Kəskin pankreatit
EBM Klinik protokolları
15.05.2017 • Sonuncu dəyişiklik 15.05.2017
PauliPuolakkainen
Əsas məqamlar
- Epiqastral nahiyədə ağrısı olan hər bir pasiyentdə və ümumi vəziyyətinin naməlum etiologiyalı pozğunluğu və anamnezində alkoqol qəbulu qeyd olunan pasiyentlərdə kəskin pankreatitə şübhə yaranmalıdır.
- Kəskin pankreatiti klinik mənzərə və plazma və ya sidikdə pankreatik amilaza və ya tripsinogen-2-statusunun (zolaqlarla ekspress-test) təyini əsasında erkən mərhələdə aşkar edin.
- Aşağıdakılar qeyd olunduqda, bütün kəskin pankreаtit pasiyentləri üçün mərkəzi xəstəxanaya göndəriş verin
- ümumi vəziyyətin pozulması və ya ağır pankreatitə aid digər meyarlar, və ya
- plazmada əhəmiyyətli dərəcədə yüksəlmiş C-reaktiv zülal konsentrasiyası.
Anamnez və fiziki müayinə
- Alkoqol qəbulu, öd xəstəlikləri və daha əvvəl pankreatit epizodları ilə bağlı məlumat əldə edin.
- Alkoqol qəbulunu kəsdikdən sonra başlayan kəmərvari epiqastral ağrının bel nahiyəsinə irradiasiya etməsi tipikdir.
- Pasiyentin ümumi vəziyyət ən böyük önəm kəsb edir.
- Şok, respirator distress, anuriya və huşun alaqaranlıqlaşması ağır pankreatitin mövcudluğuna işarə edə bilər.
- Epiqastral nahiyənin palpasiyada ağrılığı və əllənən kütlənin mövcudluğu tibbi sənədlərdə qeyd edilməlidir.
- Böyür nahiyələrinin dərisi və göbək hematomaların mövcudluğuna görə müayinə edilməlidir (Qrey-Terner və ya Kullen əlaməti).
- Peritonit və ya bağırsaq iflici simptomları və klinik əlamətlərinə görə müayinə aparın.
Laborator müayinələr
- Pankreatik amilaza və sidik amilazasının təyin edilməsi ilkin diaqnostika üçün uyğun sayılır.
- Sidik amilazası 2 000 U/l üzərində (pankreatik plazma amilazası P-Amyl-P > 65 V/l; zərdab amilazası > 300 BV/l) olması pankreatit haqda düşündürür və konsentrasiyanın 6 000 V/l (P-Amyl-P > 200 V/l, serum amilazası > 900 BV/l, > 3 × norma həddinin yuxarı səviyyəsi) üzərində olması diaqnostik hesab edilir. Amilaza konsentrasiyaları pankreatitin ağırlıq dərəcəsi ilə korrelyasiya etmir.
- Zərdabda lipaza səviyyəsinin ölçülməsi də kəskin pankreatitin diaqnostikası üçün istifadə edilə bilər. Onun diaqnostik dəyəri amilaza ilə eynidir, lakin yüksəlmiş səviyyəsi daha uzun müddət ərzində saxlanılır (3–7 gün).
- Zərdabda tripsinogenin təyin edilməsi, simptomlar uzun müddət davam etdiyi halda diaqnostikada istifadə edilə bilər. Konsentrasiya bir neçə həftəyə qədər yüksək saxlanıla bilər.
- Sidiyin tripsinogenə görə ekspess-testi diaqnostika üçün yardımçıdır. Mənfi test nəticəsi pankreatiti güvənli şəkildə istisna edir.
- Plazmada C-reaktiv zülal pankreatitin ağırlıq dərəcəsinin dəyərləndirilməsi üçün yaxşı testdir, lakin xəstəliyin çox erkən mərhələsində konsentrasiya mütləq şəkildə yüksəlmiş olmur. Konsentrasiyanın 100 mq/l səviyyəsindən yuxarı olması ağır dərəcəli pankreatit haqda düşündürür.
- ALT və ya AST səviyyəsində əhəmiyyətli artım (3 ×) öd daşı pankreatiti haqda düşündürür
- Etiologiya qeyri-müəyyən olduqda, artıq xəstəliyin erkən mərhələsində plazmada kalsium və acqarına plazma triqliserid konsentrasiyalarını təyin etmək məsləhət görülür.
Öd daşı pankreatiti zamanı aparılan müdaxilələr
- Biliar obstruksiya və ya xolangit əlamətləri olduğu halda, təxirəsalınmaz (ilk gün ərzində) qaydada həyata keçirilən ERXP gedişində sfinkterektomiya və ümumi öd axarından öd daşlarının xaric edilməsi, ağır pankreatit zamanı proqnozu yaxşılaşdırır .
Nekrozlaşan pankreatit
- Nekrozlaşan pankreatitin müalicəsi, ağırlaşmalar riski və əhəmiyyətli dərəcəli ölüm göstəricisi ilə əlaqədar, ən yaxşı təcrübəyə malik və intensiv terapiya aparılması üçün hazırlıqlı ixtisaslaşmış müalicə şöbələrində cəmləşdirilməlidir.
- Orqanların zədələnməsi nəticəsində meydana çıxan, ağır dərəcəli pankreatit simptomlarına peritonit şoku, respirator distress, anuriya və huşun alaqaranlıqlaşması aiddir.
- Plazmada yüksək C-reaktiv zülal konsentrasiyası (100 mq/l səviyyəsindən yuxarı), klinik vəziyyət, multiorqan çatışmazlığı və ya -zədələnməsi və kontrast-gücləndirilmiş kompüter tomoqrafiyasında alınan məlumatlarla yanaşı, ağır dərəcəli pankreatitin ən dəqiq göstəricisidir.
- Antimikrob dərman preparatları ilə müalicə ağır dərəcəli pankreatitə şübhə yarandığı halda başlanılır ."?>
- Nekrozlaşan pankreatitin müalicəsi konservativ yanaşmanın xeyrinə dəyişmişdir, bura o cümlədən, intensiv rehidratasiya (ilkin mərhələdə 6–8 l/gün miqdarınadək) və ürək-damar və tənəffüs funksiyasının saxlanılmasına yönəlmiş konservativ tədbirlər (intensiv terapiya zamanı) aiddir. Bununla yanaşı, cərrahi əməliyyat da göstəriş sayıla bilər. Cərrahi əməliyyat üçün birincili göstəriş pankreatik nekrozun infeksiyalaşmasıdır. Müasir “pilləli yanaşma” zamanı, müalicə metodları radioloji nəzarət altında drenaj prosedurlarından, zərurətə görə, mini-invaziv və ya açıq cərrahi əməliyyata qədər mürəkkəbləşir.
- Ağır pankreatitin ağırlaşması kimi, qarındaxili təzyiq tənəffüs funksiyası və diurezin zəifləməsini dərinləşdirə bilər. Qarındaxili təzyiqin 25–35 mm c.s. səviyyəsinədək qalxdığı abdominal kompartment sindrom adlandırılan bu patologiyanın müalicəsinə dair ən son təcrübəyə müvafiq olaraq, laparotomiyanın aparılması və qarın boşluğunun, "açıq qarın" adlandırılan müalicənin başlanılması üçün tikişsiz saxlanılması effektlidir.
Əlaqəli resurslar
Sainio V, Kemppainen E, Puolakkainen P, Taavitsainen M, Kivisaari L, Valtonen V, Haapiainen R, Schröder T, Kivilaakso E. Early antibiotic treatment in acute necrotising pancreatitis. Lancet 1995 Sep 9;346(8976):663-7. "?>