Qeyri - iradi, davam edən çəki itkisi çox vaxt ciddi somatik və ya psixoloji pozğunluqların əlamətidir.
Əhəmiyyətli dərəcədə arıqlama 6 ayda bədən kütləsinin ən azı 5 - 10 %-nin azalması deməkdir. İradi çəki itkisi ilə birlikdə, qeyri - iradi çəki itkisi ya kalori qəbulunun azalması, ya da enerji sərfinin çoxalması nəticəsində baş verir.
Ən vacib somatik səbəblərə endokrinopatiya (şəkərli diabet və hipertireoz), mədə - bağırsaq pozğunluqları və bədxassəli şişlər daxildir.
Ən çox rast gəlinən psixoloji səbəblərə isə depressiya və anoreksiya daxildir.
Yaşlı xəstələrdə digər tədqiqatlar aparmamışdan qabaq dişlərin vəziyyəti, yemək yemə qabiliyyəti və yemək yemə sıxlığı yoxlanılmalıdır.
Xəstəliyin səbəbləri
Endokrinoloji səbəblər
4 - 18% hallarda
Hipertireoz
Dissimilyasiyanın artması, bağırsaqda hərəkətliliyin artması və həmçinin malabsorbsiya sindromu arıqlamağa səbəb olur.
Şəkərli diabet
Yenicə başlamış 1-ci tip şəkərli diabetdə qlükozuriya arıqlamağa və dehidratasiyaya səbəb olur.
Əgər şəkərli diabetə yaxşı nəzarət olunmazsa, qlükozuriyaya əlavə olaraq, əhval - ruhiyyənin dəyişməsi və mədə-bağırsaq simptomları da çəki itkisi ilə nəticələnə bilər (mədə iflicinin gecikmiş fəsadlarının ola bilməsi də yadda saxlanılmalıdır). Lakin 2-ci tip şəkərli diabetdə çəki artımına daha çox rast gəlinir.
Digər endokrinoloji səbəblər
Addison xəstəliyi
Hiperparatireoz (olduqca nadir əlamət)
Mədə - bağırsaq pozğunluqları
10 - 20% hallarda xoşxassəli mədə - bağırsaq pozğunluqlarına rast gəlinir.
Mexanizmlərə ağrı, udmada çətinlik, ishal və malabsorbsiya daxildir.
Qlüten xəstəliyi
Qlüten xəstəliyi böyüyən uşaqlarda çəki artımının az olması ilə əlaqəlidir, lakin böyüklərdə çəki itkisi heç də tez - tez rast gəlinən əlamət deyil. Daha çox xəstələrdə qan azlığı və malabsorbsiyanın digər əlamətləri müşahidə edilir.
İltihablı bağırsaq xəstəlikləri
Kron xəstəliyinin artıq erkən mərhələsində və xoralı kolitin sonrakı mərhələsində çəki itkisi özünü biruzə verir .
Bədxassəli şiş xəstəlikləri
Xəstələrin 19 - 36 %-da qeyri - iradi çəki itkisinin səbəbi bədxassəli şişlər olur.
Xərçəng zamanı kaxeksiya bir çox metabolik dəyişikliklər ilə əlaqəlidir və kalori qəbulunun artırılması kaxeksiyanı aradan qaldırmır.
Digər mexanizmlərə anoreksiya, ağrı, ürəkbulanması, malabsorbsiya, müalicənin əks təsirləri daxildir.
Adətən bədxassəli şiş xəstəliyinin mövcud olmasının mümkünlüyünə dair nəticə çıxarmaq üçün ilkin qiymətləndirmə (ümumi sağlamlıq, ümumi qan analizləri, döş qəfəsinin rentgeni, aşağı bax) kifayətdir. Əgər ilkin yoxlanışların nəticələri normal olarsa, xərçəng nadir hallarda çəki itkisinə səbəb olur.
İnfeksiyalar
4 - 8% hallarda
İİV
Hepatit C və onun müalicəsi
Digər xroniki infeksiyalar, məsələn, vərəmin yenidən aktivləşməsi
Digər somatik xəstəliklər
Bir çox hallarda əsas vəziyyətin artıq diaqnozu qoyulur və çəki itkisi diaqnostik problemlər yaratmır.
Yaşlılıq dövründə qida pozğunluğu çəki itkisinin əsas səbəbidir.
İrəliləmiş ürək və ya ağciyər xəstəlikləri (9 - %), böyrək xəstəlikləri (4%)
İltihabi autoimmun xəstəliklər (7%). Bəzən çəki itkisi müvəqqəti artrit və ya artritin bəzi digər növlərinin diaqnozuna gətirib çıxaran simptom ola bilər.
Psixiatrik xəstəliklər
9 - 24% hallarda
İnsanların yaşından və qrupundan asılı olaraq bədxassəsli şiş kimi depressiya da çəki itkisinin ən çox rast gəlinən səbəbi ola bilər.
Anoreksiya cavan insanlarda çəki itkisi kimi müəyyən edilməlidir.
Çəki itkisi həmçinin bipolyar affektiv pozuntunun və psixoz hallarının da xarakterik əlaməti ola bilər.
Dərmanlar
Xəstədən arıqlamaq məqsədilə bilərəkdən istifadə etdiyi və həkim resepti olmadan qəbul etdiyi dərmanlar barədə məlumat almaq lazımdır, əksər dərmanların təsirinə dair məlumat çox azdır.
Digər dərman vasitələri ilə birlikdə, aşağıda qeyd edilmiş resept əsasında qəbul edilən dərmanlar da çəki itkisi ilə nəticələnir: epilepsiyaya qarşı dərmanlar, əhval - ruhiyyəni dəyişən dərmanlar və şəkərli diabet əleyhinə dərmanlar. Çox vaxt xəstəliyin səbəb olduğu çəki itkisini həmin xəstəliyin müalicəsinin səbəb olduğu çəki itkisindən fərqləndirmək çətin olur.
Digər maddələrin sui - istifadəsi
8% hallarda
Alkoqolun yüksək kalorili olmasına baxmayaraq, alkoqolizm çox vaxt kifayət qədər yeməməyə gətirib çıxardır. Çəki itkisi assit və qaraciyər serrozunda maye yığılması ilə nəticələnə bilər.
Çoxlu siqaret çəkmə çox vaxt çəki itkisinə və siqaret çəkməyi dayandırma isə çəki artımına səbəb olur.
Çəki itkisinə səbəb olan qanunsuz narkotik vasitələrinə əsasən amfetamin və digər psixomodulyatorlar, opioidlər, kokain və bir çox yeni sintetik dərmanlar daxildir.