Yenicə yaranmış və yüngül hallarda konservativ müalicəyə üstünlük verilməlidir.
Xroniki çat cərrahi müdaxilə tələb edir.
Differensial diaqnostikada bağırsağın iltihabı xəstəliklərini və xərçəngi nəzərə alın.
Etiologiya
Anal çatın etiologiyası məlum deyil, lakin ən aşkar bilinəni daxili anal sfinkterin spastik daralması ilə nəticələnən rektal kanalın selikli qişasının kiçik bir zədəsindən qaynaqlanmasıdır. Selikli qişaya geden qan damarları sfinkter əzələsindən keçdiyi üçün selikli qişanın qan dövranı spazm nəticəsində pozulur. Çatın ən çox təsadüf edildiyi yer, bağırsağın selikli qişasında qan dövranının hətta normal halda belə ən zəif olduğu arxa orta xətt hesab edilir.
Qəbizliklə əlaqədar olaraq müşahidə edilən bərk nəcis və ya ishal xəstəliyi ilə əlaqədar olaraq müşahidə edilən bağırsaq peristaltikasının artması təşviqedici amil rolunu oynaya bilər.
Laktasiya
Çat adətən anal kanalın orta xəttinin arxa hissəsində yerləşir (> 80%). İkinci ən çox rast gəlinən yeri orta xəttin önüdür (> 10%).
Əgər çat orta xətdə yerləşmirsə, Kron xəstəliyindən şübhələnmək lazımdır.
Simptomlar
Əsas simptom, defekasiya aktı zamanı kəskinləşən anal ağrı hesab edilir.
Tualet kağızında az miqdarda açıq rəngli qan görünə bilər.
Müalicə
60-80% hallarda spontan sağalma baş verir.
Əgər simptomlar bir aydan daha uzun bir müddət ərzində müşahidə edilməmişdirsə, spontan sağalmanı gözləmək lazımdır. Defekasiya aktından əvvəl və sonra tətbiq edilən yerli anestetik gel və ya məlhəm ağrını yüngüllşdirə bilər. Tualet gigiyenasına əməl etmək yaxşı olardı. Gündə iki dəfə və hər dəfə 15-20 dəq olmaqla isti oturma vannaları (40°C) sfinkterin spazmasının rahatlaşdırıb ağrını azalda bilər.
Tərkibində kalsium kanal blokatorları olan improvizə edilmiş preparat: 40 q emollientlə (su emulsiyasında yağ) qarışdırılmış 0.8 q diltiazem və ya 30 q emollientlə qarışdırılmış 60 mq nifedipin; 8 həftə müddətində gündə üç dəfə yerli olaraq tətbiq edilir.
Nitrat məlhəmindən fərqli olaraq, bu preparatlar baş ağrısına səbəb olmur.
Gündəlik anal keçidinə qoyulan nitrat məlhəmi plaseboya nisbətən daha yaxşı effekt göstərmiş və bir sıra xəstələrdə cərrahi əməliyyatdan qaçınmağa kömək olmuşdur. Hazır preparatı əldə etmək mümkündür (Rektogezik®).
Ağır və ya tam qəbizlik böyük miqdar laktativlərlə müalicə edilir.
Xroniki çat
Əgər çat iki aydan daha uzun bir müddət ərzində davam edirsə, vəziyyəti xroniki olaraq qiymətləndirmək lazımdır. Çatın alt hissəsində daxili sfinkter əzələsinin lifləri görünür. Anusda adətən ''sentinel qat'' müşahidə edilir və anal kanalın dişli xətt səviyyəsində hipertrofik anal papilla mövcud olur.
Nitrat məlhəmi və ya kalsium kanal blokatorlarından ibarət kremdən ibarət konservativ müalicəni 50% hallarda bu terapiyada istifadə etmək lazımdır. Botulinum toksin inyeksiyaları da həmçinin uğurlu sayılır.
Cərrahi terapiyada yerli və ya ümumi anesteziya altında daxili sfinkterotomiya həyata keçirilir. Anal sfinkterin əllə dilatasiyası artıq tövsiyə edilmir. Yerli anesteziya altında aparılan daxili sfinkterotomiya ambulator şöbədə həyata keçirilə bilər. Çatın özünün müalicəyə ehtiyacı duyulmur.
Sfinkterotomiyadan sonra çatın residivləşməsi müşahidə edilərsə, xoranın üzərinə xaricdən dəri klapanı transplantasiya edilə bilər (anoplastiya).
Narahatçılığa səbəb olacaq dərəcədə böyük bir sentinel qat və hipertrofik anal papilla çıxarıla bilər.