Ambulator EKQ monitorinqi zamanı pasiyentin ürəyi daşınan EKQ-qeydedici cihazı vasitəsilə gündəlik aktivlik ərzində davamlı şəkildə izlənilir. Bu ürək aritmiyalarının (taxi- və bradikardiyalar) və ya huşun pozğunluqlarının tədqiqi üçün istifadə olunur.
Daha çox istifadə edilən cihazlar Holter monitoru (1–2 gün), hadisə qeydedicisi (2–4 həftə) və implantasiya olunan ilgək qeydedicidir (12–36 ay).
Holter monitorinqi zamanı "mənfi" nəticə, qeydin aparılması ərzində simptomların olmadığı təqdirdə, ağır aritmiyanı istisna etmir. Digər tərəfdən, tipik simptomlar müddətində normal ritm etioloji amil kimi aritmiyanı istisna edir və araşdırmaları digər səbəblər istiqamətində yönləndirməyə kömək edir.
Ambulator EKQ monitorinqi zamanı pasiyentin ürək fəaliyyəti gündəlik aktivlik ərzində portativ-EKQ-qeydedici cihazı vasitəsilə davamlı şəkildə izlənilir. Bu ürək aritmiyalarının (taxi- və bradikardiyalar) tədqiqi üçün istifadə olunur. Müasir rəqəmsal qeydedici cihazlar əvvəllər isifadə olunan kaset qeydedici cihazları ilə müqayisədə daha kiçik və etibarlıdır. Əlavə olaraq, onlar əvvəlkilərlə müqayisədə daha uzun müddət qeyd aparmağa imkan verir. Daha çox istifadə edilən cihazlar Holter monitoru (1-2 gün), hadisə qeydedici cihazı (3-7 gün), tele-EKQ (1 həftədən 3 ayadək) və implantasiya edilən ilgək qeydedici cihazıdır (12-36 ay). Hadisə-EKQ və tele-EKQ zamanı EKQ qeydinin aparılması simptomlar meydana çıxdıqda pasiyent tərəfindən aktivləşdirilir."?>
Göstərişlər
Taxikardiya epizodlarının araşdırılması
Bradikardiya və ya pauzalara (sinus düyünü və ya atrioventrikulyar (AV) düyünün malfunksiyası şübhəsi) işarə edən simptomların tədqiqi
Ürəyin "vurğuları atladığı" və ya düzənsiz şəkildə döyünməsi (məs., bir sıra ekstrasistolalar) hissinin araşdırılması
Daimi qulaqcıq fibrilyasiyası ilə olan pasiyentlərdə mədəcik ritminin dəyərləndirilməsi
Səbəbi qeyri-müəyyən olan huş pozğunluğu, başgicəllənmə və qıcolma epizodlarının araşdırılması
Kriptogen insultun araşdırılması
İstisna hallarda, ambulator EKQ monitorinqi həmçinin aşağıdakılar vəziyyətlərdə də istifadə edilə bilər:
işemiyanın diaqnostikası və monitorinqi;
elektrokardiostimulyator malfunksiyasının araşdırılması və onun ayarlarının optimallaşdırılması;
xüsusi təhlükəli peşələrdə çalışan insanlara (məs., pilotlar) tibbi nəzarət.
“Terapevtik” Holter müayinələrini təyin edərkən diqqətli olmalısınız, belə ki, spesifik bir göstəriş olmadan ambulator EKQ monitorinqinin istifadəsi alınan nəticələrin klinik əhəmiyyətinin interpretasiyasında problemlərə yol aça bilər.
Huşun qeyri-müəyyən səbəbli pozğunluqları Huşun pozulması və ya digər ağır simptomlarla assosiasiya olunan taxikardiya tutmaları. Sinus düyünü və ya atrioventrikulyar (AV) düyünün malfunksiyası şübhəsi Elektrokardiostimulyator istifadəsinə zərurətin dəyərləndirilməsi və ya elektrokardiostimulyatordakı potensial pozğunluğun araşdırılması Antiaritmik dərmanların effektivliyinin dəyərləndirilməsi, məs., qulaqcıq fibrilyasiyası zamanı İşemiyanın diaqnostika və monitorinqi üçün yalnız istisna hallarda. “Terapevtik” Holter müayinələrinin təyin edilməsinə məhdudiyyət qoymalısınız, çünki spesifik göstəriş olmadan EKQ qeydi alınan nəticələrin klinik əhəmiyyətinin interpretasiyasında mürəkkəb problemlərə yol aça bilər. Bu məqsəd üçün hadisə qeydedicisi optimal seçimdir. "?>
Metod seçimi
Ambulator EKQ monitorinqi üsulunu seçərkən, simptomların tezliyi və pasiyentin simptomlar meydana çıxdıqda EKQ yazılışını işə sala bilib-bilmədiyi önəmlidir.
Adi Holter monitorinqi üçün (1-2 gün), pasiyentin döş qəfəsində standart yerlərə bərkidilmiş elektrodlar ilə, adətən üç-kanallı EKQ qeydi istifadə edilir. Demək olar hər gün meydana çıxan simptomların müayinəsi üçün ən uyğun variantdır.
Günümüzdə elə sistemlər var ki, misal olaraq, EKQ yazılışı bir səhiyyə mərkəzi tərəfindən həyata keçirilir və kardioloq onu internet vasitəsilə yoxlaya və müalicə üçün təlimatlar verə bilir. Bu ambulator EKQ monitorinqinin istifadə edilə bilmə imkanını genişləndirir.
Monitorinq, zəruri olduqda, bir neçə həftə ərzində, xüsusi elektrodlar istifadəsilə və ya qeydedicinin pasiyentin ürəyi üzərində fiksasiyası ilə ("patç Holter") davam etdirilə bilər.
Hadisə EKQ qeydi (2–4 həftə) əsasən paroksizmal taxikardiyanın müayinəsi üçün istifadə edilir. Mahiyyəti etibarilə asimptomatik aritmiyaların müayinəsi üçün zəif uyğunlaşdırılmışdır. Bundan əlavə, onun istifadəsi simptomların meydana çıxdığı vaxt pasiyentin EKQ yazılışını aktivləşdirməsinə ehtiyacın olması şərti ilə məhdudlaşır.
Pasiyent kiçik qeydedicini üzərində gəzdirir, və EKQ qeydi, misal olaraq, simptomların meydana çıxdığı zamanı, baş barmaqla qeydediciyə təzyiq edilməsi ilə aktivləşdirilə bilər.
Adətən aparılan qeydlər təhlil üçün mobil telefon şəbəkəsi və ya simsiz internet əlaqəsi vasitəsilə göndərilir. Həmçinin bu məqsəd üçün smartfon əlavələri də mövcuddur.
İmplantasiya olunan ilgək qeydedici (1–4 il) daha nadir hallarda istifadə edilir. Cihaz ürək ritminin fasiləsiz monitorinqi üçün pasiyentin dərisi altına implantasiya olunur. Bu cihazlar əsas etibarilə nadir hallarda meydana çıxan huşun qeyri-müəyyən səbəbli itməsi tutmalarının müayinəsində istifadə edilir.
Əvvəlcədən müəyyən edilən meyarlar (məsələn, pauzanın müəyyən uzunluğu və ya müəyyən ürək vurğuları tezliyi) qarşılandıqda, cihaz sonrakı təhlil üçün EKQ qeydi aparacaq. Həmçinin tipik simptomlar meydana çıxdıqda pasiyent EKQ qeydini işə sala bilər.
Kardiostimulyator və implantasiya edilən kardioverter-defibrilyatorlar fasiləsiz şəkildə ürək ritmini izləyir. Onlar EKQ-ni tutma zamanı avtomatik olaraq və ya pasiyent tərəfindən işə salındıqda qeydə ala bilər, bu funksiya pasiyentin simptomlarının bu cür cihazlarla tədqiqi zamanı istifadə edilməlidir. Buna baxmayaraq, bu cihazlar yalnız diaqnostika üçün implantasiya edilməməlidir.
İnterpretasiya
Ambulator EKQ qeydi, metodun istifadəsi və interpretasiyası ilə yaxından tanış olan kardioloq və ya digər həkim tərəfindən təhlil edilməlidir.
Kardioloq/digər həkim, avtomatik analiz metodları ilə assosiasiya olunan məhdudiyyətlər və xəta mənbələri (artefaktlar, geniş kompleksli ekstrasistolalar təsnifatı və s.) ilə tanış olmalıdır. Aşkar edilən bütün kənaraçıxmalar manual qaydada yoxlanılmalıdır.
Ambulator EKQ qeydi vasitəsilə toplanan məlumatlar, həmişə mütləq olaraq pasiyentin yaşı, kardiovaskulyar və digər xəstəlikləri, həmçinin simptomlarının nəzərə alınması ilə interpretasiya edilməlidir.
Yetəri anamnez (müvafiq göndəriş) və diqqətlə doldurulmuş simptomlar gündəliyi olmadan, alınan nəticələrin patoloji əhəmiyyətinə dair qəti qərara gəlinməsi hər zaman mümkün olmaya bilir.
Ambulator EKQ qeydi, metodun istifadəsi və interpretasiyası ilə yaxından tanış olan kardioloq və ya digər həkim tərəfindən təhlil edilməlidir. O metod ilə assosiasiya olunan və interpretasiyaya təsir göstərən məhdudiyyətlər və xəta mənbələri ilə yaxından tanış olmalıdır, xüsusilə də onun avtomatik yerinə yetirildiyi halda (artefaktlar, geniş kompleks ekstrasistolaları təsnifatı və s.). Hazırda mövcud olan sistemlər həmçinin tibbi yardımın birincili həlqəsi səviyyəsində Holter monitorinqinin icra edilməsinə və bunun ardından kardioloqun EKQ qeydinin təhlili və müalicə təlimatlarının verilməsini internet vasitəsilə aparmasına imkan verir. Bu müayinənin aparıla bilmə imkanını xeyli artırır. Pasiyentə görə məsul həkim adətən yalnız yekun hesabat və interpretasiya üçün ən önəmli məqamların çap variantını alır. Holter qeydini təhlil edərkən, kompüter-əsaslı analiz proqramları tərəfindən həmişə geniş kompleksli vurğunun mədəcik ekstrasistolası kimi interpretasiya edildiyi barədə bilgili olmalısınız. Ambulator EKQ qeydi vasitəsilə toplanmış məlumat mütləq şəkildə pasiyentin yaşı, kardiovaskulyar və digər xəstəlikləri, həmçinin simptomları ilə tarazlaşdırılmalıdır. Bunun üçün xüsusi vərdişlər tələb edilir, və əldə edilən nəticənin patoloji əhəmiyyəti ilə bağlı qəti fikir söylənilməsi hər zaman mümkün olmaya bilir. Adətən asimptomatik bradikardiya kardiostimulyator implantasiyası üçün göstəriş deyil, lakin ağır simptomlara səbəb olan hətta qısa (2-3 saniyəlik) pauzalar bunun üçün göstəriş sayıla bilər. Sağlam, asimptomatik şəxslərin də mədəcik ektopiyaları, öz-özünə aradan qalxan mədəcik taxikardiyası epizodları (≥ 3 vurğu), bradiaritmiyalar və gecələr AV-keçiricilik pozğunluqlarına (Mobits 1) malik olması aşkarlanır. Çoxsaylı mədəcik aritmiyaları zamanı ürəyin struktur və funksional cəhətdən sağlam olub-olmadığını təsdiq etmək üçün adətən exokardioqrafiya və fiziki gərginlik sınağı zəruri olur. Başgicəllənmə və ya bayılma tutmalarının araşdırılması zamanı ən çox yayılmış əhəmiyyətli müayinə nəticələri sinus düyünü fəaliyyətində uzun dayanma və ya ləng qulaqcıq fibrilyasiyası, atrioventrikulyar blokada, mədəcik taxikardiyası və sürətli mədəciküstü aritmiyanı əhatə edir. Hətta asimptomatik olan qulaqcıq fibrilyasiyası, beyin qan dövranı xəstəliklərinə görə risk amillərinə malik yaşlı pasiyentdə antikoaqulyant terapiya aparılması üçün göstərişdir. Ambulator EKQ monitorinqi ərzində qeydə alınan asimptomatik işemiya (ST-T dəyişiklikləri) həmişə ehtiyatla interpretasiya edilməli və bu hallarda adətən sonrakı müayinələrin aparılması zərurəti yaranmır. İşemiyanın diaqnostikasına 12-aparmalı Holter cihazının istifadəsi kömək edir. Holter monitorinqi zamanı "mənfi" nəticə, EKQ qeydinin aparılması müddətində simptomların olmadığı təqdirdə, ağır aritmiyaları istisna etmir. Digər tərəfdən, simptomlar müddətində normal ritm, etioloji amil kimi aritmiyanı istisna edir və araşdırmaları digər səbəblər istiqamətində yönləndirməyə kömək eləyir. Simptomlar nadir meydana çıxdığı halda, müayinə üçün hadisə qeydedicisi və ya tele-EKQ istifadə edilə bilər, çünki onlar daha uzun dönəm ərzində kontrol aparmağa imkan verir və EKQ qeydinin alınması yalnız simptomlar ərzində həyata keçirilir. Problemli hallarda (bayılma) implantasiya edilən ilgək qeydedici istifadə oluna bilər. O kardiostimulyator kimi dəri altına implantasiya edilir ki, bu da 3 ilə qədər vaxt ərzində fasiləsiz EKQ qeydi aparmağa imkan verir."?>
Müayinə zamanı tipik nəticələr və onların klinik əhəmiyyəti
Pasiyentə görə məsul həkim adətən yalnız yekun hesabat və interpretasiya üçün daha vacib olan hissələrin çap variantlarını alır. Burada geniş rast gəlinən bəzi müayinə nəticələrinin interpretasiyası üçün tövsiyələr təqdim edilir.
Hətta sağlam, asimptomatik şəxslərdə belə çox zaman tək-tək ekstrasistolalar və qısa taxikardiya epizodları aşkar edilir (≥ 3 ürək vurğusu).
Holter monitorinqi nəticəsini təhlil edərkən siz kompüter-əsaslı analiz proqramlarının həmişə geniş kompleksli vurğunu mədəcik ekstrasistolası kimi interpretasiya etdiyini nəzərdə tutmalısınız.
Tez-tez baş verən mədəcik ekstrasistolaları (> 3 000–5 000/gün) zamanı adətən ürəyin struktur və funksional cəhətdən sağlam olub-olmadığının təsdiqlənməsi zəruridir. Daha çox istifadə edilən növbəti müayinələr exokardioqrafiya və fiziki gərginlik sınağıdır.
Tez-tez baş verən qulaqcıq ekstrasistolaları (P-T-üzərində) qulaqcıq fibrilyasiyasına gizli həssaslığın göstəricisi ola bilər.
Simptomlardan asılı olmayaraq, persistə edən geniş və ya dar kompleksli taxikardiya zamanı həmişə daha spesifik kardioloji müayinələr və müalicə tələb olunur.
Ambulator EKQ qeydi zamanı aşkarlanan asimptomatik qulaqcıq fibrilyasiyası belə, beyin qan dövranı pozğunluqlarına görə digər risk amillərinin də qeyd olunduğu istənilən pasiyentdə (CHA2DS2-VASc ≥ 1) antikoaqulyant terapiya üçün həmişə göstərişdir; bax .
Tək bir sinus pauzası və ya təsadüfi AV-keçiricilik pozğunluqlarının klinik əhəmiyyəti assosiasiya olunan simptomlardan asılıdır.
Asimptomatik bradikardiya adətən kardiostimulyatorun implantasiyası üçün göstəriş deyil, lakin ağır simptomlara səbəb olan hətta qısa pauzalar belə (2 - 3 saniyə) bunun üçün göstəriş sayıla bilər.
Gecə sinus bradikardiyası, qısa sinus pauzaları və Mobits 1 tip AV-keçiricilik pozğunluqları cavan, sağlam insanlar üçün normal fenomendir.
Ambulator EKQ monitorinqi zamanı aşkar edilən ST–T dəyişiklikləri həmişə ehtiyatla interpretasiya edilməlidir. İşemiya diaqnozu 12-aparmalı Holter cihazı istifadəsilə dəqiqləşdirilə bilər.
Holter monitorinqinin "mənfi" nəticəsi, EKQ qeydinin aparılması zamanı simptomların olmadığı təqdirdə, ağır dərəcəli aritmiyaların mövcuduğunu istisna etmir. Digər tərəfdən, simptomlar ərzində normal ritmin qeyd edilməsi, etioloji amil kimi aritmiyanı istisna edir və müayinələri digər səbəblər istiqamətində yönləndirməyə kömək eləyir.