Melena
EBM Klinik protokolları
03.05.2018 • Sonuncu dəyişiklik 28.03.2017
MattiV.Kairaluoma
Əsas məqamlar
- Ən azı qastroskopiya və əgər lazımdırsa kolonoskopiya ilə bütün qnaxma hallarının səbəbini təyin edin. İstisnalar aşağıdakı hallardır:
- Daha əvvəlki müayinələrin əsasında qanaxmanın səbəbi məlumdur.
- Xəstənin ümumi vəziyyəti çox ağır olmasına görə aktiv müalicə planlaşdırılmır.
Tərifi
- Qara, qətranabənzər nəcis qanın bağırsaq kütləsi ilə qarışmasının göstəricisidir. Əgər nəcisdə təzə qan və ya laxtaları müşahidə olunursa düz bağırsaq qanaxması olan məqaləyə (anusdan qanaxma) baxın.
Etiologiya
- Melenanın tez-tez rast gəlinən səbəbləri aşağıdakılardır:
- onikibarmaq bağırsaq xorası
- mədə xorası və ya eroziyası
- çənbər bağırsaqdan qanaxma
- qida borusunda damarların varikoz genişlənməsi və xorası
- nazik bağırsaqdan qanaxma
- şişlər
Mədə-bağırsaq qanaxmasının səbəbləri Cədvələ baxın . Mədə-bağırsaq qanaxması səbəb % Qida borusu varikoz genişlənməsi 10 Qida borusu cırılması və ya xorası 9 Mədə xorası və ya eroziyası 15 mdə xərçəngi 2 Xoşxassəli şiş 1 Onikibarmaq bağırsaq xorası 18 daha distal səbəb 15 Naməlum 25
Müayinə və müalicənin təcili olması
- Əgərxəstədə aşağı hemoqlobin konsentrasiyası və hipovolemiyanın səbəb olduğu simptomlar (kollaps, başgicəllənmə, ürək çatışmazlığının kəskinləşməsi) varsa deməli profuz qanaxmadır və xəstə təcili yönəldilməlidir. Köçürülmə zamanı hipovolemiyanın Ringer məhlulu ilə korreksiyası göstərişdir (əgər xəstədə ürək çatışmazlığı varsa olmaz).
- 80 q/l-dən aşağı olan hemoqlobin konsentrasiyası eritrositlərin köçürülməsi üçün göstərişdir.
- Əgər xəstə simptomsuzdur və hemoqlobin konsentrasiyası 100 q/l-dən yuxarıdırsa xəstə telefonla konsultasiyadan sonra növbəti gün yönəldilə bilər. Buna baxmayaraq hər hansı şübhə varsa xəstəxanada müşahidə olunması təşkil olunmalıdır.
- Birinci müayinə həmişə qastroskopiyadır. Əgər qanaxmanın davam etməsi ehtimalı mövcuddursa xəstə endoskopik müalicə və ya əməliyyat oluna biləcək xəstəxanaya yönəldilməlidir. Əgər qanaxmanın səbəbi qastroskopiya ilə aşkar edilməyibsə və qanaxma profuzdursa KT angioqrafiya tətbiq edilməli və əgər ehtiyac varsa müdaxilə edən radioloq qanayan damarı koilinq vasitəsilə bağlaya bilər. Qastroskopiya ilkin tibbi yardım müaəssisəsində və ya ambulator klinikada olmalıdır və müayinə üçün optimal yer xəstənin vəziyyəti və qanaxmanın davametmə riski qiymətləndirilməklə təyin edilməlidir.
- Kolonoskopiya ümumi klinikada müvafiq avadanlıq və bacarıqlar olması şərtilə tətbiq oluna bilər.
Müvafiq mənbələr