Skrininqin aparılması bağırsaq xərçəngi xəstəliyinin erkən diaqnozu vasitəsi ilə ölüm hallarının azaldılması məqsədini daşıyır.
Nəcisdə gizli qan testi (NGQT) yalnız asimptomatik şəxslərin sistematik olaraq yoxlanılması üçün nəzərdə tutulub.
Skrininq siyasəti ölkələr arasında dəyişir.
Simptomsuz şəxslərdə adenomatoz kolorektal poliplərin çıxarılması kolorektal xərçənglə ilikin xəstələnmə və ölüm hallarını azaldır. Bununla yanaşı bilmək lazımdır ki, bütün adenomlar pasiyentin ömrü boyu bədxassəli şişlərə çevrilmir.
Bağırsaq xərçənginin risk qruplarına aid olan şəxslərdə müşahidə endoskopiyasının aparılması yerli qaydalara uyğun olaraq həyata keçirilir.
Kolorektal xərçəng riski olan pasiyentlərin uzunmüddətli müşahidəsi
Risk qrupları
Kolorektal xərçəngi olan pasiyentlər
Adenoması olan pasiyentlər
Kolorektal xərçəngə dominant şəkildə irsi meyilliliyi olan pasiyentlər
İrsi qeyri - polipoz kolorektal xərçəng (İGPKX) (hereditary non-polyposis colorectal cancer - HNPCC)
Yaxın qohumlarına kolorektal xərçəng diaqnozu qoyulmuş pasiyentlər. Yadda saxlayın ki, bütün kolorektal xərçəng və ya kolorektal adenoma olan xəstələrdən ailə anamnezini toplamaq lazımdır.
Asimptomatik şəxslər
Asimptomatik şəxslərin skrininqi xərçəngə görə ailə meyilliliyi yüksək olan hallarda göstəşdir.
Hemokalt II quayak testindən (Hemoccult II guaiac testing) istifadə edərək, ümumi əhali (50 - 75 yaş arası) üzrə aparılan bütün üç randomizə edilmiş uzunmüddətli seçmə tədqiqatları göstərir ki, skrininq qrupunda olanlar arasında kolorektal xərçənglə ilkin xəstələnmə və ölüm halları azalır.
Əgər hər hansı bir şəxsin 55-dən aşağı yaşı olan qohumunda kolorektal xərçəng inkişaf etmişsə, belə şəxsin özü ümumi əhali ilə eyni risk qrupuna aiddir (aşağıya bax).
Əgər hər hansı bir şəxsin iki yaxın qohumunda kolorektal neoplazma tapılıbsa, onda bu şəxsin yaşı daha az olan yaxın qohumunun xərçəng diaqnozu qoyulduğu yaşdan 5 il çıxaraq, 1 - 2 illik intervalla nəcisdə qanın tapılması testinin təyin edilməsi məsləhət görülür.
Əgər hər hansı bir şəxs irsi kolorektal xərçəng dominantlığı olan bir ailəyə mənsubdursa, ailə üzvlərinin müvafiq araşdırmaları təşkil edilməlidir, çünki gen testi ilə genetik meyilliliyi aşkarlamaq mümkündür və bu da skrininq testlərinə olan ehtiyacı doğruldur.
Müşahidə metodu
Həmişə kolonoskopiyadır.
Məsləhət bilinən müşahidə tezilyi
Müşahidə tədqiqatının tezliyi əvvəlki skrininqin nəticəsindən, məslən, adenomaların sayı, ölçüsü və displaziya səviyyəsindən asılıdır. Belə hallara aid qaydalar xəstəxanalar arasında dəyişir.
Adenomalar aşkar edildikdən sonra müayinə tamamlanmamışdırsa və ya polip yalnız qismən çıxarılbsa 1 - 6 aydan sonra kolonoskopiya təkrarlanır.
Hətta 1 sm və ondan böyük olan və hiperplastik poliplər üçün müşahidə aparılması təyin edilməlidirlər, belə müşahidə bir neçə polip olanda və ya onlar proksimal kolonda yerləşdikdə də təyin edilir.
Kolorektal xərçəngi və ya adenoması olan pasiyentlər (75 yaşdan aşağı)
Kolorektal karsinoma və ya adenoma diaqnozu qoyulmuş pasiyentdə digər yeni kolorektal neoplazma inkişaf etməsi riski artmış olur. Sonrakı 10 ildə yeni bir kolorektal neoplazmanın inkişaf edə bilməsi mümkünlüyü digər xəstəliklərin yarada biləcəyi riskilərdən daha yüksək olduğundan belə pasiyentlərin müşahidə edilməsi məqsədəuyğundur.
Pasiyentlər ən azı 2 - 3 illik intervalla müşahidə edilirlər:
irsi qeyri - polipoz kolorektal xərçəng (İGPKX);
böyük olan adenoma(> 1 cm)və ya xovlu, yaxud tubulyar xovlu adenomalar;
bir neçə adenomanın olması;
5 illik intervalla: kolorektal xərçəng olan pasiyentlər (əməliyyat sonu aparılan müşahidədən sonrakı dövrdə);
5 - 10 illik intervalla: 1 - 2 tubulyar adenoması (diametri 1 sm-dən az) olan pasiyentlər;
Müasir baxışlara görə isə diametri 5 mm-dən az və tək olan adenoma götürüldükdən sonra əlavə müşahidə lazım deyildir.
Yaşı 75-dən yuxarı olan pasiyentlərdə uzunmüddətli müşahidə, əgər xüsusi göstərişlər varsa həyata keçirilir.
Xərçəngönü displaziya biopsiya zamanı təsadüfi olaraq tapılır. Histoloji nümunələrdə displaziyanın aşkar edilməsi təcrübə tələb edir. Əgər displaziya aşkar edilibsə və təsdiq olunubsa, profilaktik məqsədlə kolektomiya həyata keçirilir.
Kolitlə birlikdə olan karsinoma diaqnozunun qoyulması çətinlik təşkil edir. Şiş, adətən, ekzofit və ya dairəvi olaraq böyümür - fərqli olaraq, xoşxassəli görünüşə malik striktura və ya sərhədləri aydın olmayan düyünlər ola bilər.
Ailəvi adenomatoz polipozu (AAP) və ya irsi qeyri - polipoz kolorektal xərçəng olan pasiyentlər
Bəzi ölkələrdə bu xəstəliklərin milli reyestrləri mövcuddur ki, burada da bütün zərər çəkmiş ailələr qeyd olunurlar. Bu ailələrdə risk altında olan şəxslərin skrininq edilməsi qeydiyyat aparanların məsuliyyətidir.
AAP olan bütün pasiyentlərdə 20 - 25 yaşlarında profilaktik kolektomiya və ileorektostomiya və ya ileoanal anastomoz aparılır.
İrsi qeyri - polipoz kolorektal xərçəng (İGPKX) olan pasiyentlərdə xərçəng tapılarsa, kolektomiya və ileosigmoidostomiya edilir (30 - 35 sm yoğun bağırsaq saxlanılır).