Sidik kisəsi tamponadası (sidik kisəsində qan laxtaları)
EBM Klinik protokolları
12.11.2016 • Sonuncu dəyişiklik 18.03.2015
TeuvoTammela
Etilogiya və simptomlar
Sidik kisəsi tamponadası tez-tez uroloji müdaxilədən sonra yaranır (kateterizasiya, sidik kisəsi punksiyası,prostatın transuretral rezeksiyası [PTUR]):
Xəstələrdə adətən tamponadadan əvvəl hematuriya olur və vəziyyət davam etdikdə ağrılı sidik dayanması inkişaf edir.
Sidik kanalı dəliyində qan laxtaları görünə bilər.
İlkin yardım
Adekvat qan dövranı həcmini təmin etmək üçün venadaxili maye terapiyasını başlayın.
PVC-dən (hansı ki, sorma zamanı açıq qalır) hazırlanmış Ch 16-20 ölçülü kateter vasitəsilə kateterizasiyanı yerinə yetirin. Əgər kişi xəstədə vəziyyət PTUR-dan sonra yaranıbsa, siz eyni zamanda düz bağırsaqdan barmaqla əməliyyat olunmuş prostatı ehtiyatla qaldırmağa çalışa bilərsiniz. Kateter balon doldurulmamışdan əvvəl (sidik axını aşkar görünür və ya kişi xəstədə sidik kanalının daxilində olan kateter tam onun ölçüsündədir) sidik kisəsinə uyğun olmalıdır. Sidik kisəsi qan laxtalarını aradan qaldırmaq üçün bir neçə dəfə 100-200 ml izotonik duz məhlulu ilə yuyulmalıdır. Əgər 3-yollu kateter varsa kateteri açıq saxlamaqla duz məhlulu ilə sürətli və davamlı yumağa başlayın.
PTUR-dan sonrakı qanaxma balonu 30 ml duz məhlulu ilə doldurulmuş 3-yollu kateterin incə şəkildə çıxarılması ilə dayandırıla bilər. Sidik kanalının travmasından yayınmaq üçün penisi yuxarı istiqamətdə tutmaq çox vacibdir.
Kateterizasiyadan sonra bəzi hallarda oral traneksam turşusu (1 q gündə 3 dəfə) faydalı ola bilər.
Hemotamponada adətən sonradan xəstəxanada müalicə tələb edirlər (qanaxma davam edə bilər). İlkin yardımdan sonra xəstə əsasən təcili cərrahi yardım şöbəsinə yönəldilir. Köçürülmə zamanı kateter sidik kisəsində saxlanmalıdır.