Sidik yollarının infeksiyasını və sidiyə qan qarışmasını( məs. aybaşı, cinsi travma, əvvəlki kateterizasiya) istisna edin.
Hematuriyanın ilkin araşdırmaları səhiyyə xidmətinin ilkin mərhələsində, ehtiyac görülən daha dərin araşdırmalar isə uroloqlar və nefroloqlar tərəfindən birgə icra edilir.
Yuxarıda qeyd edilən səbəblərlə izah edilə bilinməyən bütün xəstələrdə makroskopik hematuriya ilə daha dərin uroloji dəyərləndirilmələr aparılmalıdır.
Simptomsuz təkbaşına mikrohematuriya olanda dəha dərin uroloji dəyərləndirmə normalda tələb olunmur.
Əgər yanaşı olaraq proteinuriya və ya böyrək çatışmazlığı olarsa, nefroloji müayinələr göstərişdir.
Təsviri
Makroskopik hematuriya
Sidik gözlə görünəcək qədər qırmızı rənglidir
500 ml sidikdə 0.5 ml-dən az qan olarsa bu artıq sidiyi rəngli edir. Sidiyin turşuluğundan asılı olaraq onun rəngi qaradan parıldayan qırmızıyacan dəyişə bilər.
Qırmızı rəngli sidik həmçinin aşağıdakı səbəblərdən ola bilər
bəzi qidalar(çuğundur)
dərmanlar (nitrofurantoin, rifampsin)
kəskin porfiriya "?>.
Mikroskopik hematuriya
Demək olar ki, bütün böyrək və sidik yolu xəstəlikləri ilə əlaqəli ortaya çıxa bilər.
Çubuq testi həssasdır və müsbət nəticə hissəvi sayma ilə təsdiqlənməlidir (× 2).
Hemoqlobinuriya və ya mioqlobinuriya həmçinin müsbət reaksiyalar verə bilər.
Azaldıcı vasitələr (askorbin turşusu kimi) rənglənmə reaksiyasını azalda və ya basqılaya bilər.
Hissəvi sayma
3-dən artıq eritrositl/çöküntünün analizində dəfələrlə böyüdülərək baxılan sahə
5-dən çox eritrosit/sayılan boşluqda 0.9 mm3
15 × 106 -dən çox eritrosit/axıntının sitometriyası ilə hissəvi saymada
Diaqnostik planlar
Xəstələr sidiklərinin qanlı olduğunu bildirəndə onlar adətən, haqlı olurlar.
Tibbi anamnez
Hematuriya davamlıdırmı (glomerulonefrit, sidik yolunda şişlər), dövri (IgA nefropatiyası), yoxsa keçicidir (sidik daşları)?
Hematuriya hansı hallarda qeyd edilmişdir (qızdırma, fiziki aktivlik)?
Xəstənin hər hansı bir uzunsürən yüngül qızdırma, oynaq və ya qarın boşluğu ağrısı, səpgi (vaskulit xəstəlikləri, SQQ) kimi ümumi simptomları varmı ?
Hər hansı bir başqa simptomlar varmı (sidiyin sıxlığının artması, sidik ifrazının ağrılı olması, aşağı qarın boşluğunun və ya yan tərəfinin ağrılı olması)?
Sidik kisəsinin iltihabı və ya nefrit, sidik axarı daşı, prostat vəzin iltihabı, şiş, böyrəyin polikistozu
Hematuriya sidik ifrazının başlanğıcında, ortasında və ya sonunda olur?
Sidik ifrazının başlanğıcında olan qan sidik yolunun patologiyasını, davamlı hematuriya böyrək və ya sidik yolu problemini və sidik ifrazının sonunda qan olması sidik kisəsi patologiyasını düşündürür.
Ailədə hər hansı bir irsi xəstəlik və ya sidik yolu daşının formalaşmasına bir meyllilik varmı?
Xəstə siqaret çəkirmi?
Xarici səfərlər (şistomatoz,malyariya və s.)
Ağrıkəsicilər və ya sitostatiklərlə kimyaterapiya? Bu dərmanlar interstisial nefritlərə (ağrıkəsicilər), interstisial sidik kisəsi iltihabına və ya sidik yolu epitelinin xərçənginə (sitostatik vasitələr) səbəb ola bilər.
Çanaq diafraqmasının rentgenoqrafiyasından və ya sitostatiklərlə kimyaterapiyadan sonra mikrohematuriyanın olması araşdırılmalıdır.
Qanın laxtalanma xəstəlikləri və ya laxtalanma əleyhinə dərmanlar (varfarinin artıq dozası, qeyri-normal laxtalanma)?
Kliniki əlamətlər
Petexiyalar (Şönleyn Genox purpurası, vaskulit xəstəlikləri), göyərmələr və böyümüş limfa düyünləri (qanamaya meyllilik, iltihab, maliqnizasiyalar)
Qan təzyiqi (qlomerulonefrit)
Qarın boşluğunun palpasiyası (qaraciyərin ölçüsü və sərhədləri, dalaq və böyrəklər: maliqnizasiyalar, böyrəklərin polikistozu)
Hematuriya sidik yolu infeksiyası və ya ona qan qarışması səbəbilə olmasa da, xəstələr həmişə gələcək daha dərin uroloji dəyərləndirmələrə istiqamətləndirilməlidirlər. Məsləhətdir ki, araşdırmalara hazırlıq kimi eksfoliativ sidik sitologiyası və böyrəklərin ultrasəs müayinəsi icra edilsin.
Xəstəxanada olan ilkin araşdırma, əgər əks göstəriş yoxdursa (radiasiya yükü, kontrast maddə), bir çox hallarda KT uroqrafiyasıdır.
Əgər IgA nefropatiyası güman edilirsə (yanaşı olaraq proteinuriya, azalmış QFS, yükəsk qan təzyiqi) xəstəni nefroloqa yönəldin.
Sidik yolunun infeksiyası ilə əlaqəli makrohematuriya infeksiya keçdikdən sonra təkrar olmursa, daha ətraflı müayinələr tələb olunmur.
Mikroskopik hematuriya
Tibbi anamnezə və kliniki əlamətlərə əsaslanaraq laboratoriya analizləri götürülməlidir.
Təməl qan sayılması-trombosit sayılması ilə ,EÇS, CRP, plazma kreatinin və QFS, plazma PSA.
Sidiyin bakterial əkilməsi və kimyəvi tərkibinin nəzərdən keçirilməsi: sidikdə protein ifrazı varmı?
Eritrositlərin forması qanamanın mənbəyinin tapılmasına kömək edə bilər: bərabər ölçülü simmetrik, yastı qırmızı qan hüceyrələri (QQH-lər) adətən, aşağı sidik yolundan qaynaqlanır, morfologiyası dəyişmiş QQH-lər isə qlomerullardan qaynaqlanır.
Əgər proteinuriyası və ya böyrək çatışmazlığı (normal QFS) olmayan xəstələrdə mikroskopik hematuriyada eritrositlərin morfologiyası (akantasitoz, silindrlər) qlomerulyar etiologiyanı düşündürürsə, daha dərin araşdırmalar tələb olunmur. Qan təzyiqinin bir illik təqibi, sidiyin kimyəvi müayinəsi və sidik yollarının sitologiyası 5 il müddətində göstərişdir, nümunə üçün, mümkün qlomerulonefrit inkişafının aşkarlanması məqsədilə.
Steril piuriya (leykosituriya)
Sidik axarı daşı və şişlər
Sidik-cinsiyyət sisteminin vərəmi (sidikdəki vərəm basilləri üçün əkmə)
Yanaşı olaraq proteinuriya adətən, böyrəyin parenximasının xəstəliyini düşündürür.
Yaşı 40-dan çox olan və ya sidik kisəsi xərçəngi düşüncəsini artıran siqaret çəkmək kimi faktorlar olan xəstələrdə eksfoliativ sidik sitologiyası nəzərdə tutulmalıdır, belə ki, hematuriya üçün digər səbəblər də göstərilmişdir. Cavan xəstələrdə hematuriya adətən sidik yolu infeksiyasından, daşdan və ya böyrəyin parenximal xəstəliyindən, xüsusilə də IgA nefropatiyasından qaynaqlanır, buna baxmayaraq, yaşı 40-dan çox olan xəstələrdə maliqnizasiya nəzərdə tutulmalıdır.
Sidik yolunun ultrasəs müayinəsi həm mikroskopik, həm də makroskopik hematuriyada diaqnostik ola bilər (şiş, daş, böyrəyin polikistozu).
Xüsusi səhiyyə xidmətlərində daha dərin araşdırmalar
Nefroloqa yönəltmə (böyrəyin biopsiyası lazım ola bilər)
Təkrarlanan və ya sabit mikroskopik hematuriya bağlıdır
ümumi simptomlar (uzunsürən yüngül qızdırma, oynaq simptomları, səpgi),
proteinuriya,
pisləşmiş böyrək funksiyaları,
yüksək qan təzyiqi ilə, xüsusilə də cavan xəstələrdə.
Uroloqa yönəltmə (sistoskopiyaya ehtiyac ola bilər)
Əgər xəstədə makroskopik hematuriya (IgA nefropatiyasını düşündürən əlamətlər yoxdursa, yuxarı tənəffüs yollarının infeksiyasına bağlı keçici makroskopik hematuriya) və ya sidik kisəsi risk faktorları varsa (siqaret şəkmə, ixtisası ilə əlaqədar tüstüyə məruz qalma, anamnezində tsiklofosfamid müalicəsinin olması)