Rektal qanaxma nəcisdə təzə və ya laxtalanmış qan, yaxud defekasiya zamanı ifraz olunan qan kimi müşahidə oluna bilər.
Melenanın əksinə olaraq nəcisin rəngi normal ola bilər. Melena qara qətran şəkilli nəcisdir və kor bağırsaq qanaxması zamanı isə xarakterik tünd qırmızı rəngli nəcis müşahidə olunur.
Anal kanaldan və ya proksimal yoğun bağırsaqdan gəlməsinin ayırd edilməsi ən vacib olmaqla qanaxmanın yeri və səbəbi mütləq müəyyənləşdirilməlidir. Anal kanaldan olan qanaxma çox zaman lokal işlənə bildiyi halda, proksimal yoğun bağırsaq qanaxması üçün daha qlobal bir yanaşma tələb olunur.
Spesifik müalicə tələb olunan şiş, iltihabi bağırsaq xəstəliyi və ya digər ağır vəziyyət lər mütləq müəyyən edilməli, müayinə və müalicə olunmaldır.
Hemarroy, anal çat, anal dərinin ekskoriasiyası və ya digər yüngül vəziyyəti olan pasiyentlərdə müalicə simptomatikdir.
Anamnez
Rektal qanaxmanın tipi
Qanaxma yalnız defekasiya ilə əlaqəli və ya həmçinin digər vaxtlarda da baş verir?
Qan təzədir (al qırmızı), laxtalanıb və ya köhnədir (tünd qırmızı)?
Qan görülüb:
təmizləmə (anal çat və ya ekskoriasiya, xarici hemarroy və ya hemarroidal düyünlərin prolapsı) zamanı?
tualet kağızına damcılananda (daxili hemorroy)?
nəcisin üzərində (şiş)?
Nəcisin rəngi və konsistensiyası necədir?
Qanaxma ilə yanaşı digər simptomlar var?
anal ağrı (çat)
abdominal ağrı və ya tenezm (şiş, bağırsaq ilitihabı) kimi
Xəstənin anamnezi (digər suallar)
Simptomların davam müddəti, tezliyi və mümkün şiddətlənməsi barəsində soruşun.
Bağırsaq hərəkətləri (defekasiya aktı) normaldır? Defekasiya aktının tezliyində və xarakterində hər hansı bir dəyişiklik baş verib?
Digər simptomlar (mədə - bağırsaq traktı və ya sistemli simptomlar, çəkinin itirilməsi) var?
Pasiyent aminosalisin turşusu (aspirin), digər QSİƏD-lər (qeyri-steroid iltihab əleyhinə dərmanlar) və ya antikoaqulyantlar istifadə edir?