Ağızda yanma hissi və Qlossalgiya

EBM Klinik protokolları
07.09.2016 • Sonuncu dəyişiklik 07.09.2016
ArjaKullaa

Əsas məqamlar

 

Epidemiologiya

Etiologiya

Lokal səbəblər

 

Sistemik səbəblər

 

Psixiatrik səbəblər

Tədqiqatlar

Xəstə tarixçəsi və klinik müayinə

• Xəstəlik tarixçəsi çox vacibdir.
• Siqaret çəkmək. Klinik müayinə damaqdakı kiçik qızartıları, yəni tüpürcək vəzilərinin iltihabını aşkar edir. Bəzən dilin orta xətti boyunca filiform papillaların yox olması ilə əlaqədar qızartılar ola bilər (qabarıq mərkəzi atrofiya = CPA).
• Qidalanma vərdişləri. Çox isti, ədviyyatlı yeməklər dildə yanma hissi yarada bilər. Digər tərəfdən, güclü dadbilmə stimulları, bəzən mukozada yanma hissi doğurur. Klinik lezyonlara rast gəlinmir.
• Ağız çalxalama sularından davamlı istifadə ağız mukozasını qıcıqlandırır. Bəzi hallarda ağız mukozasında yerlərini gündəlik olaraq dəyişən kiçik qızartılar mövcud olur. Davamlı olaraq dadbilmə hissinin stimullaşdırılması dabilmə hissinin itməsinə səbəb ola bilər. 
o Xəstə üçün natrium-lauril-sulfat tərkibli olmayan diş pastası tövsiyə olunur.
• Xəstənin ağzı qurudursa, bu o deməkdir ki, ağız müxtəlif qıcıqlandırıcı və iltihablara qarşı həssasdır. Ağız mukozasının quruluğu ağızdan nəfəs alınması, tüpürcək vəzinin xəstə olması və ya tüpürcək ifrazını azaldan dərman preparatları ilə əlaqədar ola bilər. Menopozal simptomlar tüpürcəyin tərkibi və ifrazındakı dəyişikliklər səbəbindən daha da kəskinləşə bilər. Tüpürcək ifrazının azalması, ümumiyyətlə dadbilmə qabiliyyətinin pozulması ilə müşayiət olunur.
• Çürük diş və ya plomblar, ağır diş daşları və böyük diastemata tez-tez dilin ucunda qlossalgiyanın yaranmasına səbəb olur. 
• Malokkluziya ilə əlaqədar olaraq  dildə və mastikator əzələlərin olduğu yerlərdə ağrı yaranır. Xəstədə, həmçinin, baş ağrısı olur. Malokkluziya problemlərinin ehtimal olunan səbəbləri aşağı dişlərdə protez, tamamlanmamış diş müalicəsi və plombu böyük olan dişlərdir. 
• Kandidoz xeyliti və protezlə əlaqədar yaranan stomatit ağızda göbələk infeksiyasının olduğunu göstərir. Klinik simptomlara protezin altında mukozada qızartı və ağrı daxildir. Ən ciddi hallar dilin səthindəki filiform papilla atrofiyası ilə ortaya çıxır. Tüpürcək ifrazının azalması ağızı göbələk infeksiyasıan qarşı həssaslaşdırır, ona görə də, müalicə planlaşdırılan zaman bu, nəzərə alınmalıdır. Farmakoloji terapiyadan əlavə, ağız boşluğunda göbələk infeksiyasının müvafiq müalicəsinə müayinə və köhnə protezlərin dəyişdirilməsi də daxildir (diş həkiminin qiymətləndirməsi).
• Protezi olan şəxslərdə alveolar silsilə ağrısı, demək olar ki, alveolar çənə sümüyünün bıçaq kimi kəskin olmasına səbəb olan sümük rezorbsiyası ilə əlaqədardır. Bu cür hallarda, potensial sümük lezyonlarını ortopantomoqrafiya vasitəsi ilə qiymətləndirmək məsləhət görülür. Müalicə ağız cərrahı tərəfindən alveolar silsilələrin düzəldilməsi ilə həyata keçirilir. 
• Protez ilə əlaqəli ağrı çox nadir hallarda allergiyadan qaynaqlanır, halbuki doldurucu materiallara qarşı allergiya daha çox yayılmışdır. Klinik olaraq, bu allergiyalar ağız mukozasında doldurucu plomb maddəsi ilə təmasda olan likenoid lezyonlar ilə xarakterizə olunur. Likenoid lezyonlardan biopsiya götürülməlidir. Klinik nəticələrə və histopatoloji diaqnoza əsasən, xəstə lazım olduqda, allergiya üçün müayinə olunmağa göndərilə bilər.
• Ən çox yayılmış və dərmanlardan qaynaqlanan əks təsir tüpürcək ifrazının azalmasıdır, bu isə ağız qıcıqlanması və iltihab, həmçinin, diş xəstəliklərinin artmasına səbəb olur. Bir çox fərqli dərmanların ağız boşluğundakı kimi ağız mukozasında da xəstəlik simptomlarına səbəb olduğu bildirilmişdir. Ağızdakı yanma hissi, dadbilmə hissinin həssaslığı və toxunma hissində pozğunluq da dərmanla əlaqədar ola biləcəyi üçün xəstənin ağızdakı simptomların qiymətləndirilməsinin bir hissəsi olaraq hansı dərman vasitələrindən istifadə etdiyini müəyyənləşdirmək lazımdır. 
• Ağız mukozasında yanma hissi qızartılar, eroziv ləkələrlə müşayiət oluna bilər. Bu isə anaemiyanın mövcudluğunu qiymətləndirmək üçün qan sayımını yoxlamağın lazım olduğuna bir işarədir. 
• Müəyyən bir sahə ilə məhdudlaşan ağrı hər zaman ciddi qəbul edilməlidir. Xüsusilə dilin yan tərəfindəki ağrı bədxassəli bir şişin əlaməti ola bilər. 
• Nevroloji pozğunluqlar (dağınıq skleroz, bulbar iflic, Amiotrofik lateral skleroz, diabetik nevropatiya). Digər nevroloji nəticələr isə səbəb kimi qiymətləndirilə bilər.  

Laborator analizlər

Tədqiqat

 

Müvafiq mənbələr

 

 

Yuxarıya