Pasiyentin aşırı miqdarda hipotonik sidik ilə həqiqi poliuriyaya malik olduğunu, yaxud ifraz edilən sidiyin miqdarı və konsentrasiyası normal ikən, sidik ifrazı tezliyinin artdığını müəyyən edin.
Açıqlaması
Poliuriya 24 saat ərzində aşırı miqdarda sidik ifraz edilməsi ilə xarakterizə olunan vəziyyətdir. Rəqəmlər dəyişkənlik nümayiş etdirir, lakin > 3 l şübhə doğuran həcmdir. Sidiyin miqdarı 50 ml/kq/gün səviyyəsini aşdıqda, yəni 70 kq çəkili şəxsdə > 3,5 l/gün olduqda, vəziyyət qəti şəkildə poliuriya olaraq qəbul edilir.
Poliuriya öz növbəsində iki kateqoriyaya bölünə bilər:
Su diurezi (sidiyin osmolyallığı aşağıdır, yəni < 300 mosm/kq H2O)
Osmotik diurezin ən geniş yayılmış səbəbi hiperqlikemiya ilə assosiasiya olunmuş qlükozuriyadır . Daha nadir etioloji amillərə parenteral və ya enteral qidalanmanın ardınca sidik cövhərinin yüksək olması, mannitol təyini və ya kontrast maddə istifadəsilə müayinə (keçici) aiddir.
Su diurezi öz növbəsində aşağıdakı kimi təsnif edilə bilər:
Birincili polidipsiya (plazmada natrium səviyyəsi və zərdabın osmolyallığı normada və ya aşağı)
Şəkərsiz diabet (plazmada natrium və zərdabın osmolyallığı normal və ya yüksək)
Aşırı maye qəbulu mayenin bədəndə toplanması, plazmada osmolyallığın aşağı düşməsi və ADH sekresiyasının qarşısının alınmasına gətirəcək. Bu çox miqdarda duru sidik ifrazı ilə nəticələnəcəkdir. Sağlam fərd 24 saat ərzində arzuolunmaz təsirlər olmadan 20 litrədək maye qəbul etməyə qadirdir. Lakin, ADH sekresiyası, istər fizioloji səbəblərdən (məs., ürəkbulanma), və ya dərman preparatları hesabına zəifləmişsə, bu su intoksikasiyası ilə nəticələnə bilər.
Birincili polidipsiya öz növbəsində psixogen və dipsogen tiplərə bölünə bilər. Psixogen polidipsiyada böyük miqdarda suyun qəbulu, sağlamlığa müsbət təsir gözləntisi və ya içməyə kompulsiv istəyin olması (şizofreniya; yadda saxlanılmalıdır ki, ADH sekresiyası şizofreniya ilə əlaqədar pozulmuş ola bilər) ilə əlaqədardır. Dipsogen polidipsiyada susuzluq mərkəzində disfunksiya baş verir ki, o plazmanın osmolyallığı normal saxlanıldıqda da stimulyasiya olunur. Səbəbkar amil dərman preparatı, mərkəzi sinir sisteminin xəstəliyi ola və ya etiologiya naməlum qala bilər.
Şəkərsiz diabetin etiologiyası
Hipofizar: idiopatik, irsi, başın travması, autoimmun, beyin şişi, infeksiya, hipofizar cərrahi əməliyyat, anevrizma ilə kompressiya