Qanlı qusma (Hematemezis)

EBM Klinik protokolları
28.03.2017 • Sonuncu dəyişiklik 28.03.2017
JyrkiMäkelä

Əsas məqamlar

Epidemiologiya

Anamnez

Klinik əlamətlər

İlkin müayinələr

İlk yardım

Xəstəxananın təcili yardım şöbəsində müalicə V.d. infuziya davam etdirilir. Hematokrit, qan qrupu və çarpaz-yoxlama ən önəmli ilkin qan testləridir. Laxtalanma testləri (tromboplastin zamanı, trombositlər) və transaminazalar da əhəmiyyət kəsb edir. Qanaxmalı pasiyentdə qastroskopiya ən qısa müddətdə aparılmalıdır. Praktikada qastroskopiya çox vaxt iş saatları ərzində keçirilir. Pasiyent gecə saatlarında qəbul edildikdə, qanaxmanın kontrol altında olduğu təqdirdə o növbəti səhər yerinə yetirilə bilər. Davam edən qanaxma vəziyyətində qastroskopiya dərhal aparılmalıdır. Şok vəziyyətində olan pasiyentlər intensiv terapiya şöbəsində müalicə edilməli və qastroskopiya dərhal icra olunmalıdır. "?>

Qanlı qusmanın etiologiyası və müalicəsi

Peptik xora xəstəliyi

Qida borusu venalarının varikoz genişlənməsi

Mallori–Veiss sindromu

Peptik xora xəstəliyi Peptik xora xəstəliyi mədə-bağırsaq traktının yuxarı şöbəsindən qanaxmanın ən önəmli səbəbidir. Mədə və onikibarmaq bağırsaq xoraları bu qanaxmaların təxminən üçdə bir hissəsini törədir. Müalicə Xora endoskopiya müddətində qanayırsa (Forrest 1a və ya 1b) və ya "görünən damar" (Forrest 2a) müşahidə edilirsə, xora müayinə ərzində müalicə edilir (adrenalin (adrenaline) inyeksiyası, elektrokoaqulyasiya, qızdırıcı zond və ya fibrin yapışqanı). Xora endoskopik üsulla müalicə edildikdə, bütün hallarda növbəti 24 saat ərzində kontrol endoskopiya həyata keçirilməlidir. Qısa müşahidə dövründən sonra (< 24 saat) təkrari endoskopik müalicə təkrari-qanaxmanı əhəmiyyətli dərəcədə aşağı salır. Bir neçə cəhddən sonra endoskopik müalicə uğursuz olduqda (qanaxma davam edir və ya pasiyent beş vahid paketləşdirilmiş eritrositar kütlə istifadəsindən sonra hələ də şok əlamətlərinə malikdir) cərrahi əməliyyat göstərişdir. Turşuluğu inhibə edən preparatların, kəskin qanaxmaya gətirən peptik xoranın müalicəsi üçün hər hansı effektinin olduğu göstərilməmişdir. Bununla yanaşı, onlar xora xəstəliyinin müalicəsi və təkrari qanaxmanın profilaktikasında son dərəcə böyük rola malikdirlər . Müşahidə dövründə müalicə Kəskin endoskopiya müddətində Helicobacter testi həyata keçirilməlidir. Onun müsbət olduğu təqdirsə, qanaxmanın dayandırılmasından dərhal sonra eradikasiya terapiyasına başlanıla və residivlərin yaranmasının qarşısı alına bilər. "?>

Qanayan mədə eroziyası

Əlaqəli resurslar

 

Yuxarıya