Xaya burulmasına təcili olaraq diaqnoz qoyun və müalicə edin ( uşaq və hələ də cinsi aktiv olmayan yeniyetmələrdə hər zaman burulmadan şübhələnin).
Epididimiti antimikrobial dərmanlarla müalicə edin. Yeniyetmələrdə həmişə xlamidiya infeksiyasının mümkünlüyünü yadda saxlayın.
Uzunmüddətli xayalıq ağrısının səbəbi olan varikosele diaqnozunu qoyun.
Kəskin qarın ağrısı ilə assosiasiyasına görə xayaları müayinə etməyi yadda saxlayın.
Xaya burulması
İnkişaf edən uşaqda kəskin xayalıq ağrısının etiologiyası digər səbəb sübut olunana qədər xayalıq burulmasıdır.
İlkin olaraq qarnın aşağı hissəsində yaranıb sonra xayalığa yayılan ağrı və xayalığın birtərəfli şişkinliyi adətən qəflətən başlayır.
Xaya xayalığın yuxarı hissəsinə qalxır və orada horizontal olaraq uzanır, amma ilkin fazada adətən yeganə tapıntı xayanın həssaslığıdır.
Xaya çıxıntısının burulması və epididemit xaya burulmasına bənzəyir. Differensial diaqnostika tez-tez yalnız əməliyyat zamanı edilə bilinir.
Xaya burulması xayanın açılması və hər iki xayalıarın xayalıqda yerləşdirilməsi üçün təcili əməliyyatla müalicə olunur.
Epididimit
Şişkinlik və həssaslıq xaya artımında lokalizasiya olunur, amma xaya özü də həssas ola bilər. Xayalıq adətən şişkinləşmiş, qırmızımtıl və isti olur.
Sidik ifrazı ilə assosiasiya olunan simptomlar tez-tez görünür: ağrı, yanğı və tezlik.
Səbəbkar agentlərə sidik yolu infeksiyalarına səbəb olan bakteriyalar və cinsi aktiv xəstələrdə həmçinin xlamidiya və bəzən qonokokklar daxildir. Daha yaşlı kişilərdə sidik saxlama problemləri meyllik yaradan faktor ola bilər.
Epididimit həmçinin cinsi aktiv yaşdan əvvəl yarana bilər.
Uşaqlrda epididimit ola bilsin ki, steril və ya infeksiyalaşmış sidiyin çıxarıcı axacaqlardan keçməsilə yaranır. Təkrari hallarda sidik yollarının USM-i məsələn, ektopik sidik axarını istisna etmək üçün məntiqli müayinədir. Enurez və sidik xaric etmədə çətinliklərə diqqət yetirilməlidir.
Bütün yaş qruplarında daxildə qalan uzunmüddətli kateterizasiya və uroloji müdaxilələri kimi sidik kanalı manipulyasiyaları, epididimitə meyllik yaradır.
Müaniyələr
C-reaktiv zülal
Sidiyin kimyəvi analizi və sidik kulturası
Xlamidia və qonokokk kulturaları və ya PCR
Uşaqlarda ilkin müalicəyə trimetoprim-sulfametoksazol və ya sefalosporin törəmələrindən və digər xəsətlərdə fluoroxinolonlardan ibarətdir. Əgər lazımdırsa, həssaslıq analizinə əsasən müalicə dəyişdirilə bilər. Müalicənin müddəti 2 həftədir.
Xayalığı saxlamaq üçün saxlayıcı, soyuq bandajlar və NSAID-lər ağrıdan azad edir.
Orxit
Şişkinlik xayanın özündədir.
Xanazır xəstəliyinə qarşı peyvəndlər aparılan ölkələrdə peyvəndin tətbiqinə görə parotit və orxit nadir hallarda rast gəlinir, amma epididimit ilə assosiasiya oluna bilər (epididimo-orxit).
Orxit və xaya burulmasının differensial diaqnostikası çətindir (əgər azca şübhə varsa, təcili xəstəxanaya yönəldin).