Mikrob mənşəlli ishalla müşayiət olunan xəstəliklər

EBM Klinik protokolları
07.02.2017 • Sonuncu dəyişiklik 01.02.2018
AnuKantele

Əsas məqamlar

Diarreya xəstəliklərinin diaqnozu

Diarreyalı pasiyentlərə dəstəkləyici müalicə

Hospitalizasiya üçün göstərişlər

Yüksək riskli peşələr və infeksion diarreya

EAEC, EPEC, ETEC

Enterohemorragik E. coli (EHEC)  

Enteroinvaziv E. coli (EIEC) və Şiqella 

Salmonella və Paratiflər

Enterit törədən salmonellalar

• Salmonellaların 2 500-dən çox serotipi var, lakin onların arasında S.EnteritidisS.Typhimurium dünyada ən çox yayılmış olanlardır.

• Məsələn, Finlandiya ərazisində hər il təxminən 2 000 pasiyentə belə diaqnoz qoyulur, lakin xəstələrin əksəriyyəti xarici ölkələrdə yoluxmuş olanlardır.

• İnfeksiya əsasən qida vasitəsi ilə keçirilir. İnfeksiyanın baş verməsi üçün böyük miqdarda inokulyat olmalıdır və buna görə də bakteriyalar infeksiya törətmək qabiliyyətini qazanmaq üçün ərzaqda çoxala bilməlidir.

• Xəstəliyin ən çox yayılmış forması qəflətən başlamış diarreya, qarın ağrısı və hərarət ilə gedən enteritlərdir.

• İnfeksiya ümumilikdə bağırsaqla məhdudlaşır, ancaq bakteremiya da mümkündür.

• Diaqnoz standart nəcis kulturasında bakteriya və ya nuklein turşusunun aşkarlanmasına əsaslanır.

• Orta və ya ağır əlamətlərlə müşayət olunan Salmonella diarreyası, adətən siprofloksasin (3 gün ərzində gündə iki dəfə 500 mg) ilə müalicə olunur (ştammın həssas olması şərti ilə). Simptomların azalması halında və şəxs yüksək riskli peşə ilə məşğul deyilsə, heç bir nümunə götürülməsi tələb olunmur.

• Salmonella daşıyıcılarının müalicəsi: əgər daşıyıcılıq bir ildən artıq davam edərsə, infeksion xəstəliklər üzrə mütəxəssislə məsləhətləşdikdən sonra eradikasiya müalicəsi nəzərdən keçirilməli və təyin edilməlidir.

• Qan kulturası müsbət olan salmonellozlarda antimikrobik preparatla venadaxili müalicə təyin olunur.

• Yüksək riskli peşələrdə işləyən salmonella daşıyıcıları üçün, yoluxucu xəstəliklər üzrə mütəxəssislə məsləhətləşmələr aparılmalıdır.

Campylobacter

Yersinia

Vəba vibrionu

 Clostridium diffisile

Rotavirus

      Norovirus

Parazitlər


[1] Görünür Finlandiya nəzərdə tutulur

[2] Bu Finlandiya üçün doğrudur

Yuxarıya