Müalicəyə başlamazdan əvvəl xəstənin ona oxşar bir xəstəlikdən deyil məhz dermatomikozdan əziyyət çəkdiyindən əmin olun. Yerli müayinə və göbələk kulturası üçün nümunə götürün.
Antifunqal (göbələk əleyhinə) dərman preparatlarının əks təsirlərini və digər dərman maddələri ilə mümkün olan qarşılıqlı təsirini nəzərə alın.
Yoluxma
Göbələklərin təsirinə məruz qalma halları geniş yayılmış olsa da, göbələk infeksiyalarına daha az təsadüf edilir.
Ayaq göbələyi hallarının infeksiyalaşmasında genetik faktorlar rol oynayır.
Heyvanlarda təsadüf edilən göbələklər (məs. inək, qvineya donuzu, pişik) çox asanlıqla insanlara yoluxub kəllə dərisi və ya ətraflarda, gövdədə və üzdə mikoza (tinea corpois) səbəb ola bilir.
Göbələk infeksiyasının təyini üçün biomaterialın əldə edilməsi
Göbələk kulturası üçün dəridən nümunənin (biomaterialın) götürülməsi zamanı yerli göbələk əleyhinə dərman preparatlarının qəbulunu iki həftə, oral dərman preparatlarının qəbulunu isə iki ay əvvəl dayandırmaq lazımdır. Dırnaqdan nümunənin götürülməsi zamanı isə oral dərman preparatların qəbulunu altı ay əvvəlcədən dayandırmaq lazımdır.
Dərini alkoqol həllediciləri ilə təmizləyin və yaranın kənarından pulcuqları (qabığı) qaşıyıb qatlanmış kağıza və ya quru boruya yığıb nümunəni adi poçt vasitəsilə laboratoriyaya göndərin. Nümunə olaraq saç və ya suluğun təpə hissəsi götürülə bilər. Dırnaqdan laylar kəsilir və ya sağlam dırnaqla zədələnmiş dırnaq arasındakı kənarları yontulur. Bundan başqa dırnağın altındakı hiperkeratozlu kütlə də qazınır və biomateriala daxil edilir.
Nümunənin miqdarı mümkün olduğu qədər bol olmalıdır, çünki ondan həm mikroskopik analiz, həm də əkilmə üçün istifadə edilir.
Laboratoriyada mikroskopik analiz (in vivo və kalium hidroksidlə) və göbələyin əkilməsi həyata keçirilir.
Yerli müayinə zamanı dermatofitlərin müəyyən edilməsi göbələk infeksiyasına dəlalət edir, lakin yalnız göbələyin kulturada müşahidə edilməsi diaqnozu təsdiqləyir.
Yerli müayinənin nəticələrini bir neçə gün ərzində əldə etmək mümkün olur, lakin əkilmənin nəticələri 2-4 həftədən sonra bəlli olur.
Əgər nəticələr neqativdirsə, lakin mikozdan əsaslı sürətdə şübhələnilirsə, bu halda yeni nümunələr götürməlidir.
Antifunqal (göbələk əleyhinə) preparatlar
Ümumi xüsusiyyətləri
Dırnaqların və ya baş dərisinin dermatofit infeksiyaları zamanı sistemşəkilli dərman preparatları təyin edilməlidir.
Dərinin dermatofit infeksiyasının müalicəsi üçün ya yerli ya da sistem təsirli dərman preparatları və yaxud infeksiyanın yayılmasından asılı olaraq hər ikisi birlikdə təyin edilir.
Onixomikoz zamanı daimi sağalmanın əldə edilməsinə (= 1-2 il təkrari müalicədən sonra əldə edilən klinik sağalma) xəstələrin təqribən yarısında müvəffəq olunur.
Göstərişlər
Terbinafin (krem və tabletlər) dermatofitlərə qarşı effektiv təsirə malikdir.
Yerli nistatin və natamisin maya göbələyinə qarşı effektiv təsirə malik olur.
Yerli azollar (klotrimazol, ekonazol, mikonazol, tiokonazol, ketokonazol), amorolfin (dırnaq boyası) və sistemik təsirli itrakonazol və flukonazol həm dermatofitlərə, həm də maya göbələklərinə qarşı effektiv təsirə malik olur.
Bu yerli (topikal) dərman preparatlarının təsirləri arasında elə də nəzərə çarpacaq bir fərq mövcud deyildir.
Əks təsirlər və qarşılıqlı təsirlər
Terbinafin digər dərman preparatlarının bəziləri ilə qarşılıqlı əlaqəyə girə bilmə xüsusiyyətinə malik olduğu üçün bu hala hər zaman nəzarət etmək lazımdır. Xarakterik, lakin nadir görülən yan təsirə dad hissiyatının 1-2 ay müddəti ərzində pozulması və hətta bəzi hallarda tamamilə itməsi aid edilir. Dərman ekzanteması hallarına da bəzi hallarda rast gəlmək mümkündür. Onlar orta ağır, simptomsuz və ya qaşınan ekzantemadan tutmuş xəstəxana şəraitində müalicənin tələb olunduğu suluqların formalaşdığı ciddi multiformalı eritemaya qədər dəyişə bilir.
İtrakanazol CYP3A4 fermentlərini istifadə edən digər dərman preparatları ilə qarşılıqlı təsirə malik geniş-spektrli bir dərman preparatıdır.
Ayaq göbələyi (tinea pedis)
Klinik təzahür
Xarakterik təzahür (şəkil)
Əksər hallarda 4-cü və 5-ci ayaq barmaqları arasında meydana gəlir.
Ayaq barmaqları arasındakı dəri eritematoz, masserasiyalı olur, xoralaşa bilir və yarada vezikullar (qovcuqlar) yarana bilir.
Qaşınma olur.
İkincili bakterial infeksiya qoşula bilir.
Ayaq göbələyi əllərin içində (ovuc) və əl barmaqlarının arasında meydana gələn dermatofit reaksiyalar (misidlər) ilə yanaşı gedə bilir.
Mokkasin mikozlar (şəkillər)
Adətən subyektiv simptomlara təsadüf edilmir (şəkil)
Ayaq altının dərisi həfif hiperkeratozlu, eritematoz və pullu (qabıqlı) olur.
Funqal infeksiyaya unilateral (birtərəfli) və ya pəncənin distal hissəsinə təsir etmiş şəkildə təsadüf edilə bilər (şəkil).
Oxşar mikoza əlin ovuc hissəsində rast gəlmək mümkündür (şəkil).
Etioloji faktorlar
Ən geniş yayılmış etioloji faktorlara Trichophyton rubrum, nadir hallarda T. mentagrophytes, çox nadir hallarda isə Epidermophyton floccosum aid edilir.
Kandida ayaq barmaqları arasındakı masserasiya olunmuş dəridən izolə edilə bilər, lakin bu onun patogenik roluna heç bir təsir göstərmir.
Müalicə
Ayaq barmaqları arasındakı mikozun ən effektiv müalicə vasitəsi iki həftə ərzində axşam vaxtları nazik lay şəklində tətbiq edilən terbinafin emulsiyasıdır''?>. Müalicənin davam etmə müddəti azol törəmələri ilə 2-4 həftə çəkir.
Ayaq gigiyenası: ayaqları gündəlik olaraq normal şəkildə yumaq, yaxşıca qurulamaq və corabları dəyişmək.
Ayaq altının mokkasin mikozu və əlin içinin (ovuc) mikozu çox çətin müalicə olunur və bunun üçün adətən sistemşəkilli dərman preparatlarına ehtiyac duyulur: terbinafin 250 mq gündə bir dəfə 2-4 həftə ərzində, itrakonazal 200 mq gündə iki dəfə bir həftə ərzində və ya itrakonazol 100 mq gündə bir dəfə 4 həftə ərzində.
Onixomikoz
Şəkillər
Klinik təzahür
Əksər hallarda ayaq dırnaqlarında, daha az hallarda isə əl dırnaqlarında meydana gəlir (şəkil).
Onixomikoz adətən dırnağın altından başlayır, lateral (yan) hissədən dırnağın əsasına doğru düz istiqamətdə yayılır, dırnağı nazikləşdirir, kövrəkləşdirir və diskolorasiyaya (rəngin itməsinə) səbəb olur (şəkil). Nəticədə dırnaq tamamilə zədələnir (şəkil).
Onixomikozlu xəstədə eyni zamanda həm barmaqlararası göbələyə, həm də ayaq altının mokkasin mikozuna təsadüf edilir.
Müalicə
Diaqnoz əkilmənin nəticəsi əsasında təsdiqlənir.
Yerli (topikal) müalicə (amorolfin dırnaq boyası) dırnağın distal sonluğu ilə məhdudlaşan onixomikoz hallarında effektiv ola bilər.
Xiropodist (ayaq xəstəlikləri həkimi) tərəfindən təyin edilmiş deformasiya olunmuş dırnaqların Urea məlhəmi ilə terapiyası müalicə nəticələrini yaxşılaşdıra bilər.
Onixomikoz üçün ən effektiv müalicə vasitəsi terbinafindir, lakin xəstələrin yalnız yarısı bu dərman vasitəsilə sağala bilir. Doza ayaq dırnaqları üçün 3-4 ay ərzində, əl dırnaqlarının müalicəsi üçün isə 6 həftə ərzində gündə bir dəfə 250 mq təşkil edir.
İtrakonazol puls-terapiyası olaraq təyin edilir: 3-4 ay ərzində hər 4 həftədən bir, bir həftə ərzində yemək vaxtı gündə iki dəfə 200 mq.
İtrakonazolun digər dərman maddələri ilə qarşılıqlı təsirini nəzərdə saxlayın.
Onixomikozun müalicə nəticələri cavan xəstələrlə müqayisədə yaşlı xəstələr arasında daha aşağı olur.
Ən azı başlanğıc mərhələdə unilateral, qaşınan, aydın sərhədlənmiş halqa və ya eritematoz kənarlı bir neçə konsentrik halqalar müşahidə edilir (şəkil).
Zədələnmə ocağında və ətrafında, xüsusilə yerli qlükokortikoidlərlə müalicədən sonra pityrosporum mənşəli follikulit və ya kiçik abseslər qeydə alına bilər.
Qasıq zonasının mikozu demək olar ki, yalnız kişilərdə müşahidə edilir.
Müalicə
1-2 həftə ərzində gündə bir dəfə zədələnmiş nahiyyəyə Terbinafin kremi çəkilir.
Azol kremləri 3-4 həftə ərzində gündə iki dəfə çəkilir.
Saç follikullarının dərinliyinə qədər inkişaf etmiş rezistent infeksiyalar zamanı sistemşəkilli dərman preparatları 1-4 həftəlik müalicə dövründə kombinə edilmiş şəkildə tətbiq edilir.
Bədənin gövdə hissəsinin mikozu (tinea corporis)
Şəkillər
Diaqnoz
Klinik təzahür bir ədəd halqa formalı yaradan tutmuş mərkəzi hissəsi sağalmış daha geniş sahələrə yayılmış uçuğa qədər dəyişir (şəkil).
İnfeksiyanın bir hissəsi heyvan mənşəli ola bilər. Dəri simptomları digər funqal infeksiyalar ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpa bilər; hətta yaranın irinləməsi də baş verə bilər.
Heyvanla təmas hallarının qiymətləndirilməsi (qvineya donuzu, pişik, it, mal-qara) göbələk kulturasının müsbət çıxdığı hallarda diaqnozun təsdiqlənməsinə kömək edir.
Güləşçilər arasında Trichophyton tonsurans tərəfindən törədilmiş funqal dəri xəstəlikləri qeydə alınmışdır. Bu xəstəlik atletlər arasında epidemik şəkildə yayıla bilər.
Müalicə
Müalicə qasıq zonasının mikozunda olduğu kimi aparılır.
Xəstəliyin geniş yayılmış formasında sistem təsirli dərman preparatları təyin edilə bilər.
Kəllə dərisinin mikozu (tinea capitis)
Etiologiyası və diaqnozu
Qərb ölkələrində nadir hallarda rast gəlinir.
Diaqnoz hər zaman müalicəyə başlanmamışdan əvvəl götürülmüş göbələk nümunəsində qeydə alınmış müsbət nəticələrə əsaslanmalıdır.
Etioloji faktora adətən Microsporum canis (pişiklərdən keçir) və ya T. mentagrophytes (müxtəlif növ ev heyvanlarından keçir) aid edilir. T. violaceum (inkişaf etmiş ölkələrdən olan uşaqlarda təsadüf edilir), Microsporum audouinii, T. tonsurans və ya T. soudanense nadir hallarda təsadüf edilir.
Klinik təzahür
Başın dərisində qırılmış və ya tökülmüş saçların təsadüf edildiyi bir və ya bir neçə pullu (qabıqlanan) ləkələrə rast gəlinə bilər (şəkil). Bu zaman başın dərisində irinli yaralara rast gəlmək də mümkün olur.
Bəzən sürətlə proqressivləşən, torta bənzər ''kerion'', irinli infeksiyaya təsadüf edilir. Daimi saç tokülməsinin qarşısını almaq məqsədilə müalicəyə tez bir zamanda başlamaq tələb olunur.
Qabıqlanmış dəri hissəciklərini və ya qırılmış saçları cərrahi maşanın köməyilə götürün. Əgər irinə təsadüf edilirsə ondan da nümunə götürülməlidir. Kerion zamanı göbələk kulturasından nümunə götürüldükdən dərhal sonra müalicəyə başlanılmalıdır.
Xəstəliyin qarşısının alınması məqsədilə paralel olaraq digər ailə üzvləri də müayinə və müalicə edilməlidir.
Saç qulluğunda istifadə edilən əşyalar (daraq, saç fırçaları, saç klipləri) digərləri ilə paylaşılmamalıdır.
Müalicə
Terbinafin 250 mq dozada 4 həftə ərzində gündə bir dəfə''?>. İtrakonazol 200 mq\gün dozada 4-6 həftə ərzində tətbiq edilmişdir''?>.
Kəskin fazada yerli dərman maddələri də müalicəyə daxil edilə bilər. Uşaqlar üçün doza hər bir vəziyyətə uyğun tənzimlənməlidir.
Candida göbələyi infeksiyaları
Candida göbələyi infeksiyası adətən hiperdiaqnostika (heç bir simptoma və ya problemə səbəb olmayan tibbi halın diaqnozu) olunur.
Kandidiaz kimi qeydə alınan xəstəliklərə qırmızı yastı dəmrov (lichen planus) və ağızda ''stomatodiniya'', uşaqların ağız bucağında atopik ekzema və dəri büküşlərində seboreik ekzema aid edilir.
''Kandida mənşəli balanit'' əksər hallarda seboreik ekzema, əl barmaqları arasındakı ''kandidal intertriqo'' isə toksik ekzema ola bilər.
Həqiqi kandidiazın ən geniş yayılmış etioloji faktoru Candida albicans sayılır. İnfeksiya adətən başqa yolla zədələnmiş (nəmlik, sürtülmə və s.) dəri sahəsində meydana gəlir.
Candida albicans-ın biomaterialın əkilməsi zamanı təcrid olunması onun səbəbkar patogen olmasını heç də sübuta yetirmir. Belə ki, kandida normal insan saprofiti də ola bilər.
Yaşlı şəxslərin ağız bucaqlarında, sinənin aşağı hissəsində və inquinal (qasıq) büküşlərində müşahidə edilən kandidiaz zamanı təsirlənmiş dəri sahəsi masserasiya olunmuş, büküşlərin aşağı hissəsi adətən xoralaşmış olur və kənarlarda kiçik peyk yaralarına təsadüf edilir.
Təşviqedici faktorlara diabet, uzun müddətli antibakterial müalicə, immunosupressiya və diş protezləri aid edilir.
Oral kandidioz
Klinik təzahür
Bir neçə həftəlik körpələrdə ağızın selikli qişasında, əksər hallarda dildə xarakterik ağ eksudat müşahidə edilir.
Gözlənilənin əksinə bu hal böyüklərdə daha az təsadüf edilir, diaqnozu da çətin olur. Xəstəliyin həm eksudativ, həm də atrofik formaları mövcud olur.
Müalicə
Bax
Kandidozlu anqulyar (ağız bucağının) xeylit
Klinik təzahür
Yanaşı gedən oral kandidiazla birlikdə və hətta tək başına da meydana gələ bilər, bax.
Aşağı damaq üçün nəzərdə tutulmuş diş protezlərindən istifadə etmək ağız bucağında dəri qatını dərinləşdirir, onu nəm saxlayır və kandidoz subyektinə çevrilməsini təşviq edir (şəkil).
Həmçinin nəzər yetirin.
Müalicə
Azol məlhəmləri; Bəzən ikincili ekzemanı və bakterial infeksiyanı müalicə etmək üçün kombinasiya edilmiş məlhəmlərdən istifadə edilir.
Xəstəlik residivləşməyə meyilli olur, bu səbəblə də müalicə vaxtaşırı təkrar edilməlidir.
Göbələk mənşəli intertriqo (dərinin bir-birinə təmas etdiyi bölgələrdə, dəri büküşlərində baş verən iltihab prosesi)
Klinik təzahür
Artıq-diaqnoz (hiperdiaqnostika) qoymamağa çalışın: adətən səbəb seboreik ekzema (xüsusilə anal bölgədə) və ya büküşlərin psoriazı olur.
Sinənin aşağı nahiyyəsində, göbəkdə, inquinal (qasıq) büküşlərdə, sağrı arasında və əl barmağı aralarında meydana gəlir.
Sahə eritematoz, həssas və sulu olur və yaranın ətrafında peyk papulalarına təsadüf etmək mümkün olur (şəkil).
Müalicə
Tərkibində az miqdarda qlükokortikoid olan məlhəm və antifunqal dərman preparatları kombinə olunmuş şəkildə 1-2 həftə ərzində gündə iki dəfə tətbiq edilir.
Adətən peroral antifunqal dərman preparatlarının qəbuluna ehtiyac duyulmur (flukonazol, itrakonazol).
Tez-tez residivləşən kandidiaz qanda qlükozanın təyin edilməsi, immunodefisit ehtimalını nəzərdən keçirtmək üçün göstəriş hesab edilir.
Residivləşmənin qarşısını almaq üçün dəriyə təzyiq edən faktorları məhdudlaşdırmaq lazımdır (dəri büküşlərinin altını çox isti, nəmli saxlamaq, sürtmək və s.).
Göbələk mənşəli paronixiya - dırnaq yatağı kənarının infeksiyası
Klinik təzahür
İnfeksiya əksər hallarda qarışıq tipli olur: Candida albicans + S.aureus.
Nəmli əllərlə işləmək (məs. təmizləyicilər, mətbəx heyəti və s.).
Xroniki paronixiyada dırnaq təbəqəsində eninə cızıqlar və nahamarlıq müşahidə edilir.
Kəskin xarakterli xəstəlik dırnağa daimi zərər yetirmir.
Müalicə
Əllərin qorunması və quru saxlanılması vacibdir.
Göbələk infeksiyası azol, natamisin və ya nistatin tərkibli yerli məlhəmlər vasitəsilə müalicə edilir.
Zəruri hallarda, müalicənin başlanğıc fazasında qlükokortikoid və göbələk əleyhinə dərman maddələrinin kombinasiyasını yerli olaraq tətbiq etmək olar.
Zərurət yarandıqda, xəstəliyin başlanğıc fazasında ilk gün 10-15 dəqiqə olmaqla Kalium permanqanat (KMnO4) vannası tətbiq edilə bilər.
Kandidozlu balanit - sünnət dərisi və ya penis başının iltihabı
Kandidozlu balanit kimi diaqnozu qoyulmuş halların yarısı əslində seboreik (əsasən kəllə dərisində təsadüf edilən dəri xəstəliyi) ekzema olur.
Xəstəlik adətən yüngül xarakterli olur və bəzi hallarda həmçinin spontan olaraq da sağala bilir.
Artıq-diaqnoz və ya hiperdiaqnostika (heç bir simptoma və ya problemə səbəb olmayan tibbi halın diaqnozu) qoyulmuş kandidiaz lazımsız narahatlığa səbəb olur - qadın tərəfdaş simptomsuz olsa da vaginal göbələk infeksiyasına malik ola bilər.
Klinik təzahür
Kandidozlu balanitin simptomlarına qaşınma və sızıldama aid edilir.
Selikli qişada eritematoz eroziyalara və ağ eksudatlara rast gəlmək mümkündür.
Müalicə
Tərkibində azol olan qlükokortikoidli və ya qlükokortikoidsiz yerli məlhəmlər müalicə üçün uyğun sayılır.
İlkin mərhələdə gündəlik olaraq 15 dəqiqə kalium permanqanat vannası (1: 10 000) effektiv təsir göstərir (geyim və damarları zədələməməyə diqqət edin).''?>