Diaqnostikada Doppleroqrafik steteskopiya

EBM Klinik protokolları
14.03.2017 • Sonuncu dəyişiklik 14.03.2017
IlkkaKunnamo

Aşağı ətraflarda işemiya

Müayinə proseduru

  1. Nəbzi və ətraf orqanların temperaturunu  əliniz ilə yoxlayın. Periferik nəbzin və ya zəif nəbzin aşkar edilməsi yüngül arterial tıxanmanın göstəricisi deyildir və xüsusilə, yaşlı insanlarda bu nəbzin müşahidə edilməməsi damar tıxanması diaqnozunun qoyulması üçün kifayət deyil. Temperaturun müəyyən edilməsi emboliya diaqnozunun əsaslarından biridir.  
  2. Doppleroqrafik stetoskop (şəkil) ilə medial topuq sümüyünün arxasındakı qamış sümüyü arteriyada və ayağın üstündəki dorsal arteriyada nəbzi tapın. Arteriya istiqamətində Doppleroqrafik stetoskopun sensorunu yavaşca  hərəkət etdirərək Nəbzin tapılması mümkündür. Bəzən dorsal arteriyanın əvəzinə üfüqi taral kanalındakı arteriya nəbzini eşitmək daha asan olur. Səsin keyfiyyəti mümkün tıxanmanın olub-olmamasını göstərəcəkdir. 
  3. Sfiqmomanometrin manjetini ayaq biləyinə yerləşdirin. Səs zəifləyənə qədər, əvvəlcə cihazın təzyiqini sürətlə artırın, sonra səs yoxa çıxana qədər yavaş-yavaş təzyiqi azaldın (video). Təzyiq yavaşca aşağı salındıqda, səs yenidən eşidilməyə başlayır. Sonuncu təzyiq göstəricisi sistolik təzyiqin ən dəqiq göstəricisi hesab olunur. Ancaq səs çox zəif olarsa, onun yenidən eşidilməsi çətin ola bilər: bu cür hallarda, təzyiq artan zaman səsin yox olduğu göstərici sistolik təzyiq kimi qeyd edilməlidir. Həm arxa tibial arteriya (ATP), həm də dorsal ayaq arteriyasını (ADP) steteskop ilə müayinə edin və müəyyən edilən göstəriciləri qeyd edin. 
  4. Cihazı qola yerləşdirərək hər iki yuxarı ətraf təzyiqini ölçün. Daha yüksək təzyiq indekslərini qeyd edin. Nəbzin səsini eşitmək üçün Doppleroqrafik steteskop vasitəsilə biləyi müayinə edin. (normal stetoskopla da ölçmək olar). "?>
  5. Təzyiq indeksini (ABI) hesablayın = aşağı ətraflar/ yuxarı ətraflarda təzyiq
  6. Diaqnostikanın məqsədi arterial obstruksiyanı təsdiqləmək və ya aşkara çıxarmaq, həmçinin, onun nə dərəcədə ciddi olduğunu  müəyyənləşdirməkdirsə, o zaman topuq-bazu indeksinin ölçülməsi kifayətdir. Seqmental təzyiq daha sonra xəstəxanada ölçülə bilər.

İzah

Dərin vena trombozu

 

  1. Xəstə beli üstə uzanıqlı vəziyyətdə olmaqla, qamış sümüyünün arxa hissəsindəki damarı müayinə edin. Auskultasiya sahəsi arteriyanın yanındakı medial topuq sümüyünün arxasındadır. Baldır hissəni əl ilə sıxmaqla, qan axınında kompressiya yaradılır, sonra isə qəfil həmin hissəni buraxaraq, qan axınının birbaşa getməsinə nail oluruq. Əgər damarda tıxanma varsa, əlimizi çəkdikdən dərhal sonra qan axınının səsini eşidəcəyik. 
  2. Xəstə üzü ustə uzanıqlı vəziyyətdə olmaqla, dizin arxa hissəsində popliteal damarı müayinə edin. Yenə də baldır hissəyə ovucumuzla yumşaq şəkildə basaraq qan axınının səsini eşitməyə çalışırıq. İlk öncə, baldırın yuxarı hissəsini basın, əgər axın səsi steteskop ilə eşidilirsə, o zaman baldırın aşağı hissəsini yenidən sıxaraq təzyiq yaradırıq. 
  3.  Femoral damar arteriyaya yaxın hissədə, qasıq nahiyəsində auskultasiya olunur. Normalda, qan axınının səsi uğuldayan külək səsinə bənzəyir və xəstə nəfəs aldıqca, davamlı olaraq səsin səviyyəsi dəyişir. (tənəffüs aritmiyası)  Tənəffüs aritmiyasının olmaması damarda tıxanmanın olduğunu göstərir. Qarının aşağı hissəsi əllə basılıb, qəfildən, buraxılarsa, tıxanmış vena kava damarındakı qan axmağa başladıqda, axın səsi aydın şəkildə eşidiləcək. Əgər qan irəli doğru axmırsa, deməli, damarda böyük bir tromboz vardır.

Dərin venoz çatışmazlıq

Şokda olan xəstənin qan təzyiqinin ölçülməsi

Testis torsiyonu diaqnozu

 

 

 

Yuxarıya