Zəif simptomlu xəstələr üçün müəyyən məsləhətlərdən başqa heç bir müalicəyə ehtiyac duyulmur.
Vaxtaşırı müşahidə edilən və 12 yaşdan aşağı uşaqlarda rast gəlinən simptomlar, antihistaminlərlə (siklozin* və yaxud meklozin*) müalicə edilə bilər.
Kəskin simptomlar və 10 yaşdan yuxarı insanlarda müşahidə edilən simptomlar, skopolamin* plastrları ilə müalicə edilə bilər.
Finlandiyada 10 yaşdan aşağı uşaqlar, yalnız proxlorperazinlə müalicə edilə bilərlər. Qaydalar ölkədən ölkəyə dəyişə bilər.
Dərman preparatı səyahətdən əvvəl qəbul edilərsə daha effektli təsirə malik olur.
Patogenez və epidemiologiya
Dəniz xəstəliyi (hərəki ürəkbulanma) hərəkət nəticəsində yaranır. Bu, ya bədənin ya da sadəcə görmə sahəsinin hərəkəti nəticəsində baş verir. Yarımdairəvi kanalların qıcıqlanması xəstəliyin patogenetik mexanizmi sayılır.
Əhalinin demək olar ki, üçdə bir hissəsi dəniz xətəliyi (hərəki ürəkbulanma) - dan əziyyət çəkir. Bu xəstəlik, 2 yaşdan aşağı uşaqlarda nadirən rast gəlinir, amma 2-12 yaş arası uşaqlar dəniz xəstəliyi (hərəki ürəkbulanma) - dən daha sıx əziyyət çəkirlər. Qadınlarda kişilərə nisbətən daha çox müşahidə edilir, əsasən də mensturasiya və hamiləlik müddətində.
Simptomlar
Solğun, soyuq və tərli dəri
Əsnəmə, ağız suyunun artması və inildəmək
Vaxtaşırı qusma ilə müşahidə edilən ürəkbulanma
Tənəffüs tezliyinin artması, gəyirmə, köp, qəbizlik və ya ishal
Digər dəyişkən simptomlara aiddir: başağrısı, təlaş, üzdə və ətraflarda soyuqluq hissi, həyəcan, iştahanın itməsi, zəiflik hissi, döş qəfəsində sıxılma hissi, istilik hissi.
Qarşısının alınması (profilaktika)
Səyahət zamanı və səyahətdən əvvəl spirtli içki qəbul edilməməlidir. Spirtli içki dəniz xəstəliyi (hərəki ürəkbulanma) üçün əlac deyildir.
Səyahət zamanı yüngül yeməklər və kafi miqdarda maye qəbul edilməlidir. Qısa səyahətlərdə yemək qəbulundan qaçınılmalıdır.
Qayıq, gəmi, təyyarə kimi nəqliyyat vasitələrinin mərkəzi hissəsində durulmalıdır. Avtomobildə ən yaxşı yer, ön görüntülü qabaq oturacaqdır. Qayıqda ən yaxşı yer isə üfüqdə uzağı görən yan göyərtə sayılır.
Boyunu önə əymək ən pis pozisiyadır. Məsələn, dəniz xəstəliyindən (hərəki ürəkbulanma) əziyyət çəkən uşaq avtomobildə səyahət edərkən mütaliə etməməlidir. Başı dik saxlamaq məsləhət görülür.
Gözübağlı şəkildə uzanmaq ən yaxşı pozisiya hesab edilir.
Kəskin qoxular dəniz xəstəliyini (hərəki ürəkbulanma) təşfiq edə bilər. Təmiz hava və yaxşı hava cərəyanı təmin edilməlidir.
İsti geyimlər dəniz xəstəliyinin (hərəki ürəkbulanma) qarşısını ala bilər.
Psixoloji faktorlar təsir edə bilər. Şəxsləri dəniz xəstəliyi (hərəki ürəkbulanma) riski ilə qorxutmayın. Sərnişinlər, xəstəliyin baş qaldırmasını gözləməkdənsə başlarını nəyləsə qatmalıdırlar.
Dərmanla müalicə
Plastr şəklində istifadə edilən skopolamin ən təsirli dərman preparatı hesab edilir.
Səyahətdən 5-6 saat əvvəl plastrı qulağın arxa, quru, təmiz, tüksüz nahiyyəsinə yerləşdirin.
Dərmanın təsir müddəti 72 saatdır. Əgər qısamüddətli təsir tələb olunursa plastr, daha tez kənarlaşdırıla bilər (hətta səyahət ərzində də) : dərmanın qandakı konsentrasiyası, dəri vasitəsilə sorulmuş dərman maddələrinin qan dövranına tədricən buraxılması sayəsində yavaş-yavaş aşağı düşür.
Əgər uzunmüddətli təsir tələb olunarsa plastr, 3 gündən sonra kənarlaşdırılır və yenisi digər qulağın arxa nahiyyəsində yerləşdirilir.
Plastra toxunduqdan sonra əlinizi mütləq təmiz bir şəkildə yuyun, çünki dərman maddəsi əlinizdən gözünüzə keçərək göz bəbəklərinizi qıcıqlandıra bilər. Plastrın yerləşdirildiyi nahiyyə də prosedurdan sonra təmiz bir şəkildə yuyulmalıdır.
Antixolinergik yan təsirlər, dərman preparatlarının düzgün istifadəsi zamanı adətən zəif olur: ağızda quruluq hissi, yuxululuq və yaxından görmənin pozulması. Müalicə olunan xəstədə sidik tutmaya meyillilik varsa və ya yüksək gözdaxili təzyiq hekayəsinə malikdirsə əlavə müdaxilə tələb edilir.
Skopolamin*, 10 yaşından aşağı uşaqlara və hamilələrə tövsiyyə edilmir. Müalicə müddətində spirtli içkidən istifadə edilməməlidir.
Antihistaminlər ən çox istifadə edilən dərman vasitələridir.
Siklozin, ən az yuxululuq yaratdığına görə ilk tərcih edilən dərman preparatı sayılır. Bu dərman preparatı, 12 yaşdan aşağı uşaqlarda istifadə edilə bilər.
Meklozin, müalicə və profilaktika üçün əsaslı göstəriş olduqda, 12 yaşdan aşağı uşaqlarda və hamilələrdə istifadə edilə bilər.
Metoklopramid* və proxlorperazin* də orta təsirli antihistaminlər qədər təsir effektinə malikdirlər və xəstədə o qədər də çox halsızlıq yaratmırlar.
Metoklopramid, həblər, oral həlledicilər və rektal suppozitoriyalar (istifadəsi üçün xüsusi göstəriş olduqda) şəklində mövcud olur. Gündəlik dozası, 1-3 dəfə 10mg-dır. 18 yaşdan aşağı uşaqlarda istifadə olunmamalıdır. Əks təsir olaraq ekstrapiramidal simptomlar ortaya çıxa bilər.
Proxlorperazin, həblər və suppozitoriyalar (istifadəsi üçün xüsusi göstəriş olduqda) şəklində mövcud olur. 1- 5 yaşlı uşaqlarda gündəlik doza - 2,5mg iki dəfə; 6-11 yaşlı uşaqlarda gündəlik doza - 5mg 2-3 dəfə; 12-16 yaşlı uşaqlarda gündəlik doza - 5mg 3 dəfə və böyüklərdə isə - 5-10mg 3 dəfədir. 25mg suppozitoriya gündəlik olaraq 1-2 dəfə təyin edilir.
Dərman terapiyasının prinsipləri
Bütün dərman preparatları səyahətdən öncə qəbul edildikdə daha effektiv təsirə malik olurlar.
Hərəkətə uyğunlaşma, dənizdə 2-3 gün keçirildikdən sonra baş verir və bu halda dərman istifadəsinə ehtiyac azalır.
Dərmana qarşı tolerantlıq sıx hallarda rast gəlinir; kəskin göstəriş olmadığı təqdirdə gündəlik dərman istifadəsindən qaçının.
Qusan xəstələr üçün suppozitoriyalar daha çox əlverişlidir.
Mərkəzi sinir sisteminə (MSS) təsir edən spirtli içkilər və narkotik maddələr, dəniz xəstəliyində (hərəki ürəkbulanma) istifadə edilən dərman preparatlarının yaratdığı yuxululuğu daha da artırır.