| Əldə edilən tapıntının klinik mənzərəsi | Mümkün ola bilən səbəblər |
|---|---|
| Adı çəkilən müəlliflərdən adaptasiya edilərək götürülmüşdür: Regezi J, Sciubba J, Jordan R. Oral pathology - Clinical pathologic correlations. 7. edition. Saunders Elsevier 2016. | |
| Solğun rəngli | |
|
Psevdomembranoz kandidoz, selikli qişanını səthinin diş pastasınını təsiri altında soyulub ayrılması |
|
Qıcıqlanma nəticəsində yaranan hiperplaziya; lixenoid reaksiya; dərman reaksiyası; qırmızı yastı dəmirov; hiperplastik kandidoz; leykoplakiya; ağ süngərli nevus ; tütün çeynəyənlərin stomatiti; nikotin stomatiti; günəş xeiliti; “tüklü” dil; submukoz fibroz; Fordays xəstəliyi (qranuloması); ektopik limfa toxuması; diş əti (qingiva) kistası; diş əti absessi; lipoma. |
| Eritematoz törəmələr |
Atrofik kandidoz, yastı dəmirov, dərman reaksiyası, kontakt allergiyası, pemfiqoid, fol turşusu və B12 vitamini çatışmazlığı, hemangioma, piogen qranulema, orta indurativ (rombşəkilli) qlossit, çoğrafi dil, petexiya və sıyrıntə (travma, qan xəstəllikləri) |
| Yaralı törəmələr |
Travma, afta, siflis, qonoreya, vərəm, aktinomikoz, Bexçet xəstəliyi, Reyter sindromu, qırmızı yastı dəmirov, çoxformalı eksudativ eritema, qırmızı qurd eşənəyi, dərman reaksiyası, kontakt allergiyası, Vegner qranulomatozu, (irsi) dövri neytropeniya, yastıhüceyrəli (epidermoid) karsinoma, maksillar (yuxarı çənənin) sinusun karsinoması |
| Bulloz törəmələr | Herpes simplex infeksiyası, Herpes varicella-zoster infeksiyası (su çiçəyi), enteroviruslar, herpes anginası, pemfiqoid, pemfiqus, herpetiform dermatit (seliakiya xəstəliyində), bulloz epidermoliz, dərman reaksiyası, kontakt allergiyası |
| Ziyilli törəmələr |
Damaq papillamotozu, skvamoz papilloma, iti uclukondiloma, enli kondilomalar, ocaqlı epitelial hiperplaziya, ağız boşluğunun adi ziyilləri, verrukoz leykoplakiya, verrukoz karsinoma, verrukoz ksantoma, |
| Hiperpiqmentasiya | Amalqama piqmentasiyası, melanotik ləkə, fizioloji piqmentasiya, tütün (siqaret) çəkmə (ləkələri),iltihab prosesi, dərman reaksiyası, ağır metallara qarşı olan reaksiya, Addison xəstəliyi, Peyts - Egers sindromu, Lojie – Xunsiker sindromu, nevus, melanoma, uşaqların neyroektodermal şişləri |
| Selikli qişa altı ödem | |
|
Piogen qranulema, periferik qiqant hüceyrəli qranulema, periferik fibroma, diş ətinin absessi, ekzostoz, diş ətinin kistası, diş yarılması/çıxartma kistası, yenidoğulmuşların anadangəlmə epulisi, diş ətinin generalizə olunmuş hiperplaziyası. |
|
Ranula (dilaltı kista), dermoid kista, limfoepitelial kista, ağız suyu vəzisinin şişi, mezenximal şiş. |
|
Ağız suyu vəzsisinin şişi, mukosele, travmatik fibroma, mezanximal şiş. |
|
Travmatik fibroma, pyogenik qranuloma, dənəli hüceyrəli şiş, neyrofibroma, travmatik fibroma, ağız suyu vəzilərinin şişi, hemangioma, limfangioma |
|
Mukosele, ağız suyu vəzisi şişi, diş absessi, limfoma, xoşxassəli sümük düyünü, yuxarı çənənin və ya maksilyar sinusun şişi. |
Leykoplakiya ləkələri qaşıyıb qopartmaq mümkün deyil və onlar digər bir xəstəliyin əlaməti sayılmayırlar (şəkil). Leykoplakiyalar etiologiyasına görə ya idiopatik, ya da siqaret və spirtli içki qəbul edilməsi kimi təsnif edilə bilərlər. Leykoplakiya klinik cəhətdən homogen və ya qeyri-homogen (nodulyar, verrukoz proliferativ leykoplakiya və ya eritroleykoplakiya) ola bilər.
Xüsusilə proliferativ verrucous leykoplakiya, demək olar ki, bütün hallarda karsinomaya çevrilir. Statistik olaraq ən təhlükəli bölgə ağız boşluğunun dibi və dilin alt hissəsidir (50% hallarda bədxassəli şişə çevrilə bilər). Diaqnoz klinik mənzərə və histoloji müayinəyə əsaslanır. Əgər biopsiya orta və ağır dərəcəli displaziyanı göstərirsə, müalicə cərrahi müdaxilə vasitəsi ilə edilir və 6 aylıq intervalla klinik müşahidə tətbiq edilir. "?
Ağız xərçəngi riskini artıran sindromlar
• Autoimmun poliendokrin sindrom tip 1 ( və ya eng., Autoimmune polyendocrinopathy-candidiasis-ectodermal dystrophy (APECED)
• bulyoz epidermoliz
• Kseroderma pigmentozum
• Diskeratoz anadangəlmə
Plummer-Vinson sindromu
Ağız boşluğunun qırmızı yastı dəmirovu
DQQEolan xəstələrinin 5% -ə qədər hissəsində SQQE inkişaf edir. Müalicə üçün topikal kortikosteroidlərdən və lazım olduğu hallarda isə hidroksixlorokin, retinoidlər (hydroxychloroquine, retinoids) və ya digər immunosupressiv / immunomodulativ dərmanlarla aparılan sistem terapiyasından istifadə edilir. Günəş şüasından qoruyan məlhəmlər də tövsiyə olunur. Belə düşünülür ki, DQQE lezyonlarının olması, xüsusilə də dodaqları cəlb edildiyi hallarda xərçəng riski artımış olur. "?>
Çoxformalı eksudativ eritema
Ağız boşluğunun və dodağın selikli qişasının eroziyalı və yaralı lesionları ilə gedən kəskin iltihabi bulloz xəstəlikdir (şəkil).
Əsasən ətrafların dəri örtüyü dəyişkənliyə məruz qalır, orada kifayət qədər asan təyin edilə bilən dairəvi halqalar olur (öküz gözünü xatırladan üzükvari halqalar).
Adətən yeniyetmələrdə olur; qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Xəstəlik spontan olaraq sağalır və bir neçə dəfə residiv verir.
Etiologiyası aydın deyil, lakin 50% hallarda xəstəliyə rəvac verən faktor təyin edilə bilər. Belə faktorlara infeksiyalar (xüsusən adi herpes virusu və ya mikoplazma), dərman vasitələri, vaksinlər, hamiləlik, menstruasiya, kimyəvi maddələr, qida məhsulları, bədxassəli şişlər, sistem xəstəlikləri, stress və şüa xəstəliyi aid ola bilər. Xəstəliyin generalizasiya edilmiş formasında (Stevens - Jonson sindromu) dəri və ən azı iki mukoz sahədə ağır eksfoliativ zədələnmələr meydana çıxır. Xəstəliyin ən ağır forması Lyell sindromudur (toksik epidermal nekroliz), bu zaman dəri səthinin 30% prosesə cəlb olunur. Diaqnoz klinik mənzərəyə və təkanverən faktorları təyin edə bilən anamnezə əsaslanır. Diaqnoz provokasiya testləri vasitəsi ilə təsdiqlənə bilər. Əgər hər hansı bir herpes və ya mikoplazma şübhəsi varsa, onda diaqnoz uyğun olan metodlarla təsdiq edilməlidir. Zərurihallarda yenicə götürülmüş bioptat İF metodu vasitəsi ilə tədqiq edilməli və digər oxşar klinikaya malik xəstəliklər istisna edilməlidirlər. Müalicə səbəb olan faktorların aradan götürülməsindən, kifayət qədər hidratasiya aparılmasından və antihistamin təsirli preparatların təyinindən ibarətdir. Topikal kortikosteroidlər ağız boşluğu zədələnmələrinin simptomlarını effektiv olaraq yüngüləşdirirlər. Topik anestetik məhlullar və gellər su və qida qəbulunu asanlaşdırmaq üçün tətbiq edilə bilər. Xolrheksadin (Chlorhexidine) 2mq/l vasitəsi ilə gündəlik olaraq ağız boşluğu yaxalanır və beləliklə ağız gigiyenası təmin edilir və ağırlaşmaların qarşısı alınır. Adi herpes virusunun təkan verdiyi residivləşən xəstəlik formasında isə profilaktik olaraq asiklovir (aciclovir) verilməsi faydalı ola bilər. Hospitalizasiya xəstəliyin ağır formasında edilir və sistem kortikosteroidləri ilə müalicə təyin edilməlidir.?>
Vulqar pemfiqus
Nadir olan xronik, autoimmun, bulloz xəstəlikdir. Təxminən 75% hallarda xəstəlik ilkin olaraq ağız boşluğunun selikli qişasında suluqlama şəklində manifestasiya edir. Bu suluqlamalar asanlıqla partlayaraq ağrı verən eroziyalara çevrilirlər. Az hallarda ağız boşluğundakı suluqlar toxunulmaz qalırlar. Lesionların tipik olan yerləşdiyi sahələr damaq, yanağın selikli qişası, aşağı dodaqdır. Sağıam selikli qişaya küt bir alətlə bir dəqiqə ərzində təzyiq etdikdə, suluq əmələ gəlir və ya epiteli öz əsasından ayrılır (müsbət Nikolski testi).
Dərinin zədələnmələri şəffaf, maye ilə dolmuş və kövrək divarlı suluqlama sahələrindən ibarət olur. Həmin sahələr bir neçə ay öz yerlərində qalır və sonra dərinin digər sahələrinə yayılırlar.
Yeniyetmələrdə daha çox rast gəlinir, qadınlar arasında kişilərlə müqayisədə daha çoxdur. Diaqnozun qoyulması klinik mənzərəyə, histopatoloji tədqiqatlara (intraepitelial vezikullar), birbaşa edilən və birbaşa edilməyən (indirect) İF immunoflüoressensiya metodlarına əsaslanır; həmçinin, seroloji metodun istifadəsi mümkündür. Birbaşa edilən İF metodu üçün nümunə zədələnməyə məruz qalmamış dəridən və ya selikli qişadan götrülür, lakin bu sahə lezionların yaxınlığından seçilir. Nümunə dərhal laboratoriyaya göndərmilməlidir (ya fizioloji məhlul hopdurulmuş tənzifin arasında, və ya xüsusi nəql edici avadanlıqdan istfadə edərək. Bu avadanlıq laboratoriya tərəfindən təchiz edilir, biopsiya materilanı 3 gün ərzində saxlayır.
Müalicə sistem kortikosteroidlərinin ya təklikdə, ya da metotreksat, azatioprin, mykofenolat- mofetil və ya syklofosfamid (methotrexate, azathioprine, mycophenolate mofetil və ya cyclophosphamide) kombinasiyasının tətbiqindən ibarətdir. Əgər xəstəlik göstərilən müalicəyə refraktordursa (gec reaksiya veririsə), onda digər variantlar:: vena daxilinə immunoqlobulin, immunoadsorbsiya, plazmoferez və rituksimab (Rituximab) tətbiq edilə bilər. Topik olaraq kortikosteroid məlhəmlərdən də istifadə edilə bilər.?>
Pemfigoid
Bir qrup xronik, autoimmun, bulloz xəstəliklərdir və iki əsas forması mövcuddur: bulloz pemfiqoid və mukoz membranın xoşxassəli pemfiqoidi. Ağız boşluğunun lezionları bulloz pemfiqoid olan pasiyentlərin təxminən 20%-də və mukoz membran xoşxassəli pemfiqoidi isə 85%-də tapılır. Ağız boşluğunda olan suluqlar şəffaf maye və ya qanla dolmuş olur və suluqlar asanlıqla partlaya bilirlər. Suluqların ətrafında yerləşən mukoz membran eritematoz olur. Suluqlar partladıqdan sonra yara səthi tədricən sağalır və yerində çapıq toxuması qala bilər.
Ağız boşluğunun mukoz membranın xoşxassəli pemfiqoidinin əsas manifestasiya forması diş ətinin eriteması və yara tökməsidir, yəni deskvamativ qinqivitdir (şəkil). Lezionlar, həmçinin damaq və dil səthində, yanaqların mukoz membranında olur. Dəri səthində suluqların əmələ gəlməsindən əvvəl orada qaşınma, allergik ğvrə (ürtcaria) крапивница ekskoriasiyalar, ekzemalar və populez elementlər görünə bilər. Diaqnoz yaşa (60-70 yaş), klinik mənzərəyə, histopatoloji tədqiqatlara (sub epitelial vezukulaların olması), birbaşa İF analizinin və seroloji müayinənin nəticələrinə əsaslanır. Nikolski testi müsbət olmalıdır (bax adi pemfiqus). Yüngül olan və ya lokalizasiya etmiş xəstlik zamanı ağız boşluğunun selikli qişasının lezionlarının müalicəsi topikal kortikosteroidlərin tətbiqindən ibarətdir. Daha ağır olan hallar (və okulyar manifestasiyası olan bütün pasiyentlər) sistem kortikosteroidləri və/və ya immunosupressiv preparatlarla müalicə edilməlidirlər. Pasiyent dəri səthinin və mukoz membranın hər hansı bir travmasından çəkinməlidir (məs. kobud qida qəbulu), çünki bu hal suluqların yaranmasının provakasiaya edici faktoru ola bilər. Mukoz membrana pemfiqoidi olan bütün xəstələr oftalmoloq tərəfindən müayinə edilməlidirlər. "?>
Qırmızı yastı dəmirov
Etiologiyası naməlum olan dərinin və selikli qişaların olduqca geniş yayılmış və immunutetlə bağlı xəstəliyidir. Ağız boşluğunun yastı dəmirovu əhalinin təxminən 2% -də rast gəlinir. Xəstələrin təxminən üçdə ikisi qadındır, xəstələnmə orta yaşda ən yüksəkdir. Yastı dəmirov ağız boşluğunun selikli qişasına təsirinin klinik təzahürünə görə aşağıdakı tiplərə bölünür: papulyoz, retikulyar, ərp şəkilli, atrofik, eroziv və bullous. Selikli qişalarda Wickham'ın ağ striyaları ilə gedən retikulyar tip (şəkillər) xəstəliyin ən yayılmış formasıdır. Müxtəlif növ dəyişikliklər birlikdə ola bilərlər.
Yastı dəmirov lezyonları, ümumiyyətlə, yanağın daxili səthinin selikli qişasında, dilin (şəkil) və / və ya diş ətlərinin üzərində simmetrik paylanırlar. Ağız boşluğunda yastı dəmirov olan xəstələrin təxminən 40% -i, həmçinin dəri lezyonlarını da manifestasiya edirlər. Digər tərəfdən, dəri lezyonları olan xəstələrin 70% -də birgə olaraq ağız lezyonları da mövcud olur. Genital nahiyənin iştirakına da olduqca çox rast gəlinir. Dəri dəyişiklikləri xarakterinə görə daimiliyə malik deyildir, lakin əksinə ağız boşluğunda simptomlar daimidirlər. Xəstəlik əksər hallarda (təxminən 50% hallarda) simptomları ağırlaşdıran ikincili oral göbələk infeksiyası ilə müşayiət olunur. Diaqnoz, olan klinik mənzərəyə əsaslanır və lazım olduqda biopsiya ilə təsdiqlənməlidir.
Müalicə mümkün olan ağırlaşdırıcı amillərin aradan qaldırılmasından ibarətdir (diş daşı, diş plombalarının kəsici kənarları, protez, qıcıqlandırıcı qidalar), yaxşı ağız boşluğu gigiyenası və mümükün olan göbələk infeksiyalarının müalicəsi (kortikosteroidlərlə müalicədən əvvəl isə göbələk kulturasının əkilməsi yolu ilə diaqnoz təsdiqlənir). Simptomatik, eritematoz və / və ya yaralı lezyonlar yerli olaraq kortikosteroid preparatları ilə müalicə edilə bilər (məsələn, triamsinolon asetonidin (triamcinolone acetonide), 55µg/dozada və ya flutikazon propionat (fluticasone propionate nasal spray 50 µg/dosa) - burun boşluğu üçün sprey; betametazon 0,1%, və ya klobetasol propionat (clobetasol propionate) məlhəmi 0,05%). Əsasən diş ətlərində olan lezyonlara hidrokortizon kremi (betametazon kremi 0.1%) tibbi şpatel vasitəsi ilə asanlıqla yaxılır. Ağır oaln hallarda zədələnmələrə birbaşa kortikosteroid inyeksiya edilə bilər. Ağız boşluğunun selikli qişasınını qırmızı yastı dəmirovunun müalicəsində takrolimus (Tacrolimusum) və pimecrolimus (Pimecrolimusum) yerli olaraq tətbiqi yaxşı ilkin nəticələr əldə etməyə imkan vermişdir, lakin onların selikli qişaya tətbiqinə dair tənzimləyici məhdudiyyətlər də mövcuddur. Ağrılı, topikal müalicəyə kifayət qədər müsbət cavab reaksiyası olmayan hallarda (refraktor hallar) kortikosteroidlərlə sistem müalicəsi nəzərdən keçirilə bilər.
N.B. Yastı dəmirov lezyonlarınınTəxminən 0.1 3% -i bədxassəli olur. Xəstəninin müşahidə edilməsi vacibdir və təkrar biopsiya tələb oluna bilər.
Lixenoid reaksiyalar
Lixenoid reaksiyaları ya klinik, ya da histoloji olaraq yastı dəmirovun klinik meyarlarının tələblərini tamamilə yerinə yetirmirlər. Əksər hallarda lokal bir lezyon (yastı dəmirov ilə müqayisə edin) olur.
Lixenoid reaksiyalar aşağıdakılarla provokasiya oluna bilərlər:
. Etiologiya amili heç də həmişə müəyyən edilmir. Müalicə: səbəb faktorunun aradan qaldırılmasına əsalanır; simptomatik müalicə yastı dəmirovda olduğu kimidir . "?>
Residivləşən afthos stomamtit (yaralı törəmələr)
Residivləşən aftoz stomatit, əhalinin 60% -də rast gəlinən və geniş yayılmış bir haıldır (şəkil). Etiologiyası məlum deyil; lakin, bəzən bu xəstəlik stress, mexaniki qıcıqlanma, müəyyən qidaların qəbulu, hematoloji anomaliyalar (dəmir, fol turşusu, B vitamini və ya sink çatışmazlığı), hormonal dəyişikliklər və ya qeyri - steraoid iltihabəleyhinə dərmanlar və ya beta blokatorların istifadəsi ilə aydın şəkildə əlaqələndirilirlər. Bir sıra pasiyentlərdə genetik meyillilik qeyd edimişdir. Bəzən Behçet sindromuna bənzəyən aftoz xoralar, Kron xəstəliyi, yaralı kolit və ya tsiklik neytropeniya kimi sistemli xəstəliklərlə əlaqələndirilirlər. Klinik mənzərəyə görə kiçik, böyük və herpesebənzər forma kimi təsnif edilirlər. Yaralar üadətən dodaq və yanaqların selikli qişalarında, daha nadir hallarda dil və diş ətlərində olur. Adətən ağrılıdırlar və yaraların ölçüsündən asılı olaraq 1 həftə ərzində sağala bilərlər.
Diaqnoz klinik mənzərə və anamnezə əsaslanır. Müalicə: lazım gələrsə, topik kortikosteroid məhsulları (oromukozal (oromucosal) həbləri və ya oral pastalar), həmçinin xlorheksidin vasitəsi ağız boşluğunun qarqara edilməsinə cəhd etmək olar. Ağız boşluğunun residivləşən xoraları tetrasiklin tərkibli məhllullara qarqara edilərək müalicə edilə bilər (300 mq tetrasiklin bir stəkan suda həll edilir və ağız boşluğu 5 gün ərzində hər gün 4 dəfə qarqara edilir). Local anestezik gellər və aftanın üzərində qoruyucu örtük yaradan məhsullar ağrıların yüngülləşdirilməsində da kömək edirlər. Bəzi xəstələr müəyyən bitki mənşəli və vitamin məhsullarından istifadə edirlər, baxmayaraq ki, onların effektivliyinə dair elmi sübutlar mövcud deyildir. Bəzi xəstələrdə isə tərkibində natrium lauril sulfat olmayan diş pastasının istifadə edilməsi aftoz stomatitin azalmasına səbəb ola bilər. "?>
"Venoz Göl” –venaın qalın divarlı genişlənməsidir və maye azotla dondurularaq müalicə edilə bilər.?>