Bağırsaq qanaxmasına səbəb olan xəstəliklər
EBM Klinik protokolları
03.05.2018 • Sonuncu dəyişiklik 28.03.2017
MattiV.Kairaluoma
Anal çat (lat. Fissure in Ano)
- Nəzər yetirin
- Anal sfinkterin yüksək tonusuna malik cavan və orta yaşlı şəxslərdə daha geniş yayılmışdır.
- Ağrı və defekasiya aktında sancı, ilkin simptomlar hesab edilir. Çat xronikiləşdikdə ağrı adətən defekasiya aktından sonra da 1-2 saat davam edir.
- Təmizləmədən sonra tualet kağızında təsadüfən əlvan qan görmək mümkün olur.
- Çat adətən anal kanalın dərisinə dorsal istiqamətdə yerləşir. Çatın abberant (orta olmayan) yerləşməsi demək olar ki, asimptomatik çoxsaylı çatlara və maserasiya olunmuş anus Kron xəstəliyinə işarə edə bilər. Çatın digər səbəblərinə anal neoplazm, leykemiya, limfoma, cinsi yolla ötürülən xəstəliklər, tuberkulyoz aid edilir.
Müayinələr və müalicə
- Əgər cavan şəxsdə simptomlar müşahidə edilirsə, sağrı əzələlərinin kənara yayılması ilə anusun diqqətli və yumşaq şəkildə xarici müayinəsinin aparılması adətən kifayət edir.
- Müalicə üçün nəzər yetirin.
Müalicə üçün nəzər yetirin. "?>
Hemoroid
- Nəzər yetirin
- Hemoroid, qan damarlarını və birləşdirici toxumanı özündə ehtiva edən anal sfinkterlərdəki yastıqlar kimi təyin olunur. Onlar anal kanalın normal strukturlarıdır.
- Gərginlik, hemoroidləri genişləndirən yüklənməyə səbəb olur və müəyyən müddətdən sonra anal kanalın xaricində prolapsın meydana gəlməsinə səbəb olur.
- Yüklənmiş hemoroid, selikli qişada cırıq olduqda defekasiya aktı zamanı qanaya bilər. Qanama, defekasiya aktı zamanı gücvermə ilə əlaqəli olaraq yaranır və qan açıq qırmızı olur, damır və ya fısqırır və tualet suyunun rəngini dəyişir. Uzanmış (3-4 dərəcə) hemoroid, hətta digər vaxtlarda da sürtünmədən qanaya bilər.
- Hemoroidlə əlaqəli digər simptomlara perianal qıcıqlanma və prolapsa səbəb olan selikli qişada sızmadan qaynaqlanan qaşıntı aid edilir. Yalnız artmış və ya trombozlu hemoroidlər ağrıya səbəb ola bilir. Toxumanın ödemi səbəbindən anal kanalın tam bağlanmamasına görə hemoroid həmçinin çirklənməyə səbəb ola bilər.
Müayinələr və müalicə
- Hemoroidə proktoskopiya ilə diaqnoz qoyula bilər; belə ki, rektal qanaxma müşahidə edilmiş bütün xəstələrdə ən azından siqmoidskopiya həyata keçirilməlidir. Endoskopiya, rektal qanaxmaya malik olmayan, anamnez və simptomları çox xarakterik olmayan xəstələrdə həyata keçirilə bilər. Əgər xəstənin yaşı 50-dən yuxarıdırsa, hətta hemoroidlər aşkar şəkildə mövcud olsa belə kolonoskopiya və ya barium imaləsi adətən xərçəngi inkar etmək məqsədilə həyata keçirilir.
- Müalicə üçün nəzər yetirin.
Müalicə üçün nəzər yetirin. "?>
Divertikuldan (Bağırsaq divarının bir qatının və ya tam qatının torbaşəkilli kənara çıxması) qanaxma
- Divertikuldan qanaxma yaşlı şəxslərdə təsadüf edilən rektal qanaxmanın ən geniş yayılmış səbəblərindən hesab edilir. Diaqnozu, qanaxmanın digər səbəblərinin inkar edilməsinə əsaslanır.
- Diverkulumun ucunda yerləşən arteriyadan və ya arterio-venoz malformasiyadan qaynaqlanan qanama profuz ola bilər və bu da öz növbəsində qanlı diareyaya və bəzən də şoka səbəb ola bilər.
Angiodisplaziyadan qanaxma
- Angiodisplaziya, əsasən yaşlılarda müşahidə edilən submukozal AV pozğunluqlardır. Onların mənşəyi bilinmir. Qanama profuz və ya yavaş ola bilər, anemiyaya səbəb ola bilər və qan köçürülməsinə və ya əməliyyata ehtiyac duyula bilər.
Müalicə
- Hipovolemiyanı korreksiya edin
- Lokallaşdırın
- Koaqulopatiyanı korreksiya edin
- Bu müalicə üsulları ilə təkcə qanama 80-90% xəstələrdə dayanacaqdır.
- Daha sonra həyata keçirilən qeyri-cərrahi terapiyalara intravenoz və ya arterial pitressin (antidiuretik hormon), embolizasiya, endoskopik koaqulyasiya və nəhayət cərrahi əməliyyat aid edilir.
Bağırsağın iltihabi xəstəliyi
- Bağırsağın iltihabi xəstəliklərində qanama və\və ya ishal adətən xəstəliyin kəskinləşməsi ilə əlaqədar meydana gəlir. Erkən diaqnozu qoyulmuş xəstəlik və ya əvvəllər mövcud olmuş bağırsaq simptomları anamnezdən əldə ediləcək ən vacib ip uclarıdır.
- Fekal kalprotektin əsas müayinə üsuludur.
- Diaqnoz, əksər hallarda kolonoskopiya ilə təyin edilir.
- Müalicə dərman maddələrindən və lazım gəldikdə ümumi vəziyyətin transfuziya və parenteral qidalanma ilə korreksiyasından ibarət olur.
- Digər müalicələrə cavab verməyən Fulminant kolit cərrahi yolla müalicə edilməlidir.
Şişlə əlaqədar meydana gələn rektal qanaxma
- 50 yaşdan yuxarı şəxsin nəcisində qan olarsa və ya cavan xəstələrdə qeyri-ixtiyari çəki itkisi, pozitiv ailə keçmişi və ya funksional diaqnostik müayinələr zamanı abdominal nahiyyədə dəyişikliklər müşahidə edilərsə, hər zaman şişdən şübhələnmək lazımdır.
- Lent formasında nəcis, abdominal ağrı, palpasiya edilən şiş, çəki itkisi və bağırsaqda obstruksiya simptomları həyəcan təbili sayılır.
- Kolorektal şişdən şübhələnildikdə kolonoskopiya, ən uyğun müayinə üsulu hesab edilir.
İşemik kolit
- İşemik kolit, yaşlılarda qanlı ishala səbəb olan zəif xarakterizə olunan bir xəstəlikdir.
- Yaşlı xəstə səciyyəvi olaraq adətən ürək-damar xəstəlikləri keçmişinə malik olur.
- Həmlə, qarın ağrısı və ardınca gələn qanlı ishal ilə başlayır. Bağırsağın təsirlənmiş bölgəsində qanlı ishal və palpasiya zamanı həssaslıq müşahidə edilir. Nadir hallarda qanaxma elə güclü olur ki, qan köçürülməsinə ehtiyac duyulur. Qarnın aorta anevrizmasının bərpasından sonrakı ilk günlərdə işemik kolit riski ən yüksək həddə olur.
- Diaqnozu kolonoskopiya vasitəsi ilə qoyula bilər. Differensial diaqnoza xüsusilə cavan xəstələrdə psevdomembran kolit və infeksion enterit daxil olmalıdır.
Müalicə
- Həyati funksiyalar təmin edilir, rehidratasiya
- Yerin müəyyən edilməsi
- Mezenterik qan axınını optimallaşdırın - bu adətən digitalis və mezenterik spazma səbəb ola biləcək digər dərmanların dayandırılması mənasına gəlir.
- Endoskopiya ən vacib diaqnostik metod olaraq qəbul edilir.
- Kəskin profuz qanaxmanın yerini müəyyən etmək məqsədilə KT anqioqrafiyadan istifadə edilə bilər. Qanaxma yeri müəyyən edildikdə, onu angioqrafiya yolu ilə bərpa etmək olar.
- Təcili əməliyyat tələb edən transmural işemiya və ya nekroz əlamətləri üçün yaxından monitorinqin aparılması.
- Nazik bağırsaqda qanaxmanın səbəbini axtararkən kapsul endoskopiyasından istifadə edilə bilər.
Schrock TR. Colonoscopic diagnosis and treatment of lower gastrointestinal bleeding. Surg Clin North Am 1989;69(6):1309-25.