandan insana bit vasitərilə ötürülür. Endemik forma gənələr vasitədilə kiçik məməlilərdən insana ötürülür.
Ümumdünya əhəmiyyəti
- Qayıdan yatalaq kifayət qədər tez-tez baş verir. Bit mənşəli epidemiyalar müharibələr, aclıq və ya insanların kütləvi köçü zamanı baş verir.
- Qayıdan yatalaq səyahətçilər arasında nadir rast gəlinir.
Sİmptomlar
- Titrətmə ilə birlikdə qızdırma, şiddətli başağrısı, mialgiya, artralgiya, forofobiya, ürəkbulanma və quru öskürək 1 həftəlik inkkubasiya dövründən sonra inkişaf edir. İlkin febril epizod 3-6 gün davam edir.
- Bir həftə davam edən qeyri-febril müddətdən sonra xəstədə 2-3 gün davam edən residivlər baş verir. Epidemik formada 1-5 residiv adi haldır, endemik formada isə daha çox olur.
- Febril epizodun fonunda ən çox rast gəlinən əlamət və simptomlara splenomeqaliya, hepatomeqaliya, sarılıq, səpgilər, kəllə-beyin sinirlərinin iflici, meningit, hemiplegiya, epileptik qıcolma tutmaları daxildir.
- Xəstəlik qanaxmaya meyllilik və petexiya ilə müşayət oluna bilər.
Diaqnostika
- Diaqnoz febril epizod zamanı götürülmüş qalın və nazik qan yaxmasının mikroskopik müayinəsilə əldə olunur (Borrelia recurrentis rənglənməsi, malyariya nümunələrinə baxın).
- Spesifik anticisim analizləri mövcud deyildir, digər spiroxet ştamlarının antigenlərinə (siflis, Laym borreliozu, şəpgili yatalaq) qarşı çarpaz seroloji reakiyalar mümkündür.
Müalicə
- 10 gün doksisiklin; epidemik formada tək doza prinsipcə kifayətdir.
- Borellia recurrentis beta-laktamlar, makrolidlər və ola bilsin ki, flüorxinolonlara da həmçinin həssasdırlar.
- ağır gedişli xəstəliyin müalicəsi venadaxili seftriaksondur.
- Antimikrobial müalicə tez-tez Yariş-Kerqsqeymer reaksiyası (qızdırma, bələdliliyin pozulması, taxikardiya, ilkin pressor cavabın ardınca gələn sürətli hipotenziya) ilə asssosiasiya olunur.
- İnfeksionistlə konsultasiya et.
Proqnoz
- Ölüm göstəricisi epidemik formada 4-40%, endemik formada 2-5%-dir.
Profilaktika
- Ümumi gigiyenanın yaxşılaşdırılması, həşəratlardan təmizləmə, gənə dişləməsindən qaçmaq
Bruselyoz
Törədici
- Brusellalar Qram-mənfi çubuqşəkilli bakteriyalardır. Bunlardan B. melitensis, B. abortus, B. canis və B. suis insanları yoluxdura bilər.
Yayılması
- Bruselyoz zoonoz xəstəlikdir.
- Ən çox yoluxma Yaxın Şərq, Orta Asiya, Afrika, Hindistan subkontinenti, Aralıq dənizi ətrafı ölkələrlə yanaşı Mərkəzi və Cənubi Amerikanın qaramal saxlayan insanları arasında yayılıb.
Ötürülmə
- İnfeksiyanın ən vacib yolu süddür, xüsusilə təmizlənməmiş keçi südü və onun məhsulları.
- Bruselyoza infeksiyalaşmış heyvanlardan hava-damcı aerozolu şəklində, xüsusilə heyvan doğan zaman da həmçinin yoluxmaq olar.
Ümumdünya əhəmiyyəti
- Əvvəllər kifayət qədər tez-tez rast gəlinirdi. Yayılma tezliyi südün pasterizə olunması səbəbilə azalmışdır.
Simptomlar
- İnfeksion proseslərin əksəriyyəti subklinik və ya mülayim simptomları olur və 2-3 həftə ərzində spontan olaraq aradan qalxır.
- İnkubasion dövr 2-4 həftədir, lakin bəzən əhəmiyyətli şəkildə daha uzun ola bilər.
- Xarakterik simptomlara uzunmüddətli dalğavari qızdırma, baş ağrısı, bel ağrısı, mialgiya, artralgiya, quru öskürək və sistemik simptomlar daxildir.
- Tipik tapıntılara oynaq və sümüklərdə iltihabla yanaşı qaraciyər, dalaq və limfa düyünlərinin böyüməsi daxildir.
- Anemiya, limfositopeniya və qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsinə tez-tez rast gəlinir.
- Xəstələrin az bir hissəsində endokardit, meningit, artrit və ya spondiloartrit kimi ağırlaşmalar inkişaf edir.
- Bruselloz kəskin (davametmə müddəti 1 aydan az), residiv verən (əvvəlki epizoddan 6 aydan az keçib) və ya xronik (davametmə müddəti 6 aydan çox) kimi təsnif edilə bilər.
Diaqnostika
- Qan kulturası (30-60% hallarda neqativ), sümük iliyindən bakterial kultura (90% hallarda pozitiv), irinli material və ya toxuma (sinovial maye, limfa düyünləri, beyin-onurğa beyin mayesi)
- Əgər brusellozdan şübhələnilirsə, laboratoriya işçilərinə brusella haqqında məlumat verilməlidir, çünki brusella bakteriyası xüsusi texnika, normal kultura vaxtına nisbətən daha uzun vaxt və hava-damcı yolu ilə ötürülmə riski olduğu üçün laboratoriya işçiləri üçün müvafiq qorunma tələb edir.
- Brusella anticisimləri
- Yersinia enterokolitia O:9 serotipinin lipopolisaxaridi ilə potensial çarpaz reaktivlik olduğu üçün hər iki antitellər eyni zamanda təyin oluna bilərlər.
Müalicə
- Kombinasiyalı müalicə, çünki yalnız antimikrobl dərmanlar istifadə edildikdə residiv riski (10-40%) ciddidir.
- Doksisiklin aminoqlikozid və ya rifampisinlə kombinasiyası və yaxud hər üçünün birlikdə kombinasiyası. Uşaqlarda kotrimoksazol və aminoqlikozid.
- Müalicə müddəti ən azı 6 həftə, ağırlaşma (spondilit, endokardit, meningit) olan hallarda isə 3-6 aydır.
- Kəskin infeksiyaların menecmenti xəstəliyin erkən mərhələlərində seftriaksonla artıtıla bilər. Endokardit adətən qulaqcq cərrahiyyəsi üçün göstərişdir.
- Residiv halları 6 ay ərzində yenidən ortaya çıxan hallardır. Əksər hallarda bu xəstənin uzunmüddətli antimikrob dərmanlarla müalicə kursuna riayət etməməsi səbəbindən baş verir.
- İnfeksionistlə konsultasiya edin.
Proqnoz
- Müalicə olunmamış xəstəliklər 2% ölüm göstəricisi ilə assosiasiya olunur.
Profilaktika
- Pasterizə olunamamış süd məhsullarından yayınmaq.
- Endemik zonalarda heyvanlara kütləvi peyvənd vurulması.
Melioidoz
Törədici
- Burkholderia pseudomallei, qram mənfi çubuqşəkilli bakteria
Yayılması
- Cənubi və Cənub-şərqi Asiya ilə yanaşı Şimali Avstraliyanın sahələrində endemik.
- Melioidoz B. pseudomallei-nin bütün bakteremiyaların 20%-ni təşkil edən və əhali arasında seroloji olaraq 60-70% yayılan Şimal-Şərqi Tailandda ən geniş yayılmışdır.
Ötürülmə
- Ötürülmə torpaq və ya suyun səthilə birbaşa təmas zamanı, xüsusilə zədələnmiş dərinin olduğu hallarda baş verir.
- İnsanda melioidoz meyllilik yaradan xəstəliklərə şəkərli diabet, xronik ağciyər xəstəliyi ilə yanaşı böyrək və qaraciyər çatışmazlığı daxildir, lakin xəstəlik altda yatan xəstəliklər olmadıqda belə inkişaf edə bilər.
Ümumdünya əhəmiyyəti
- Endemik zonalarda melioidoz bakteremiya və pnevmoniyanın ən tez-tez rast gəlinən səbəbidir.
- Melioidozun Tailanddan qayıdan səyahətçilərdə olması mümkündür.
Simptomlar
- İnkubasion dövrü adətən 10-14 gündür (aralıq 1 gün - bir neçə ildir).
- Klinik şəkil dəyişkəndir və aşağıdakı kimi təsnif oluna bilər:
- yerli dəri infeksiyası
- kəskin ağciyər infeksiyası
- kəskin sepsis
- disseminə olunmuş infeksiya.
- İnkubasion dövr və davametmə müddətinə əaslanaraq melioidoz aşağıdakı kimi təsnif edilə bilər:
- kəskin infeksiya
- yarımkəskin infeksiya
- xronik infeksiya.
- Bəzi hallarda klinik şəkil vərəmi xatırladır.
- Bakteriya orqanizmdə qala və bir neçə onillikdən sonra yenidən aktivləşə bilər.
- Səyahətçilərdə ən çox rast gəlinən forma yerli dəri infeksiyasıdır, hansı ki, infeksiyalaşmış xora və ya abses və qızdırma ilə ortaya çıxır.
- Sepsis və boşluq zədələnmələrilə kəskin pnevmoniya tez bir zamanda ölümlə nəticələnə bilər.
Diaqnostika
- Endemik zonalardan qayıtmış irinli dəri infeksiyası və ya xüsusilə kəskin pnevmoniya ilə assosiasiya olunan ciddi septik bakterial infeksiya müşahidə olunan endemik zonalardan qayıtmış səyahətçilərdə melioidozdan şübhələnilməlidir.
- Diaqnoz əsasən qan kulturası və ya sidik, tüpürcək, dəri zədəsi və ya absesinin bakterial kulturasına əsaslanır.
- Əgər melioidozdan şübhələnilirsə qəbul edən laboratoriyaya məlumat verilməlidir.
- Anticisim analizi vardır.
- Əgər melioidozdan şübhələnilirsə qəbul edən laboratoriyaya məlumat verilməlidir.
Müalicə
- Sepsisdə rutin olaraq istifadə olunan ilkin antibiotiklər melioidza qarşı effektiv deyildir.
- İstifadə olunan antibiotiklər 10-14 günlük venadaxili seftazidim və ya meropenemdir.
- Venadaxili müalicə tamamlandıqdan sonra antimikrobial müalicə donrakı 3-6 ay davam etdirilməlidir; Məsləhət ya tək kotrimoksazol və ya doksisiklinlə kombinasiyasıdır.
- Həmişə infeksionistlə konsultasiya edilməlidir.
Proqnoz
- Bakteremiyalı pnevmoniyada ölüm nisbəti təxminən 30%-dir.
Profilaktika
- Melioidoz əleyhinə peyvənd mövcud deyildir.
- Profilaktika zədələnmiş dəri və yaraların təmizlənməsi və müdafiəsi ilə yanaşı torpaq və durğun sularla əlaqədən yayınmaqdır.
Cüzam
Törədici
Yayılması
- Bəzi inkişaf edən ölkələrdə endemik; Hər il təxminən 180 000 yeni xəstələnmə halları. 1995-ci ildən yayılma tezliyi 90%-ə qədər azalmışdır. ÜST hər kəs üçün ödənişsiz müalicəni təmin etmişdir.
Ötürülməsi
- Damcı infeksiyası şəklində insanlar arasında yayılır. Adətən xəstəlik gəzdiricisi ilə uzunmüddətli yaxın əlaqə tələb olunur.
Ümumdünya əhəmiyyəti
- Endemik sahələrdə ciddi sağlamlıq problemidir.
Simptomlar
- İnkubasion dövr 2-12 il
- Tuberkuloid cüzam (dəridə az miqdarda basil)
- Ətraf shələrdən daha açıq rəngi olan və həssaslıq və tərləmənin azaldığı dəri sahələri
- Lepromatoz cüzam (dəridə çoxlu sayda basili)
- Geniş qalınlaşmış dəri sahəsi və düyünlər
- Palpasiya olunan, qalınlaşmış sinir magistralı və periferik paralic
- neyropatiya və neyropatiya ilə əlaqəli travma səbəbindən əl və ayaq barmaqlarında zədələr
- Cüzam reaksiyaları: müalicənin başlanğıcı ilə tez-tez əlaqəli olan immunoloji reaksiyalar. Simptomlara digərlərindən başqa qızdırma, irit, nevrit daxildir.
Diaqnostika
- Dəri yaxması və ya dəri biopsiyasında mikobakteriyanın rənglənməsi.
Müalicə
- Kombinasion terapiya kimi dapson, klofazimid və rifampicin
- Cüzam reaksiyaları: qlükokortikoidlər, talidomid
- İnfeksionitlə konsultasiya edin.
Proqnoz
- Əgər müalicə erkən başlanarsa proqnoz yaxşıdır.
Profilaktika
- Bütün infeksiyalı xəstələr müalicə olunmalıdırlar.
- Peyvənd
Qara yara
Törədici
- Bacillus anthracis basili
Yayılması
- Heyvan qara yarası digər regionlardan başqa Şimali və CƏnubi Amerika, Karib dənizi adaları, Şərqi və CƏnubi Avropa, Yaxın Şərq, Asiya və Afrikada müşahidə olunmuşdur.
Ötürülməsi
- Qara yara insandan insana yayılmır.
- Qara yara heyvanlardan insana ötürülür (zoonoz). Xəstəlik otyeyən heyvanlarda baş verir və təsadüfən insanlara ötürülür.
- Ev heyvanlarından rezervuarları mal-qara, qoyun, keçi, at və donuzlardır.
- Qara yara sporları uzun illər quru və ya digər yollarla işlənmiş heyvan dərilərində və digər heyvanların dərisi ilə yanaşı torpaqda sağ qala bilirlər.
- İnsanlar dəri, tənəffüs yolu və ya həzm yolu ilə yoluxurlar.
- Dəri qarayarasına dəri kontaktı ilə, məsələn, xəstə heyvanların toxuması, yunu və ya dərisi və ya çirklənmiş torpaqdan yoluxma baş verə bilər.
- Ağciyər qarayarasına sporların inhalyasiyası, məsələn, keçi tükünü işləyərkən yoluxma baş verə bilər.
- Mədə-bağırsaq qarayarasına çirklənmiş ət yeməklə yoluxmaq mümkündür.
- Qarayara spolarının məqsədyönlü şəkildə buraxılması bioloji silah və ya bioterrorizm kimi istifadə oluna bilər. Belə halda klinik şəkil ağciyər və ya dəri qarayarası kimi olacaqdır.
Ümumdünya əhəmiyyəti
- Heyvan xəstəliyidir, insana nadir hallarda keçir.
- Bioloji silah və ya bioterrorizm üçün potensial silahdır.
Simptomlar
- Ən çox yayılmış növü dəri qarayarasıdır. İnkubasion dövr adətən 2-5 gündür. Xəstəlik sonradan vezikulaya çevrilən papula ilə başlayır. Vezikulalar birləşir və partlayır. Xəstəliyin başlamasından 7-10 gün sonra 1-3 sm ölçüdə həmin sahədə qara və ağrısız xora inkişaf edir. Xora inkişaf edərək qaysaq əmələ gətirir, o isə 1-2 həftədən sonra çapıq saxlamaqla düşür. Əgər müalicə olunmasa infeksiya yayıla və generalizə olunmuş şəklə düşə bilər.
- Bakterial sporların inhalyasiyası ikifazalı xəstəliyə səbəb olur, hansı ki, 1-5 günlük inkubasion dövrdən sonra qripəbənzər simptomlarla başlayır. Bunun ardınca 2-5 günlük kəskin, tez-tez ölümlə nəticələnən mediastinit yaranır.
- Mədə-bağırsaq qarayarası nadir rast gəlinir. Simptomlara qusma və qızdırma, və sonrakı mərhələdə qarında ağrı, hematomezis və melena daxildir; klinik şəkli kəskin bağırsaq qanaxmasına bənzəyə bilər.
Diaqnostika
- Şübhə
- Yuxarıdakı klinnik simptomlarla müşahidə olunan endemik regiondan qayıtmış, heyvanlar və ya heyvan məhsulları ilə təmasda olmuş insanlarda rast qələn kəskin febril xəstəlik.
- Ağciyər və ya dəri qarayarasına uyğun simptomlar qarayara bakteriyalarının məqsədyönlü yayılmasından şübhələndirilməlidir.
- Qarayaradan şübhələnən kimi yerli hakimiyyət orqanlarına təcili məıumat verilməlidir.
- Qan kulturası, bakterial rənglənmə və kulturası. Xəstəliyin tipindən asılı olaraq dəri zədəsi, tüpürcək və ya nəcisin zəncirvari polimeraza reaksiyası, anticisim analizi.
- Əvvəlcədən laboratoriya heyəti məlumatlandırılmalıdır.
- Tələb formasına qarayaradan şübhələnmə halına dair xəbərdarlıq və "infeksiya təhlükəsi" nişanı daxil olmalıdır.
- Qarayara şübhəsi olan xəstələr izolyasiyada xidmət olunmamalıdır. Bütün tullantılar infeksiyalı sayılır.
- Antimikrob terapiya mümkün olan kimi başlanmalıdır. Birinci-sıra müalicə venadaxili penisillin və ya siprofloksasindir. Müalicənin davametmə müddəti təxminən 60 gündür, dəri qarayarasında 7-10 gün.
- Qarayara qeydə alınmalı xəstəlikdir. Bütün təsdiqlənmiş və yüksək şübhə olan hallarda müvafiq hakimiyyət orqanlarına məlumat verilməlidir.
Proqnoz
- Dəri qarayarası: müalicə olunmayan hallarda ölüm göstəricisi 5-20%; antimikrob müalicə zamanı çox aşağıdır
- Ağciyər qarayarası: hətta müalicə olunsa belə ölüm göstəricisi 90-100%
- Mədə-bağırsaq qarayarası: müalicə olunmayan hallarda ölüm göstəricisi 25-100%.
Törədici ilə Təsirə məruz qalma (qarayara sporlarının məqsədyönlü şəkildə yayılmasına şübhə)
- Təsirə məruz qalmanın mümkünlüyünün qiymətləndirilməsi və təsirə məruz qalmış insanların antimikrob dərmanlarla müalicəsi və nümunələrin götürülməsinə dair qərar infeksionist, səhiyyə orqanları və milli təhlükəsizlik məsələsinə cavabdeh digər hakimiyyət orqanlarının əməkdaşlığı şəklində edilməlidir.
- Bakteria sporları ilə çirklənməsindən şübhələnilən sahələr bağlanmalıdır. Bütün bu sahədə olan bütün şəxslərin siyahısı tutulmalı və müvafiq rəsmilər bütün infeksiya şübhəsi olan mənbələrdən nümunələrin götürülməsinə əmin olmalıdır.
- Qarayara sporlarının təsirinə məruz qalmış şəxs inefksialı deyildir və izolə edilməsi lazım deyildir, lakin yuyunma və paltarların dəyişdirilməsilə dezaktivasiya lazımdır.
- Əgər yuxarıda qeyd olunan səlahiyyətli qurumlar təsirə məruz qalmanın real olmasını qiymətləndirərlərsə, mümkün olduğu qədər tez bir zamanda bütün təsirə məruz qalmış şəxslərdə profilaktik antimikrob müalicə başlanmalıdır; birinci sıra müalicə siprofloksasindir. Əgər təsirə məruz qalma təsdiqlənərsə, müalicə 60 günə qədər davam etdirilməlidir.
Profilaktika
- Heyvanlarda infeksiyaların müşahidəsi, bütün infeksiyalaşmış heyvan cəsədlərinin yandırılması.
- Peyvənd yaradılmışdır, lakin heç də bütün ölkələrdə mövcud deyildir.
Taun
Törədici
- Yersinia pestis bakteriası
Yayılması
- Dünyada kifayət qədər az rast gəlinir. Hər il Afrika, Asiya və Cənubi Amerikada 200 taunla xəstələnmə halları qeyd olunur. Tauna da həmçinin ABŞ-da rast gəlinir.
Ötürülməsi
- Taun zoonoz xəstəlikdir.
- Taunun daşıyıcıları gəmiricilər, xüsusilə siçovullardır.
- İnfeksiya birələrin dişləməsi ilə yayılır.
- Ağciyər taunu insandan insana hava-damcı yolu ilə ötürülə bilər.
Ümumdünya əhəmiyyəti
- Tarixi olaraq taun kütləvi epidemiyaların böyük bir hissəsi olub.
- Taun prinsipcə bioterrorizmdə agent kimi istifadə oluna bilər. Belə hallarda yayılması hava yolu damcıları formasında olmalıdır.
Simptomlar
- 2-8 günlük inkubasion dövrdən sonra bubonlu taun özünü qasıq, qoltuqaltı və ya boyun nahiyyəsində limfa düyünlərinin böyüməsilə yanaşı temperaturla özünü büruzə verir.
- Taun bakteriyasının inhalyasiyası pnevmoniya ilə nəticələnə bilər, hansı ki, adətən ölümlə qurtarır (pnevmoniyalı taun; Bubonlu taunun ağırlaşması kimi də həmçinin inkişaf edə bilər).
Diaqnostika
- Klinik təzahürlərə əsasən şübhə olduqda təcili olaraq müalicəyə başlanmalıdır.
- Bakterial boyanma ilə mikroskopiya və kultura
Müalicə
- Streptomisin və ya gentamisin birinci-sıra müalicədir.
- Doksisiklin və ola bilsin flüorxinolon da həmçinin effektivdir.
- İnfeksionistlə konsultasiya edin.
Proqnoz
- Bubonlu taunda müalicə olunmadıqda ölüm göstəricisi 50%, ağciyər və septisemik taunda isə 100%-ə qədərdir.
- Antimikrob müalicə xəstəliyin erkən mərhələsində tətbiq edildikdə effektivdir, belə halda ölüm göstəricisi təxminən 5% olur.
Profilaktika
- Sahib rolu oynayan siçovulların eradikasiyası
- Effektiv peyvənd yaradılmamışdır.
ECDC və CDC-nin xəstəlik-spesifik səhifələri
- ECDC: Avropa Xəstəlik Profilaktikası və idarə edilməsi Mərkəzi, CDC: Xəstəlik profilaktikası və İdarə edilməsi Mərkəzləri (ABŞ).
- Typhoid fever and paratyphoid fever: Tif və paratif qızdırması: ECDC, CDC , CDC
- Rickettsioses: Rikketsiozlar: ECDC, CDC , CDC
- Q fever:Ku qızdırması: ECDC, CDC , CDC
- Leptospiroz: ECDC, CDC , CDC
- Bruselloz: ECDC, CDC , CDC
- Melioidoz: CDC
- Cüzam: CDC
- Qarayara: ECDC, CDC , CDC
- Taun: ECDC, CDC , CDC
Müvafiq mənbələr
- Koxran icmallar
- Ədəbiyyat
Chanteau S, Rahalison L, Ralafiarisoa L, Foulon J, Ratsitorahina M, Ratsifasoamanana L, Carniel E, Nato F. Development and testing of a rapid diagnostic test for bubonic and pneumonic plague. Lancet 2003 Jan 18;361(9353):211-6. Faucher JF, Hoen B, Estavoyer JM. The management of leptospirosis. Expert Opin Pharmacother 2004 Apr;5(4):819-27. Panaphut T, Domrongkitchaiporn S, Vibhagool A, Thinkamrop B, Susaengrat W. Ceftriaxone compared with sodium penicillin g for treatment of severe leptospirosis. Clin Infect Dis 2003 Jun 15;36(12):1507-13. Jensenius M, Fournier PE, Raoult D. Tick-borne rickettsioses in international travellers. Int J Infect Dis 2004 May;8(3):139-46. Jensenius M, Fournier PE, Kelly P, Myrvang B, Raoult D. African tick bite fever. Lancet Infect Dis 2003 Sep;3(9):557-64. Jensenius M, Fournier PE, Raoult D. Rickettsioses and the international traveler. Clin Infect Dis 2004 Nov 15;39(10):1493-9. "?>Leshem E, Meltzer E, Schwartz E. Travel-associated zoonotic bacterial diseases. Curr Opin Infect Dis 2011;24(5):457-63. Wain J, Hendriksen RS, Mikoleit ML ym. Typhoid fever. Lancet 2015;385(9973):1136-45.Kariuki S, Gordon MA, Feasey N et al. Antimicrobial resistance and management of invasive Salmonella disease. Vaccine 2015;33 Suppl 3():C21-9. Waddington CS, Darton TC, Pollard AJ. The challenge of enteric fever. J Infect 2014;68 Suppl 1():S38-50. Blanton LS. Rickettsial infections in the tropics and in the traveler. Curr Opin Infect Dis 2013;26(5):435-40. Jensenius M, Fournier PE, Raoult D. Rickettsioses and the international traveler. Clin Infect Dis 2004;39(10):1493-9. Delord M, Socolovschi C, Parola P. Rickettsioses and Q fever in travelers (2004-2013). Travel Med Infect Dis 2014;12(5):443-58. Million M, Thuny F, Richet H et al. Long-term outcome of Q fever endocarditis: a 26-year personal survey. Lancet Infect Dis 2010;10(8):527-35. Dupouey J, Faucher B, Edouard S et al. Human leptospirosis: an emerging risk in Europe? Comp Immunol Microbiol Infect Dis 2014;37(2):77-83. Forbes AE, Zochowski WJ, Dubrey SW et al. Leptospirosis and Weil's disease in the UK. QJM 2012;105(12):1151-62. Dean AS, Crump L, Greter H et al. Clinical manifestations of human brucellosis: a systematic review and meta-analysis. PLoS Negl Trop Dis 2012;6(12):e1929. Solís García del Pozo J, Solera J. Systematic review and meta-analysis of randomized clinical trials in the treatment of human brucellosis. PLoS One 2012;7(2):e32090. Wiersinga WJ, Currie BJ, Peacock SJ. Melioidosis. N Engl J Med 2012;367(11):1035-44. Dance D. Treatment and prophylaxis of melioidosis. Int J Antimicrob Agents 2014;43(4):310-8. White C, Franco-Paredes C. Leprosy in the 21st century. Clin Microbiol Rev 2015;28(1):80-94. Prentice MB, Rahalison L. Plague. Lancet 2007;369(9568):1196-207.