English
Ana səhifə
>>
EBM Klinik protokolları
>>
Cərrahiyyə
Xronik prostatit
EBM Klinik protokolları
23.05.2017
• Sonuncu dəyişiklik 23.05.2017
TeuvoTammela
Həmçinin baxın Spastik çanaq sindromu
Ə
sas məqamlar
Mikrobəleyhinə (antibakterial) preparatlar yalnız seçilmiş hallarda istifadə edilir
.
Tərifi və etiologiyası
Kişilərdə cinsiyyət üzvlərində, aralıqda və ya çanaq bölgəsində 3 aydan çox davam edən və sidik yollarının bakterial infeksiyası əlamətlərinin olmaması ilə müşayiət olunan ağrı.
Adətən (90%-dən çox hallarda) pasientlərdə steril prostatodiniya qeydə alınır. Bu hal ildə bir neçə dəfə təkrarlanmağa meyillidir.
Xəstəlik prostat axacaqlarında olan bakteriyalar səbəbindən yarana bilir.
Dəqiq etiologiyası hələ də məlum deyil
(çox etiologiyalı)
.
Simptomlar
Simptomlar kəskin prostatilə eyni olsa da, daha mülayim və residivləşəndir.
Sidiyi getmədə çətinlik və yanma hissiyatı, sidiyə getmə tezliyinin artması, sidik kisəsinin tam boşalmaması hissi
Aşağı qarın nayihəsində, xayalıqda, aralıqda, kişi cinsiyyət orqanının başında və ya budun medial hissələrində küt ağrı
Aralıq zonasında, anus və ya anusun önü hissəsində təzyiq hissi
Ağrılı eyakulyasiya
Bəzən müşahidə edilən qanlı sperma
Libidonun azalması, erektil disfunksiya
Klinik və laborator tapıntılar
Prostatın barmaqla müayinəsi zamanı artmış hissiyatlılıq. Lakin, hissiyatlılığın olmaması xronik prostatit diaqnozunu istisna etmir
Sidik analizi nəticələri norma daxilindədir
Müalicə
Soyuqdan qorumaq: isti geyimlər, isti oturaq vannalar
QSİƏP-lar
Alfa-blokatorlar
5-alfa-reduktaza inqibitorları "?>
Amitriptilin, tədricən artan dozalarda
Prostatın masajı və eyakulyasiyalar bəzən simptomların azalması ilə müşayiət olunur.
Həkim-pasient münasibətlərinin davamlığı; pozğunluğun xoşxassəli olduğu ilə bağlı inandırma və depressiyanın müalicəsi
Prostatodiniyanın müalicəsində antibakterial preparatlar istifadə edilmir.
Tez-tez təkrarlanan hallarda fraqmentasiyalı sidik nümunəsinin götürülməsi məqsədəmüvafiqdir. Birincisi, sidik nümunəsi sidiyə getmənin başlanğıcında yığılmalıdır. Daha sonra prostatın masajı aparılır və sidik nümunəsi mikroskopiya və mikrobioloji əkmə üçün bundan dərhal sonra götürülür. Əgər bakteriya müəyyən edilirsə, ftorxinolonla (ilkin olaraq gündə iki dəfə olmaqla 400 mq dozada norfloksasinlə terapiya başlanır və tədricən doza azaldılır) və ya sulfa-trimetoprim ilə
1-2 ay davam edən kursla
müalicə aparılır. İltihablı xronik prostatodiniya hallarında prostatın masajından sonra götürülmüş sidik nümunəsində leykositlər olur.
Əgər pasientdə bakterial inkişafsız piyuriya müşahidə edilirsə, bu hallarda
ftorxinolonla (ilkin olaraq gündə iki dəfə olmaqla 400 mq dozada norfloksasinlə terapiya başlanır və tədricən doza azaldılır) və ya sulfa-trimetoprim ilə bir dəfə olmaqlq
1-2 ay davam edən kursla
müalicə aparılır.
Əgər effekt olmazsa, antibiotiklərlə təkrar terapiya aparmayın.
Müvafiq resurslar
Koxran icmalları
Yuxarıya