Sidik kisəsinin kateterizasiyası və qasıqüstü sistostomiya
EBM Klinik protokolları
23.05.2017 • Sonuncu dəyişiklik 23.05.2017
TeuvoTammela
Sidik kisəsi boşaldılması üçün üsulun seçilməsi
Təkrari kateterizasiya üstünlük verilən üsuldur.
Əgər bu mümkün deyilsə (xəstədə obstruksiya var,sidik ifrazı/saat müşahidə olunmalıdır, uzunmüddətli yardım üçün kateterizasiya evdə yerinə yetirilə bilməz və ya xəstədə > 1 000 ml miqdarda ciddi sidik dayanması var) qasıqüstü sististomiyaya üstünlük verilir. Bu da həmçinin uzunmüddətli kateterizasiya üçün uyğundur.
Qasıqüstü sististomiya xüsusilə sidik yaranması funksiyasının başlanmasını yoxlamaq üçün faydalıdır. Bu xəstə üçün də təkrari kateterizasiyaya nisbətən daha asandır.
Əgər kateterizasiyaya ehtiyac müvəqqəti, sidik kisəsinin həcmi kiçik və ya qarnın aşağı hissəsində əməliyyat çapıqları varsa (sistostomiya zamanı daxil olarkən bağırsaq perforasiyası riski), nazik silikon və ya PVC kateter istifadə edilməlidir.
Əgər USM varsa, perkutan sistostomiyadan öncə sidik kisəsi ilə qarın divarı arasında bağırsağın olmaması təxminən etibarlı olaraq təsdiq edilə bilər.
Əgər sidikdə qan varsa, Ch 16 PVC kateter istifadə edilə bilər .
Uzunmüddətli yardım göstərildikdə sidik saxlamama zamanı tibbi səbəb olmadan davamlı daxili kateter yerləşdirilməməlidir.
Uzunmüddətli kateterizasiya həmişə bakterial kolonizasiya ilə assosiasiya olunur. Buna baxmayaraq, yalnız simptomatik infeksiyalar müalicə olunmalıdır. Qasıqüstü sistostomiya kateterizasiyası infeksiyası kateterin əsasına qulluq etməklə gecikdirilə bilər.
Kateterlər
Kateterin nömrəsini onun çevrəsinin millimetrlə ölçüsü verir. Kateterin diametri təxminən çevrənin 3-ə bölünməsinə bərabərdir.
Silikon və PVC uzunmüddətli kateterizasiya üçün uyğun materiallardır, çünki ən az toxuma qıcıqlanmasına səbəb olur.
Kateterizasiya
Sidik kanalının xarici dəliyini antiseptik məhlulla (0.01% chlorhexidine) yuyun.
Kişilərin (və az hallarda qadınlarda) sidik kanalına 20 ml gel daxil edin. Yerli anestetik daxil olan gel istifadəsinə üstünlük verin.
Gelin daxil edilməsi və kateterin yerləşdirilməsi incə və yavaş-yavaş yerinə yetirilməlidir.
Kişilərdə penis kateterin yeridilməsini asanlaşdırmaq üçün obədənə 90 dərəcə olmaqla düzləndilməlidir.
Balonu yalnız kateterin ucunun və balonun sidik kisəsində olmasına əmin olduqdan sonra doldurun: sidik sərbəst axır və ya sidik kisəsi boşdur, duz məhlulu kateterə yeridildikdə asanlıqla axır.
Əgər kateter incə olaraq əllə yeridilə bilinmirsə, Thieman kateterini istifadə edin. Sistostomiyanı yerinə yetirmək üçün təkrar cəhd etməyin. Əgər xəstədə prostat vəzinin böyüməsi varsa, daha böyük kateterə dəyişmək adətən faydalı olur. Əgər xəstədə transuretral prostat rezeksiyası olubsa, yanaşı olaraq düz bağırsaqdan prostatın qaldırılması kateterin sidik kisəsinə yolunu tapmasını asanlaşdırır.
Qasıqüstü sistostomiya
Videolar: qasıqüstü sistostomiya və istiqamətləndirici teli istifadə etməklə sistostomiyanın bərpa qoyulması .
Kateterin yerləşdirilməsi
Prosedur üçün göstərişin olmasına əmin olun.
Sidik kisəsi 300 ml-dən (sidik qalması və ya son sidik boşaldılmasından sonra ən azı 4 saat) çox sidiklə dolmalıdır . Əgər USM varsa, prosedurdan əvvəl sidik kisəsinin yerinin və həcminin təyin edilməsi hər zaman məsləhət görülür. Əgər xəstənin qarnının aşağı hissəsində əməliyyat çapığı varsa, USM-i həmçinin sidik kisəsi ilə qarın divarı arasında bağırsağın olmamasına əmin olmaq üçün istifadə edin.
Dərini 0.01% clorheksidin məlulu ilə təmizləyin.
1%-li lidokaini simfizdən yuxarı dəri təbəqələrinə (təxminən 2 barmaq məsafəsində) və ya onun proksimal hissəsinə uzun nazik şpris (bel punksiyası iynəsi) ilə yeridin. Sidiyin aspirasiyası sidik kisəsinin yerini və dərinliyini təsdiqləyir. İynəni geriyə çəkərkən aspirasiya edilmiş sidiyi qarın divarı toxumalarına inyeksiya etməyin. Sidik kisəsi divarına anestetikin inyeksiya edilməsi də həmçinin vacibdir.
Lanset vasitərilə kiçik dəri kəsiyi edin, sistostomiya iynəsini dəriyə perpendikulyar olaraq sidik kisəsinə daxil edin və sonra kateteri daxil edin.
İynəni geri çəkin və kateterin geriyə çəkilmədiyinə əmin olun. İynəni çıxardın.
Kateteri balonu doldurmaqla və ya tikişlə fiksasiya edin.
Xəstə yerində sidik ifrazına cəhd edə bilər (o bağlanandan sonra). Əgər sidik ifrazı bir neçə dəfə uğurlu alınırsa və qalıq həcm 200 ml-dən azdırsa, sidik dayanması üçün yerləşdirilmiş kateter çıxarıla bilər.
Kateter hər 3 aydan bir dəyişdirilir. Buna baxmayaraq, əgər kateter xarici təbəqə ilə örtülmürsə bu tezlik 4 aydan bir ola bilər. Əgər kateter dəyişdirilməli olduğu zaman balon boşaldıla bilinmirsə o,USM və ya sistoskopiya vasitəsilə izləyib punksiya edilə bilər.
Təkrari kateterizasiya
Ən vacib fizioloji mənası sidik kisəsini boşaltmaqdır.
Xəstəni xəstəxanada öyrədin (və yazılı instruksiya ilə təmin edin).
Kateterizasiya sidik kisəsinin 500 ml-dən çox dolmaması üçün lazım olan tezlikdə təkrar edilməlidir.
Əgər xəstə tamamilə spontan olaraq sidik xaric edə bilmirsə məsləhət görülən tezlik gündə 4 dəfədir. Əgər boşaldılan qalığın həcmi çoxdursa, az sayda kateterizasiya kifayət ola bilər.
Ən yaxşı kateter növü hidrofilik lubrikantla örtülmüş və su ilə nəmlənə və lubrikasiya edilə biləndir. Buna görə də gellə əlavə lubrikasiyaya ehtiyac yoxdur.
Öz-özünə kateterizasiya zamanı xəstənin proseduradan əvvəl əllərini yaxşı yumağı kifayətdir. Xəstəxanada aseptik texnikalar istifadə edilməlidir.
Antimikrobial dərmanlar məsləhət görülmür. Yalnız simptomatik infeksiyalar müalicə olunmalıdır. Rutin olaraq sidik nümunəsi toplanmır, çünki əksər təkrari kateterizasiya edilən xəstələrdə klinik əhəmiyyəti olmayan bakteriuriya olur.
Uzunmüddətli kateterizasiya
Silikon kateterə (12-14 ölçüdə) üstünlük verilir. PVC kateter (daha geniş daxili diametr) sidik qanlı olduqda və sidik kisəsinin yuyulması lazım olduqda ən rahat kateterdir.
Uzunmüddətli kateterizasiya zamanı balon 5%-li duz və ya qliserol məhlulu ilə doldurulmalıdır.
Kateter qravitasiya təsirindən aşağıya sallanmamalıdır və paket həmişə sidik kisəsindən aşağıda yerləşdirilməlidir (bud paketi istifadə edin).
Daimi kateterli xəstələr üçün profilaktik antibiotiklər göstəriş deyildir. Simptomatik sidik yolu infeksiyaları müalicə olunmalıdır. Dərman müalicəsini başlamazdan əvvəl kateterin aseptik deşilməsi vasitəsilə sidik nümunəsini götürün.
Əlaqəli mənbələr
Koxreyn baxış-icmallar
Ədəbiyyat
Lamont T, Harrison S, Panesar S, Surkitt-Parr M. Safer insertion of suprapubic catheters: summary of a safety report from the National Patient Safety Agency. BMJ 2011 Feb 24;342():d924.