Aritmiyanın simptomları və aritmiyalı xəstənin müayinəsi
EBM Klinik protokolları
07.03.2017 • Sonuncu dəyişiklik 07.03.2017
PekkaRaatikainen
Əsas vacib məsələlər
- Xəstənin tibbi tarixçəsi, kliniki müayinəsi və uzanıqlı elektrokardioqram aritmiyaların diaqnozu və müalicəsi üçün əsaslardır"?>.
- Kəskin ürək xəstəliklərinin əksəriyyəti dərin kliniki müayinə və tibbi tarixçənin diqqətlə izlənməsi ilə çıxarıla bilər.
- Kəskin xarakterli nadir irsi aritmiyaların müəyyən edilməsi üçün xəstənin tibbi tarixçəsinin qeyd olunması əsasdır.
- Uzanıqlı elektrokardioqram çox vaxt simptomun etiologiyası ilə bağlı dəyərli ipucuları təmin edir .
- Əgər xəstənin ürəyi əsasən sağlamdırsa, onun funksional qabiliyyəti normaldırsa, onda aritmiya hemodinamik problemlərə (bayılma) səbəb olmur və əgər ailədə qəfil ölüm və kəskin aritmiya tarixçəsi yoxdursa, onda aritmiya, istisnasız demək olar ki xoşxassəlidir.
- Nəzərə alın ki, əgər aritmiya ciddi hemodinamik narahatlıq (bayılma və ya baş gicəllənməsi) yaradırsa və ya kəskin ürək xəstəliyi ilə bağlıdırsa, o həmişə təhlükəlidir. Belə aritmiyaların müayinəsi kardioloji ekspertiza və tez-tez ekstensiv müayinə tələb edir.
- Aritmiyaların qulaqcıq və ya mədəcik mənşəli olmasını fərqləndirmək vacibdir, çünki bu həm proqnozun qoyulmasına, həm də müalicə üsullarının seçiminə təsir edir. Digər hal sübut olunmayıbsa, nəzərə alın ki, geniş kompleksli taxikardiya mədəcikdən olmalıdır.
- Əsasən sağlam ürəyə malik xəstədə sürətli ürək çırpıntısı hissini yaradan mədəciyin normadan artıq döyünməsi və bir neçə artıq döyüntüdən ibarət (Məs; 4) mədəciyin taxikardiyası proqnozu xoşxassəlidir və nadir hallarda müalicə tələb edir. Uzadılmış (Məs; 30 s) mədəcik aritmiyasının müalicəsi tez-tez invaziv müayinələr tələb edir və burada kardioverter defibrillatorun implantasiyası da mümkündür: Həmişə daha dərin kardioloji müayinələr tələb edən xəstələrə aiddir."?>
- Qulaqcığın fibrillasiyası istisna olmaqla, simptomsuz aritmiyanın müalicəsi yalnız nadir hallarda lazım olur (Simptomsuz qulaqcıq fibrillasiyası tromboembolizm riskini artırsa və qan laxtalanmasına qarşı terapiyanın göstəricisi olsa belə).
Aritriyaların səbəb olduğu simptomlar
Şüur pozğunluğu
- Aritmiyanın səbəb olduğu şüur pozğunluğu (bayılma) həmişə ciddi bir problemin işarəsidir. Bu vazovaqal dağılma və şüur pozğunluğunun digər xoşxassəli səbəblərindən fərqləndirilməlidir.
- Hər 2 halda dünya xəstənin gözündə qaralır, əzələ gücünü itir və xəstə yıxılır,amma, vazovaqal reaksiyadan yaranan ”normal bayğınlıq” çox vaxt stressli vəziyyətlə assosiasiya olunur (Məs., qan nümunəsi götürülməsi). Xəstənin tarixçəsi də həmçinin, vazovaqal stimullarla (qusmaq, öskürmək, sidik ifrazı) bağlı dağılma hallarının müəyyənləşməsinə tamamilə etibarlı şəkildə kömək edir.
- Xəstəlik tarixçəsinin diqqətlə izlənməsi ilə ”Nitroqliserin dağılması” adlanan vəziyyətin aritmiyadan yaranan bayılmadan fərqləndirilməsi də asan olur.
- Epileptik tutmadan sonra xəstə çox vaxt yuxulu və yorğun olur, kardiak kollapsdan sağalan xəstə isə hərəkətli olur. Fərqli diaqnoz hətta uzadılmış kardiak bayılmanın belə tez-tez tutmalarla müşayiət olunması faktı ilə mürəkkəbləşir.
Baş gicəllənmənin hiss olunması
- Baş gicəllənmə aritmiyanın səbəb olduğu ən ümumi simptomdur.
- Baş gicəllənmə hissiyyatının əhatə dairəsi çox genişdir və simptomlar təkcə ”mayallaq aşmaq”dan ürəyin dözülməz çırpıntısına qədər fərqlənə bilər.
- Xəstənin hissiyyatının xarakterinin diqqətlə qiymətləndirilməsi (Aşağıda bax. Xəstəlik tarixçəsi və kliniki müayinə) çox zaman aritmiyanın tamamilə spesifik diaqnozuna aparıb çıxara bilər.
Digər simptomlar
- Aritmiyalar zəiflik, təngnəfəslik, sinə ağrısı və xəstənin ilkin xəstəlikləri ilə bağlı digər qeyri-spesifik simptomlara səbəb ola bilər.
Simptomların dərəcələnməsi
- Qulaqcıq fibrillasiyasında (QF) simptomların kəskinliyinin qiymətləndirilməsi üçün EHRA hesabı tövsiyə edilir (cədvəli ).
QF ilə bağlı simptomların sinifləndirilməsi üçün EHRA hesabı"?>
| EHRA sinfi |
Meyar |
| EHRA 1 |
Simptom yoxdur |
| EHRA 2 |
Mülayim simptomlar; normal gündəlik fəaliyyətə təsir etmir |
| EHRA 3 |
Kəskin simptomlar; normal gündəlik fəaliyyətə təsir edir |
| EHRA 4 |
Məhrumedici simptomlar; normal dgündəlik fəaliyyət dayanır |
- Digər aritmiyalar. məs, xəstənin həyat keyfiyətində və ya hemodinamikada təsirlərinin olması ilə dərəcələndirilə bilər.
Xəstəlik tarixçəsi
Tutmaların tarixçəsi və xarakteri
- Aritmiya nə zaman başladı? Uşaqlıqdan bəri baş verən baş gicəllənmələri mədəcik üstünün aritmiyasının olmasını qeyd edir. Miokard infarktından sonra başlayan aritmiyaların mədəciklə bağlı olması güman olunur.
- Tutmaların tezliyi və müddəti Başlanğıc və bitmə rejimi Mədəcik üstünün taxikardiyasının başlanması və bitməsi barmaqların şaqqıldadılması kimidir. Sinus taxikardiya tədrciən başlayır və bitir. Vaqus stimulyasiyası mədəcik üstünün taxikardiyasını dayandırsa da, sinus taxikardiya, qulaqcığın fibrillasiyası və ya mədəcik taxikardiyasına təsiri azdır. Törədici faktorlar: qəhvə, yuxu məhrumiyyəti, gərginlik, stress, və s. Aritmiya zamanı nəbzin vurma tezliyi və xarakteri Ekstrasistol: tək ”mayallaqlar” or ”Döyüntünün” keçməsi Mədəcik üstünün taxikardiyası: hətta, sürətlə nəbz vurması (şəkil) Qulaqcığın fibrillasiyası: Ritm tamamilə ”qarışıq olanda” (şəkil) Xəstəyə öz nəbzini hiss etməyi (məsələn, yuxu arteriyasında) və aritmiya zamanı nəbzin tezliyini saymağı öyrədin. Xəstənin hemodinamikasında aritmiyanın tezliyi (bayılma) Xəstənin həyat keyfiyyəti və işləmə qabiliyyətinə simptomların təsiri Qulaqcığın fibrillasiyasında EHRA balı Ailə tarixçəsi: Yaxın qohumlarda aritmiyalar və mümkün qəfil ölümlər. "?>
- Aritmiyalar nə zaman başladı?
- Uşaqlıqdan bəri baş verən baş gicəllənmələri mədəcik üstünün aritmiyasının olmasını qeyd edir.
- Miokard infarktından sonra başlayan aritmiyaların mədəciklə bağlı olması güman olunur.
- Tutmaların tezliyi və müddəti
-
- Başlanğıc və bitmə rejimi
- Mədəcik üstünün taxikardiyasının başlanması və bitməsi barmaqların şaqqıldadılması kimidir..
- Sinus taxikardiya tədrciən başlayır və bitir.
- Vaqus stimulyasiyası mədəcik üstünün taxikardiyasını dayandırsa da, sinus taxikardiya, qulaqcığın fibrillasiyası və ya mədəcik taxikardiyasına təsiri azdır.
-
- Aritmiya zamanı nəbzin vurma tezliyi və xarakteri
-
- Aritmiyanın xəstənin hemodinamikasına təsiri (bayılma)
-
- Xəstənin həyat keyfiyyəti və işləmə qabiliyyətinə simptomların təsiri
- Qulaqcığın fibrillasiyasında EHRA balı
-
- Törədici faktorlar: qəhvə, yuxu məhrumiyyəti, gərginlik, stress, və s.
İlkin xəstəliklər
Farmokoloji və digər müalicə üsulları
- Aritmiyalara aid kardiak və digər sadalanan şərtlər üçün dərmanların kliniki tələblərə uyğunluğunu və xəstəyə tətbiq edilə bilinməsini, əgər göstərilərsə, invaziv müayinə və müalicəyə uyğun olmasını yoxlamaq.
- Sadalanan şərt üçün farmokoterapiyanın (və ya digər müalicənin) aritmiyanı izah edə bilməsini yoxlamaq.
- Cari və erkən antiaritmik dərmanların effektivliyi və kənar təsirləri haqqında öyrənin .
Ailə tarixçəsi
İlkin müayinələr Kliniki müayinə Ürək və yuxu arteriyalarının auskultasiyası (pıçıltılar) Ağciyərlərin auskultasiyası (məs. ürək çatışmazlığını bildirən xırıltı) Qan təzyiqi 12-lik elektrokardioqrafiya Ürək döyüntüsü tezliyi, qulaqcıq-mədəcik keçiricisi (PQ-intervalı), Mədəcikdaxili keçmə çatışmazlılar (mədəcik arası və ya faskikulyar blok), hypertrofiyalar, patoloji Q-dalğalar, repolyarizasiyada narahatlıqlar (QT-intervalı), delta-dalğa Sinə rentgeni Xəstənin tarixçəsi və kliniki müayinəsi ürək və ya ağciyər xəstəlikləri göstərirmi. Əsas qan şəkli, Xəstənin kliniki şəraitinə uyğun olara elektrolitlər və plazma kreatini Qulaqcıq fibrillasiyalı və sürətli aritmiyalı xəstələrdə vəz stimullaşdırıcı hormon (TSH) "?> Sonrakı müayinələr Sonrakı müayinələr üçün ehtiyac həmişə fərdi olaraq nəzərə alınmalıdır,əksər hallarda ilkin müayinə kifayətdir. Əgər aritmiyanın olmasını yoxlamaq üçün kliniki test zamanı xəstənin funksional qabiliyyəti azalarsa, xəstənin simptomları onda koronar ürək xəstəliyi olduğunu bildirir. Əgər xəstənin bayılma tutmaları və digər məhdudlaşdırıcı tutmaları olarsa 24-saat ambulator EKQ qeydi (Holter. Simptom EKQ-si (Xəstə EKQ-nı simptomlar olan zaman başlayır) terapevtikdən daha ”yaxşıdır#x201D; Problemli baş gicəllənmə hissiyyatının müayinəsində Holter qeydi. Əgər xəstədə miokard infarktı olubsa, EKQ-də sinə rentgeni zamanı normadan geniş kardiak kölgə varsa və bu onda sol mədəcik hipertrofiyasında izlər qoyubsa, şübhəli xırıltı funksional qabiliyyəti azaldır. Kardioloqun dediyinə uyğun olaraq: kardiak və koronar anqioqrafiya, elektrofizioloji müayinə, maqnit rezonans təsviri və digər müayinələr. "?>
Kliniki müayinə
İlkin müayinə
- Sonrakı müayinələr üçün ehtiyac həmişə fərdi olaraq nəzərə alınmalıdır,əksər hallarda ilkin müayinə kifayətdir.
- Əgər xəstəyə bunlarla diaqnoz qoyulubsa Exokardioqrafiya
- miokard infarktı
- kardiomiopatiya
- azalmış funksional qabiliyyət
- şübhəli xırıltı
- EKQ-də sol mədəcik hipertrofiyası işarələri
- Sinə rentgenində normadan geniş kardiak kölgəan exceptionally large cardiac shadow in the chest x-ray.
- Kliniki yoxlama testi, əgər:
- Hərəkət edərkən aritmiya hissi yaranırsa
- Xəstənin funksional qabiliyyəti azalarsa
- Xəstənin simptomları koronar ürək çatışmazlığı bildirərsə.
- Əgər xəstədə tez-tez aritmiya hissi və digər məhdudlaşdırıcı tutmalar olarsa 24-saat ambulator EKQ qeydi (Holter )
- Hadisə EKQ-si (Xəstə EKQ qeydini simptomlar zamanı başlayır) daha az baş verən baş gicəllənmə hissinin müayinəsi zamanı adi Holter qeydindən daha yaxşıdır.
- İmplantasiya edilə bilən EKQ monitoru, az hallarda baş verən şüurun kəskin pozğunluqlarını (bayılma) araşdırmaq üçün yaxşı metoddur.
- Kardioloqun fikrinə görə: kardiak və koronar anqioqrafiya, elektrofizioloji müayinə, maqnit rezonans təsviri və ya digər müayinələr
Əlaqəli qaynaqlar
Raviele A, Giada F, Bergfeldt L et al. Management of patients with palpitations: a position paper from the European Heart Rhythm Association. Europace 2011;13(7):920-34. European Heart Rhythm Association, European Association for Cardio-Thoracic Surgery, Camm AJ et al. Guidelines for the management of atrial fibrillation: the Task Force for the Management of Atrial Fibrillation of the European Society of Cardiology (ESC). Eur Heart J 2010;31(19):2369-429. "?>