Təxirəsalınmaz tibbi yardım telefon xidmətlərinin və səhiyyə müəssisələrinin personalı yuxarı tənəffüs yollarından yad cisimləri xaric etmək üçün edilən sadə tədbirləri bilməlidir.
Tənəffüs yollarında artmış təzyiqin havanı yad cismin yanından ötürə bilməsinin mümkünlüyünə görə görə yad cismin xaric edilməsinin uğursuzluğundan sonra ağızdan-maskaya və ya ağızdan-ağıza ventilyasiyaya həmişə cəhd edilməlidir.
Əgər təxirəsalınmaz yardım üçün ləvazimat (larinqoskop, Magill tutqacı) əl altındadırsa, əvvəlcə baxış keçirin və əgər lazımdırsa ən iri yad cisimlərin ilişdiyi (böyüklərdə tipik olaraq qida tikəsi ilə) udlaq və qırtlaqüstü sahəni Magill tutqacı ilə boşaldın. Pasiyentin ağız və udlağının barmaqla kor-koranə müayinəsi tövsiyə olunmur.
Əllərinizi çarpazlaşdıraraq göbəkdən yuxarıda pasiyentin qarnının yuxarı hissəsini arxadan tutaraq pasiyentin qarın boşluğu təzyiqinin yüksəlməsi, diafraqmanın qalxması və havanın ağciyərlərdən çıxması üçün yuxarıya və arxaya təkanlar edin.
Davamlı olaraq aspirasiya etməklə orta xətdə iynəni traxeyaya daxil edin. Şprisdə hava qovurcuqlarının olması iynənin traxeyada olmasını göstərir. Traxeyanın arxa divarını punksiya etməmək üçün ehtiyatlı olun.