Dərin vena trombozlarının (DVT) təqribən yarısı asimptomatik inkişaf edir.
DVT-nin klinik mənzərəsinə əsasən ehtimalı orta dərəcədən artıq deyilsə, D-dimer testinin normal nəticələri DVT-ni inkar etməyə imkan verir. Lakin DVT-nin olma ehtimalı yüksəkdirsə diaqnostik görüntüləmə müayinələrinin aparılması vacibdir.
Müalicəni başlamamışdan əvvəl (yaxud antikoaqulyant müalicəni kəsəndən 1 ay sonra) qanın selektiv laxtalanma analizləri (Trombofiliyanın laborator müayinəsi məqaləsinə bax) üçün qan nümunələri götürülməlidir.