Ağız gigyenasına etinasız yanaşma ağızda pis qoxunun ən vacib səbəbidir. Ən azından 80% hallarda səbəbin ağızda olması müşahidə edilmişdir. Əsasən bakteriyaların yaratdığı uçucu kükürd birləşmələri qoxuya səbəb olur.
Qoxu bilmə duyğusu hətta güclü qoxuya belə tez uyğunlaşdığından, çox hallarda xəstə problemdən bixəbər olur.
Səhər yuxudan oyanarkən ağızda keçici pis qoxu təbii haldır. Ağız ilə tənəffüs qoxunu pisləşdirir.
Ağızda pis qoxu ciddi sosial pozuntuya, sosial vəziyyət qarşısında qorxuya və sosial cəmiyyətdən uzaqlaşmaya səbəb ola bilər.
Əgər xüsusi müalicə tələb edən hal aşkarlanmazsa, ağızda pis qoxunun idarə edilməsi ağız gigiyenasına ciddi riayət etməyə, tüpürcək ifrazının stimulyasiyasına və təravətləndirici ağız yaxalayıcı və ya qarqara edici vasitələrin istifadəsinə əsaslanır.