Laktoza dözümsüzlüyü
EBM Klinik protokolları
04.09.2018 • Sonuncu dəyişiklik 27.02.2018
IrmaJärvelä
Kaija-LeenaKolho
Əsas müddəalar
- Abdominal ağrıların və köpmənin, həmçinin arabir olan ishalın səbəbini öyrənmək üçün, əvvəlcə laktozaya qarşı qeyri-tolarnatlığın olmasını təyin etmək lazımdır, sonra isə daha geniş müayinələrə keçmək olar.
- Yaşlı adamlarda hipolaktaziyasının genetik analizi (C/C13910 genotipli ilkin hipolaktaziya) adi laktozaya qarşı qeyri-tolerantlıq meyilliliyinin olmasını etibarlı şəkildə ya təsqid edir, ya da istisna edir.
- Yaşı 5-dən aşağı olan uşaqlarda laktozaya qarşı qeyri-tolerantlıq çox nadirdir.
- Laktoza qəbulu ilə aparılan test çox zaman səhv nəticələr verir və artıq köhnəlmiş hesab edilir.
- Farmakologiya sənayensində istehsal edilən həblərin tərkibinə daxil edilən laktoza qeyri-tolarntlığın olması simptomatikasını nadir hallarda verir.
- Seliakiya xəstəliyi ikincili hipolaktaziyanın çox mühüm səbəblərindəndir və laktozaya qarşı qeyri-tolerantlıq olduğundan şübələndikdə seliakiya barədə düşünmək vacibdir.
Təyin edilməsi və etiologiyası
- Yaşlıların hipolaktasiyası irsi olaraq keçirilir və autosom-resessiv təbiətlidir.
- Laktozaya qarşı qeyri-tolerantlıq simptomatik hipolaktaziya kimi təyin edilir.
- İkincili hipolaktziya seliakiya xəstəliyinin və ya xronik bağırsaq infeksiyalarını nəticəsi də ola bilər (misal üçün lyambliozda).
- Pasiyentlərdə təsadüfi olaraq tapılan hipolaktaziyası abdominal simptomlarının yeganə səbəbi olmaya da bilər; hipolaktaziya anemiya, yaxud qida maddələrinin sorulmasının çətinləşməsinə səbəb olmayır.
- Simptomlar, bağırsaqda suyun osmotik yolla geriya sorulması və bunun nəticəsində bağırsaq möhətviyyatını nəqlinin sürətlənməsi üzündən baş verir. Daha sonra laktoza yoğun bağırsaq bakteriyaları tərəfindən metabolizmə məruz qalır və nəticədə bağırsaq qazları istehsal edilir.
Epidemiologiyası
- Yaşlı insanların hipolaktazisiyası müxtəlif papulyasiyalar üzrə dəyişkənliyə malikdir. Şimali Avropa əhalisi arasında 18% olduğu hesab edilir.
- Yaşı 5-dən az olan uşaqlarda bu vəziyyət nadir hallarda qarşılanır. Məktəb yaşlı uşaqlarda bəzən süd qəbulu ilə şikayətlər olur ki, bu da südün qəbulu ilə bağlı olan hipolaktaziydan qaynaqlanır
Symptomlar
- Abdominal köpmə və meteorizm.
- Çətinliklə lokalizasiya edilən abdominal ağrılar.
- İshal.
- Bu simptomlar tərkibində laktoza olan maddələrin qəbulundan adətən 1-2 saat sonra başlayır; lakin, bəzən mədənin daha gec boşalmasının səbəbindən simptomlar daha gec başlaya bilərlər.
- Simptomların ağırlığı qəbul edilmiş laktozanın miqdarından asılı olurlar.
- Hipolaktaziya genotipli bəzi insanlar uşaq yaşlarında spontan olaraq laktoza qəbulunu azaldırlar.
- Həblərin tərkibində olan laktozanın bu cür simptomları yaratması çox nadirdir.
Diagnoz
- Əvvələr diaqnoz qoyulması qanda qlükozanın konsentrasiyasının marginal (kifayət olmayan) olaraq artdığını və tipik simptomatların ağırlaşdığını göstərən laktoza tolerantlıq testinə əsaslanırdı. Lakin, bu test çox əmək sərfini tələb edir və gen analizi ilə müqayisədə dəqiqliyi azdır.
Laktoza tolerantlıq testi.
Laktozanın 50 qramı 400 ml suda həll olub qbul edilir. Qan qlükozasının (yaxud qalaktozasının) səviyyəsi hər 20, 40 və 60 dəqiqədən bir təyin edilir. Nümunə kapillayar damarlardan alınır. Əgər qanda qlükozanının səviyyəsinin artımı 1.1 mmol/l –dən çox deyilsə, və əgər test zamanı və ya testdən keçən 3 saat ərzində tipik simptomlar varsa, testin nəticəsi müsbətdir.Test zamanı simptomatika meydan çıxmırsa, test müsbət sayıla bilməz. Diabet olan xəstələrdə, baxmayaraq ki, pasiyentdə hipolaktaziya var, qanda qlükoza səviyyəsinin artımı1.1 mmol/l-dən yuxarı ola bilər. Belə hallarda simptomların meydana çıxması hipolaktaziyanın olmasına dəlalət edir. Diabeti olan xəstələrə laktoza –etanol testi tətbiq edilə bilər. Bu cür testin aparılması zamanı pasiyentlərdə laktoza və etanol (etanol 0.15q/kq qalaktoza metabolizmini dayandırır) qəbulundan 40 dəqiqə sonra zərdabda qalaktoza konsentrasiyasını səviyyəsi təyin edilir. Uşaqlar arasında yalnış müsbət nəticə (qan qlükozazasının konsentrasiyası səviyyəsinin dəyişməməsi) fərdlərin 30%-də olur"?>.
Gen analizi
- Qan nümunəsi vasitəsi ilə həyat keçirilən gen analizi yaşlı insanlrda laktozanın aktiviliyi barədə məlumat verir. Bu analiz klinik olaraq yaranmış şübhəni təsdiqləmək üçün yararlı ola bilər.
- C/C genotip13910 = hipolaktaziya ilə əlaqəli olan genotip, yəni laktoza aktivliyinin aşağı olması ilə əlaqədardır.
- Laktozanın aktivliyi 5 - 12 yaş arasında olan uşaqlarda tədricən aşağı düşür. Ona görə 12 yaşaından aşağı olan uşaqlar arasında aparılan gen analizi yalnız məlumatı məna daşıyır.
- Genotip C/T13910 və T/T13910 bir qayda olaraq bütün yaşı qrupları üzrə hipolaktaziyanı istisna edir. Bunlardan əlavə, laktoza qeyri-tolerantlığı yaranmasınıa kömək edə bilməsi mümkün olan digər, çox nadir genotiplər vardır.
Müalicəsi
- Qəbul edilən qidada laktozanın miqdarının azaldılması (yemək zamanı qəbul edilən bir fincan süd pasiyentlərin əksəriyyətində simptomların törədilməsinə səbəb olmur) ; lakin Seliakiya xəstəliyi zamanı glütensiz qida qəbulu mütləqdir.
- Diaqnoz qoyulduqdan sonra pasiyent 2-3 həftə ərzində süd məhsulları qəbulunu dayandırmalıdır. Bundan sonra tədricən süd məhsullarının qəbulu tolerantlığa uyğun olaraq yüksəldilə bilər.
- Maya vasitəsi ilə yenidən emal edilənn (qatıq, yoqurt) və nisbətən tərkində az laktoza olan süd məhsullarından isitfiadəyə cəhd edilə bilər. Yetişmiş pendirin tərkibində laktoza yoxdur.
- Az miqdarlı laktoza olan məhsulların tərkibində 1%- dən aşağı laktoza olur (adi süd məhsullarını tərkibində 4.8% laktoza olur). Hipolaktoziyası olan bəzi adamlar tərkində az miqdarda laktoza olan məhsullardan tam imtina etdikdə özlərini daha yaxşı hiss edirlər.
- Ağır simptomatikaya malik pasiyentlər yadda saxlamalıdırlar ki, çörək və çörək məmulatları, kolbasalar, yağ, marqarin və süd şokoladının tərkibində laktoza vardır. Kartof püresinin tərkində də, həmçinin, laktoza ola bilər.
- Əgər süd məhsullarını qəbulu tamamilə yasaqdırsa , kalsiumun adekvat olan miqdarının orqanizmə daxil edilməsi pendir və ya kalsium preparatlarının qəbulu ilə təmin edilir.
- Əgər laktozadan azad pəhriz zamanı simptomlar itmirlərsə, pasiyent yenidən məsləhət alınmasına dəvət edilir. Simptomların itməməsinin əsas səbəbi pasiyentlərin pəhrizə riayət etməmələri olur, lakin onlarda seliakiya xəstəliyi də ola bilər və ya laktoza absorbiyasını pozan digər patoloji amillər ola bilər.
- Simptomların müvəqqəti olaraq aradan götürülməsi üçün yaşlılara tərkibində laktoza enzimi olan preparatların verilməsi mümkündür, lakin bu prepartala uşaqlarda laktozanı əvəz etmək üçün məsləhət görülümürlər.