Cinsi yolla ötürülən nadir xəstəliklər; şankr
EBM Klinik protokolları
26.05.2017 • Sonuncu dəyişiklik 26.05.2017
EijaHiltunen-Back
Yumşaq şankr (yumşaq şankr (ulcus molle), şankroid)
Etiologiyası
- Qram - mənfi bakteriya Haemophilus ducreyi
Epidemiologiyası
- Avropada nadir hallarda olsa da tropik zonalarda bu xəstəliklərə daha çox rast gəlmək mümkündür, məsələn, Afrika
Simptomlar
- İnkubasiya müddəti 3 - 7 gün
- Eritematoz disklərlə əhatə olunmuş bir və ya bir neçə yumşaq, aşınmış genital sızanaqlar (pustullar (içi irinli yaralar))
- Əksər hallarda unilateral, ağrılı inquinal (qasıq) limfa düyünlərinin böyüməsinə (bubonlar) təsadüf edilir, hansı ki, onlar aşınaraq sonradan irinli abseslərə çevrilir.
Diaqnozu
- Bakteriyanın əkilməsi çox çətindir və bu üsul dünyanın hər yerində həyata keçirilmir. Bakteriyaların nuklein turşusu testi vasitəsilə müəyyən edilməsi bəzi Avropa ölkələrinin laboratoriyalarında mümkündür.
- Diferensial diaqnostikada sifilis və genital herpes nəzərə alınmalıdır.
Müalicə
- Birinci sıra: seftriakson 250 mg ə.d və ya azitromisin 1 g tək doza olaraq
- İkinci sıra: siprofloksasin 500 mg 3 gün ərzində gündə iki dəfə və ya eritromisin 500 mg 7 gün ərzində gündə 3 və ya 4 dəfə
Lymphogranuloma venereum (LQV)
Etiologiyası
- Chlamydia trachomatis-ın L1, L2 və ya L3 serovarları
- D-K serovarlarının səbəb olduğu xlamidiya infeksiyası
Epidemiologiyası
- Avropada yalnız cinsi tərəfdaşı kişi olan kişilərdə təsadüf edilir.
- Tropik bölgələrdə mövcud olan bir neçə endemik regionlarda təsadüf edilir.
Klinik tablo və diaqnoz
- Genital nahiyədə limfa toxumasının infeksiyası
- İnkubasiya müddəti 1 - 2 həftədir.
- Avropada LQV kişilərdə proktit (düz bağırsaq və anusun iltihabı) olaraq təsadüf edilir; diferensial diaqnostikada bağırsağın iltihabi xəstəlikləri nəzərə alınmalıdır.
- Klassik formalarda ilkin əlamət sonradan parçalanıb özbaşına sağalan ağrısız suluq (pustula) olur. Bir neçə həftədən sonra inquinal (qasıq) limfa düyünləri birləşərək irinli bubonlar əmələ gətirir.
- Klinik tablosu uretrit, proktokolit (inək südünün proteinlərinə qarşı allergiyası olanlarda qalın bağırsağın son hissəsinin iltihablaşması) və sonrakı mərhələlərdə xroniki və büzüşmüş fistulalar və sıx izlərlə müşayiət edilə bilər.
- Əgər LQV-dən şübhələnilərsə və Xlamidiyaya qarşı nuklein turşusu testi müsbət çıxarsa, laboratoriya spesifik C. trachomatis serovarını müəyyən etmək üçün növbəti testin həyata keçirilməsini tələb edə bilər.
- Xlamidiya antitellərinin yüksək titri diaqnozu təstiqləyir. LQV-dən şübhələnildikdə C. trachomatis kulturası nəzərdən keçirilə bilər.
Müalicəsi
- Doksisiklin 100 mg 21 gün ərzində gündə iki dəfə və ya eritromisin 500 mg 21 gün ərzində gündə dört dəfə.
- Növbəti müayinə müalicədən 4 həftə sonra həyata keçirilir (C. trachomatis nuklein turşusu testi).
- İnfeksiya haqqında yerli qanunvericiliyə uyğun olaraq müvafiq orqanlara məlumat verilməlidir.
- Digər STD-lər üçün test.
- Digər yoluxmuş şəxsi müəyyən və müalicə etmək məqsədilə infeksiya izlənilməlidir.
Granuloma inguinale (donovanosis)
Etiologiyası
- Qram - mənfi hüceyrədaxili Calymmatobacterium granulomatis bakteriyası
Epidemiologiyası
- Bir neçə gündən sonra aşınıb ölçücə böyüyən genital suluqlar (papulalar); limfadenopatiyaya təsadüf edilmir.
- Müalicə olunmadıqda xəstəlik xroniki, qranulomatoz və toxumaların məhv edilməsilə gedən infeksion prosesə qədər proqressivləşir.
- Donovanoz zamanı nadir hallarda ekstragenital proseslərə də təsadüf edilir.
- Histoloji müayinə zamanı Donovan cisimləri təyin edilir.
Müalicəsi
- Birinci sıra: azitromisin 1 g 3 - 4 həftə ərzində həftədə bir dəfə və ya xəstəlik sönənə qədər.
- Alternativ olaraq oksisiklin 100 mg gündə iki dəfə və ya eritromisin 500 mg gündə 4 dəfə (müalicə prosesi yuxarıda qeyd edildiyi kimi aparılır).
Müvafiq resurslar
Kemp M, Christensen JJ, Lautenschlager S et al. European guideline for the management of chancroid, 2011. Int J STD AIDS 2011;22(5):241-4. de Vries HJ, Zingoni A, Kreuter A et al. 2013 European guideline on the management of lymphogranuloma venereum. J Eur Acad Dermatol Venereol 2015;29(1):1-6.