Xolesterol embolizasiyası
EBM Klinik protokolları
25.06.2018 • Sonuncu dəyişiklik 22.04.2013
TomPettersson
Xolesterol embolizasiyası
Əsasları
- Xolesterol embolizasiya sindromunda arterial damar divarındakı xolesterol kristalları sərbəstləşərək qan dövranına keçir. Kristallar kiçik damarların mənfəzini qapada və bununla lokal işemiya yaxud yayılmış vaskulitə bənzər əlamətlər yarada bilər.
- Xolesterol embolizasiyası vaskulyar okkluziv və ya ümumi simptomların səbəbi kimi nəzərə alınmalıdır. Bu xüsusən də aterosklerozu olun angioqrafiya yaxud aortal cərrahiyyə prosedurları icra edilmiş xəstələr üçün keçərlidir.
Epidemiologiya
- Xəstələrin əksəriyyəti kardiovaskulyar xəstəlik üçün risk faktoru olan 60 - 70 yaşlarda kişilərdir.
- Ondan əvvəl çox zaman xəstəyə angioqrafiya yaxud aortal cərrahiyyə kimi diaqnostik və ya müalicəvi prosedurlar icra edilmişdir.
- Antikoaqulyantlar xolesterol embolizasiyanın risk faktoru kimi qəbul edilir.
Simptom və əlamətləri
- Klinik mənzərə xolesterol embollarının disseminasiyasının yayılmasından asılı olaraq dəyişkəndir.
- Dəri simptomları
- Mavi barmaqlar, distal xoralar və qanqrenalar
- Periferik nəbzlər adətən əllənir.
- Purpura, livedo retikularis
- Böyrək simptomları
- Hipertenziya, proteinuriya, hematuriya, böyrək çatışmazlığı
- Amavrozis fuqaks və digər tranzitor nevroloji simptomlar
- Miokard infarktı
- İntestinal hemorragiya
- Pankreatit
- Mialgiya
- Xəstəxana əsaslı xəstə populyasiyasında ölüm 80%-ə çatır.
Laborator tapıntılar
- Xəstələrin 80%-də EÇS və SRZ yüksəlmişdir
- Leykositoz - 40%
- Eozinofiliya - 80%
- Trombositopeniya
- Hipokomplementemiya
Diaqnostikası
- Biopsiya nümunələrində xolesterol kristallarının histoloji təsdiqi.
- Oftalmoskopiyada tor qişa damarlarında xolesterol embolları aşkar edilə bilər.
- Yüngül formalı halların əksəriyyəti böyük ehtimalla diaqnostika olunmur.
Diferensial diaqnostika
- Xolesterol embolizasiya sindromu yayılmış vaskulit də daxil olmaqla bir çox klinik sindroma bənzəyən "böyük maskaraddır" .
- Gərəksiz immunosupressiv müalicələrdən uzaq durmaq üçün xolesterol embolizasiyası sindromunu aşkara çıxarmaq çox önəmlidir.
Müalicə
- Spesifik müalicəsi yoxdur.