Qastro-ezofageal reflüks xəstəliyi

EBM Klinik protokolları
18.11.2016 • Sonuncu dəyişiklik 18.11.2016
MarkkuVoutilainen

Əsas məqamlar

Mahiyyəti. Qastro-ezofageal reflüks xəstəliyi (QERX) mədə möhtəviyyatı reflüksunun simptomlar və/və ya qida borusunda zədələnmə törətdiyi bir xəstəlikdir. Pasiyent həftədə bir gün gündəlik həyatına təsir edə biləcək ağır simptomlar və ya həftədə iki dəfə yüngül ya orta dərəcəli simptomlar yaşayırsa, o QERX xəstəliyinə malikdir. Pasiyentlərin əksəriyyətində endoskopik müayinənin nəticələri normaldır (⅔). Bu pasiyentlər endoskopik-neqativ və ya eroziv-olmayan reflüks xəstəliyinə (EORX) malikdir. Endoskopik müayinə nəticəsində qida borusunun distal hissəsində eroziyalar qeyd olunursa, pasiyent eroziv reflüks xəstəliyinə (ERX) malikdir."?>

Epidemiologiya

Etiologiya

Klinik mənzərə

Diaqnostika

 

Proton pompası inhibitoru (PPİ) ilə sınaq

QERX-in endoskopik təsnifatı

 

Ezofagitin təsnifatı (Los Angeles Təsnifat Sistemi)
Dərəcə1) Endoskopik müayinənin nəticəsi 2)
  1. C və D dərəcələri = Ağır ezofagit. Ezofagit ağırlaşmaları, məsələn, strikturlar, xoralar və Barrett metaplaziyasının dərəcəsi ayrıca qiymətləndirilir.
  2. Selikli qişada eroziv qüsur, qonşu normal görünüşlü selikli qişadan aydın demarkasiya olunmuş qırmızımtıl və ya fibrinlə örtülü sahədir.
A Selikli qişada ən azı bir 5 mm-dən qısa eroziv qüsur
B Selikli qişada ən azı bir 5 mm-dən uzun eroziv qüsur, selikli qişa büküşlərinin zirvələri arasındakı məsafəni tam olaraq tutmur
C Seliki qişada, iki və ya daha çox selikli qişa büküşü zirvələri arasındakı məsafəni tamamilə tutan ən azı bir eroziv qüsur, qida borusu çevrəsinin 75%-dən az hissəsi əhatə edilib
D Selikli qişada qida borusu çevrəsinin ən azından 75%-ni əhatə edən eroziv qüsurlar

Müalicə

Müalicənin hədəfləri (ağırlaşmamış QERX)

Həyat tərzinin modifikasiyası və antasid terapiya

Farmakoterapiya

Yüngül ezofagit ( A və ya B dərəcəli)

Ağır-dərəcəli ezofagit (C - D dərəcəli)

Reflüks xəstəliyi residivinin profilaktikası

Müalicəyə-rezistent və ya refrakter QERX

Cərrahi müalicə

 

Uzunmüddətli müalicə

 

Sonrakı müşahidə

 

Ağırlaşmalar

Barrett qida borusu zamanı pasiyentlərin kontrol müşahidəsi
Histoloji müayinənin nəticəsi Prosedurlar və kontrol müşahidə
Ağır displaziya
  • Barrett epitelindən hər kvadrantdan 1 sm intervalları ilə biopsiya nümunələri (3 ay ərzində yeni müayinə)
  • Histoloji nəticələrin dəyərləndirilməsi üçün ən azından 2 patohistoloq rəyinə ehtiyac duyulur.
  • Cərrahi əməliyyat (normal cərrahi risk) və ya ablaziya terapiyası (cərrahi risk yüksək olduqda) və ya 3 ay intervalları ilə intensiv kontrol müşahidələr (yüksək cərrahi risk və fokal displaziya)
Yüngül displaziya
  • Endoskopiya və biopsiya nümunələri 6 aylıq intervallarla iki dəfə
  • Displaziya getdikcə ağırlaşmadıqda, bundan sonra ildə bir dəfə kontrol prosedurları
  • İki ardıcıl endoskopiya, displaziyaya görə neqativ nəticə göstərdikdə, kontrol baxışların dayandırılması nəzərdən keçirilə bilər.
Displaziya yoxdur
  • Rutin kontrol endroskopiyalar aparılmır
  • Qida borusunda Barrett qida borusundan əlavə xora, striktur və ya endoskopik anomaliya aşkarlandıqda, kontrol müayinələrin keçirilməsi nəzərdən keçirilə bilər
  • Kontrol baxışlar arasındakı intervallar müayinə zamanı qeyd edilən patologiyanın xarakteri və ağırlıq dərəcəsi ilə təyin edilir.

Müvafiq resurslar

Hoogendoorn RJ, Groeneveld L, Kwee JA. Patient satisfaction with switching to esomeprazole from existing proton pump inhibitor therapy for gastro-oesophageal reflux disease: an observational, multicentre study. Clin Drug Investig 2009;29(12):803-10. Scarpellini E, Ang D, Pauwels A et al. Management of refractory typical GERD symptoms. Nat Rev Gastroenterol Hepatol 2016;13(5):281-94. Reimer C. Safety of long-term PPI therapy. Best Pract Res Clin Gastroenterol 2013;27(3):443-54. Berger PB. Should proton pump inhibitors be withheld from patients taking clopidogrel? The issue that has been giving me heartburn! Circ Cardiovasc Qual Outcomes 2015;8(1):6-7. Melloni C, Washam JB, Jones WS et al. Conflicting results between randomized trials and observational studies on the impact of proton pump inhibitors on cardiovascular events when coadministered with dual antiplatelet therapy: systematic review. Circ Cardiovasc Qual Outcomes 2015;8(1):47-55. Gerson LB. Treatment of gastroesophageal reflux disease during pregnancy. Gastroenterol Hepatol (N Y) 2012;8(11):763-4.

Yuxarıya