Astmanın kəskin şiddətlənməsinin müalicəsi

EBM Klinik protokolları
21.03.2017 • Sonuncu dəyişiklik 21.03.2017
PaulaKauppi

Əsaslar

Astmanın kəskin şiddətlənməsinin tanınması

Həyat üçün təhlükəli bir hücumu göstərən əlamətlər

Laborator və instrumental müayinələr

Təxirəsalınmaz müalicə

  1. Pasiyentə rahat oturaq vəziyyət təmin edin. Lazım olduqda pasiyentin önə əyilə bilməsi, əlləri və ayaqları ilə özünə dayaq verməsi üçün ayaqları mümkün qədər yerə yaxın olmalıdır.
  2. Maska və ya nazal kanyula vasitəsilə 4-5 l/dəq sürətilə oksigen (adətən 35% konsentrasiya kifayətdir; reanimasion tədbirlər zamanı maksimal konsentrasiya və axınla) verin. Əgər pasiyentdə həm də XOAX (xroniki obstruktiv ağciyər xəstəliyi) varsa karbon qazının yığılmasından qaçmaq üçün oksigenin daha aşağı axın sürəti (1-2 l/dəq) kifayətdir.
  3. Salbutamol aerozolunu 0,1 mq/dozada speyserlə 4-8 inhalyasiya verin . Əgər ehtiyac varsa, hər 20-30 dəqiqdən bir 2-4 dəfə təkrar edin. Alternativ olaraq, oksigenlə birgə və ya onsuz kombinasiya şəklində salbutamol 2,5 mq və ipratropium-bromid (ipratropium bromide) 0,5 mq nebulayzerin köməyi ilə (və ya fenoterol 1,25 mq və ipratropium-bromid 0,5 mq) verin. Əgər ehtiyac varsa, 1 saatdan sonra təkrar edin.
    • Effektivliyi şübhəli olduğu üçün və xoşagəlməz təsirlərinə görə teofillin astma şiddətlənməsinin müalicəsində müntəzəm istifadə üçün daha tövsiyyə olunmur.
    • Lakin intensiv yardımın nəzərdən keçirilməli olduğu ağır hücumda teofillin müalicəsinə cəhd edilə bilər: 20-30 dəqiqə ərzində venadaxili 5 mq/kq; infuziya ilə davam edilməli (400 mq teofillin 1000 ml 0,9%-li NaCl və ya 5%-li qlükoza məhlulunda durulaşdırılır; 50 yaşdan aşağı pasiyentlər üçün infuziya sürəti 0,6 mq/kq/saat, 50 yaşdan yuxarı pasiyentlər üçün isə 0,4-0,5 mq/kq/saatdır).
  4. Yüksək dozada venadaxili və ya peroral (məsələn 40–80 mq "methyl prednisolone" və ya 125–250 mq "hydrocortisone") qlükokortikoid verin . Venadaxili steroidlərdən asılı olmayaraq pasiyent udmağa qabil olan kimi peroral qlükokortikoidlər (məsələn, 30–40 mq prednizolon) verilir.
  5. Peroral qlükokortikoidləri (məsələn, səhərlər 30–40 mq prednizolon) bir neçə gün ərzində davam edin. Əgər pasiyentin evdə davamlı qlükokortikoid dərmanı varsa ona daha yüksək dozalar tələb oluna bilər.
  6. Həyat üçün təhlükə törədən və ağır kəskin astma hücumunda bronxolitik dərman maddəsi kifayət qədər təsir göstərmədiyi zaman aşağıdakıları verməyi nəzərdən keçirin:
    • rasemik adrenalin (S2® Racepinephrine Inhalation Solution,-Rasepinefrin inhalyasiya məhlulu 2.,25%-li) , 3 ml 0,9%li NaCl məhlulunda 0,5 ml dozada inhalyasiya yolu ilə
    • Böyük pasiyentdə 20 dəqiqə ərzində 2 q maqnezium-sulfat (magnesium sulphate) tək venadaxili ləng infuziya şəklində.
  7. Əgər hücum uzanıbsa təngnəfəslik maye qəbuluna imkan vermədiyi üçün pasiyent dehidratasiya oluna bilər. Pasiyentin normal sutkalıq tələbatdan artıq 2000-3000 ml mayeyə ehtiyacı ola bilər. Yaşlı pasiyentlərdə və ürək xəstəliyi olan şəxslərlə ehtiyatlı olmaq lazımdır!
  8. Davamlı monitorinq üçün imkan olan bölmələrdə qeyri-invaziv ventilyasiya (non-invasive ventilation - NIV) nəzərdən keçirilə bilər.

İntensiv yardım (reanimasiya və intensiv terapiya bölməsində yardım) üçün göstərişlər

Sonrakı müalicə

Astmanın kəskin şiddətlənməsindən sonra xəstənin evə yazılması

Əlaqədar mənbələr

Yuxarıya