Ağızda quruluq sistem xəstəliyi və ya dərmanların təsirindən yarana bilər.
Ağız suyu axın sürətinin azalması nəticəsində diş kariyesinin inkişafı, ağız boşluğunun ağrılı olması və göbələk infeksiyasinın qarşısını müasir müalicə üsulları və məlumatlandırma ilə almaq olar.
Ağız quruluğunun simptomları
Hiposalivasiya (ağız suyu axın sürətinin azalması) sürətləndirir və aşağıda sadalananlarla nəticələnir, məsələn:
çıxarıla bilən diş protezlərinin geyilməsində çətinlik
udma,yemə və nitq zamanı çətinlik.
Ağızda quruluğun diaqnostikası
Diaqnostik əhəmiyyətli suallara aiddir:
Yemək zamanı su içmədən quru qidanın(peçenye,çörək) udulması çətindirmi?
Danışanda ağzınız quruyurmu?
Gecələr də ağzınızı islatmağa ehtiyac duyursunuzmu?
Dişlərinizi kobud və iti hiss edirsinizmi?
Ağız suyu axın sürətinin ölçülməsi (ağız suyu ifrazının ölçülməsi)
Stomatoloq və ya ağız boşluğu üzrə mütəxəssis tərəfindən icra edilə bilər. Ağız suyu axın sürətinin ölçülməsinin ən asan və geniş yayılmış üsulu 5 dəqiqə ərzində parafin parçası çeynəyərkən ağız suyunun miqdarının ölçülməsidir. Normada bu miqdar 5 ml-i keçir. Ağızda quruluq (xerostomia, kserostomiya) hissiyyatı subyektiv olaraq, adətən, stimulə edilmiş axın sürəti 5 dəqiqədə 2.5 ml-dən az olduqda yaranır.
Ağız suyu axınının baza sürəti 5 dəqiqə ərzində ən azı 0.5 ml olmalıdır. Sakitlikdə ağız suyu axın sürətinin ölçülməsi də eyni qaydada, yalnız çeynəmə olmadan təyin olunur.
Ağız quruluğunun etiologiyası
Dərmanlar, xüsusilə də bir neçə dərman eyni anda təsir göstərdikdə:
Ağız suyu ifrazını ən çox azaldan dərmanlara bir sıra antihipertenziv dərmanlar,diuretiklər, xərçəngəleyhinə, bəzi psixo-farmakoloji və nevroloji dərmanlar,allergiya və öskürək əleyhinə dərmanlar, həmçinin, analgetik, revmatizmə qarşı istifadə olunan dərmanlar daxildir.
Revmatik xəstəliklər, xüsusilə də Şeqren (Sjögren's ) sindromu