Makroskopik hematuriya sidik kisəsi xərçənginin ən geniş yayılmış ilk simptomudur.
Makroskopik hematuriya urologiya şöbəsində təcili qiymətləndirilmə üçün göstərişdir. Yerinə yetirilməli olan müayinələrə sistoskopiya, sidiyin sitoloji analizi və yuxarı sidik yollarının USM və ya kompüter tomoqrafiyası (KT) ilə müayinəsi daxildir.
Asimptomatik mikroskopik hematuriyanın adətən sonrakı qiymətləndirilməyə ehtiyacının olmamasına baxmayaraq, qərar verən zaman fərdi risk faktorlarını nəzərə almaq lazımdır.
Sidik kisəsi xərçəngi çox yüksək residiv vermə riski ilə assosiasiya olunur, buna görə də müntəzəm izləmə (müşahidə) tələb edir. Residivə baxmayaraq səthi sislər zamanı xəstəliyin proqnozu yaxşıdır.
Epidemiologiya
Dünya üzrə yayılma tezliyi hər 100000 nəfərə 2, Avropa üzrə isə 6-dır. Sidik kisəsi xərçəngi kişilərdə daha tez-tez rast gəlinir.Kişilərdə qadınlara nisbətən 4 dəfə çox sidik kisəsi xərçəngi yaranır.
Ən geniş yayılmış risk faktoru tütünçəkməkdir, hansı ki, xəstəlik hallarının yarısında rast gəlinir. Tütünçəkmə sidik kisəsi xərçəngi riskini 4 dəfə artırır. Digər risk faktorlarına kimya, kauçuk, boyaq və neft sənayesində istifadə olunan kimyəvi maddələr daxildir.
Sidik kisəsi xərçəngi diaqnostika hallarının 75%-i səthi şişlər təşkil edir.
Əlamət və simptomlar
Makroskopik hematuriya sidik kisəsi xərçənginin ən çox rast gəlinən birinci simptomudur. Təxminən xəstələrin 90%-i hematuriyaya görə tibbi yardıma üçün müraciət edirlər. Hematuriya adətən ağrısızdır.
Xəstələrin 20%-də sidik kisəsinin qıcıqlanma simptomları (dizuriya, sidik ifrazının tezliyinin artması və təcili sidik ifrazı kimi) olur.
Müayinələr
Sistoskpiya ən vacib müayinədir.
Sidik yaxmasının sitoloji müayinəsi sidik kisəsi xərçənginin 1/3-nü təyin edə bilir. Mənfi sitoloji analiz nəticələri sidik kisəsi xərçəngi və sonrakı müayinələri istisna etmir, amma pozitiv nəticələr (4 və 5-ci dərəcələr) demək olar ki həmişə sidik kisəsi xərçənginin əlamətidir. Sitoloji analizin bir dəfə aparılması kifayətdir. Əlavə olaraq digər müayinələr və sidiyin ümumi analizi və kişilərdə prostat spesifik antigen analizi yerinə yetirilməlidir.
Bütün xəstələrdə yuxarı sidik yollarının adətən KT uroqrafiyası edilməlidir.
Müalicə
Sidik kisəsi səthi xərçənginin müalicəsi transuretral elektrorezeksiyadan (TUR) ibarətdir. Sidiik kisəsi rezeksiya proseduru zamanı sidik kisəsi daxili kimyəvi terapiyanın bir dəfə edilməsi şişin residivini azalda bilər
Sonrakı müalicəyə ehtiyac risk təsnifatına əsaslanır. Aşağı riskli şişlər digər müalicələri tələb etmirlər. Residiv və proqressivləşmə riski sidik kisəsi daxili terapiya ilə azaldıla bilər, ən çox istifadə olunan dərman BCG (Bacillus Calmette-Guerin), epirubin və mitomycin C-dir.
Rezeksiya prosedurna fluoresent sistoskopiyanın istifadəsilə kömək edilə bilər (fotodinamik diaqnostika). Bu metodun kiçik və "in situ" şişlərin təyin edilməsində ağ işıqlı sistoskopiyaya nisbətən daha həssas olmasına baxmayaraq, onun istifadəsi heç də hər bir rezeksiya proseduru üçün tələb olunmur.
İnvaziv sidik kisəsi xərçənginin ən geniş yayılmış müalicəsi sistektomiyadır. Əməliyyat edilən zaman xəstələrin təxminən yarısında metastaz olur. Normal sidik ifrazı qabiliyyətini qoruyub saxlayan cərrahi metodlar xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmışdırlar.
Xəstələr residivə səbəb olduğu üçün tütünçəkməni dayandırılmaları üçün ruhlandırılmalıdırlar.
Mütəxəssisə yönəldilmə meyarları
Sidik kisəsi xərçənginin ən tez-tez rast gəlinən simptomu makroskopik hematuriyadır, hansı ki, demək olar həmişə sonrakı uroloji müayinələr üçün göstərişdir. Buna baxmayaraq 40 yaşdan kiçik pozitiv imptomatik sidik yolu infeksiyası kulturası ilə assosiasiya olunan makroskopik hematuriya ilə müraciət edən və antimikrob müalicə ilə sidik analizi normaya qayıdıb, klinik simptomlardan azad olan qadınlarda bədxassəli şiş riski çox kiçikdir. Belə hallarda sonrakı müayinələr adətən göstəriş deyildir.
Hematuriya periodik olur və təyinat zamanı normal sidik analizi nəticələri sonrakı müayinələrə ehtiyacı istisna etmir. Antikoaqulyant müalicə, məşq və idman fəaliyyəti qanaxma ilə assosiasiya edilməməlidir.
Sidik ifrazının tezləşməsi, təcili olması və ya dizuriya kimi sidik kisəsi simptomları ilə birlikdə mikroskopik hematuriyada sonrakı müayinələrə göstərişdir.
Bir qayda olaraq simptomsuz mikroskopik hematuriya sonrakı qiymətləndirilməni tələb etmir, amma tütünçəkmə, kimyəvi təsirə məruz qalma və yaş daxil olmaqla fərdi risk faktorları nəzərə alınmaqla qərar qəbul edilməlidir. 40 yaşından kiçik simptomsuz mikroskopik hematuriya olan xəstələrdə sonrakı qiymətləndirilmə tələb olunmur.
Müşahidə (izləmə)
Sidik kisəsinin səthi xərçəngin 70% residiv riski və 15% proqressivləşmə riski ilə müşayət olunur və müşahiidəyə ehtiyac nəticədə sidik kisəsinin səthi xərçəngi ən bahalı xərçəng növlərindən biridir.
Müşahidə urologiya şöbəsi tərəfindən həyata keçirilir.
Sistoskopiya müşahidənin əsasıdır. Yüksək riskli xəstələrdə sidik sitoloji müayinə edilir. BTA stat® kimi sürətli diaqnostik analizlər sidik kisəsinin xərçənginin müşahidəsində özünü doğrultmadılar. Radioloji müayinələr göstəriş olduqda edilməlidir.
Müşahidə cədvəli xəstənin proqnostik faktorlarına əsasən (şişin ölçüsü, şişlərin sayı, TNM təsnifatı histoloji dərəcəsi və əvvəlki residivlər) fərdi olaraq planlaşdırılmalıdır. İldə bir dəfə müşahidələr residiv və proqressivləşmə riskinin aşağı olduğu hallarda yetərlidir. Yüksək riskli xəstələrdə ilkin müşahidə hər 3 aydan birdir. Sidik kisəsi xərçəngi hətta bir neçə ildən sonra residiv verə bildiyindən müşahidəni xəstənin ümumi vəziyyətini nəzarətdə saxlamaqla davam etdirilməlidir. Əgər xəstəlik residiv verirsə, müşahidə cədvəli əvvəldən başlanmalıdır.