Yaralar müalicə edilmədən özbaşına yox olur. Əgər təmasda olmuş uşaqda sadəcə bir neçə papula müşahidə edilirsə, onların sağalması mexaniki vasitələrlə sürətləndirilə bilər.
Epidemiologiya
Kontagioz molyusk uşaqlar arasında geniş yayılmışdır, xüsusilə də atopik quru dəriyə malik olanlar arasında (şəkil). Spesifik immunitetin yaranması residivləşmənin qarşısını alır.
Bir virus üzündən digər uşaqlarla təması məhdudlaşdırmağın heç bir mənası yoxdur və uşaq, bağçaya və məktəbə getməyə normal şəkildə davam edə bilər.
Papulalar bəzən böyüklərdə də meydana gələ bilər. Çoxlu sayda papula immundefisitin bir əlaməti ola bilər.
Diaqnostikası
Mərkəzində çökəkliyi olan (şəkil) kiçik papulalar (bir neçə mm) şəklində meydana gələn tipik törəmələrin diferensial diaqnostikası çətin olmur, xüsusilə də sayları çox olduqda.
Xəstəliyin erkən mərhələsində tipik əlamətlərə rast gəlinməyə bilər, bu səbəblə də tək bir papulaya görə rəy bildirmək çətin ola bilər (şəkil). Böyüklərdə o, erkən bazal hüceyrə karsinomasına və ya piy vəzilərinin hiperplaziyasına bənzəyə bilər (şəkil).
Müalicə
İlk meydana gəlmiş az miqdarda papulanın müalicə edilməsi xəstəliyin yayılmasının qarşısını ala bilər. Ən sadə müalicə üsuluna xüsusi növ pinset, iynə və ya kuretkailə papulanın deşilməsi aid edilir. Əgər uşaq qorxursa prosedurdan 20 - 30 dəqiqə əvvəl lidokain / prilosain kremini yerli olaraq tətbiq etmək adekvat anesteziyanı təmin edəcəkdir. Bu kremin dərinin geniş sahəsinə çəkilməsi tövsiyə edilmir. Həmçinin krioterapiyadan da istifdə edilir (maye azot ən effektiv təsirə malik olur), lakin bu üsulu da tamamilə ağrısız hesab etmək olmaz.
Əgər mexaniki müalicə metodunun həyata keçirilməsi uşaqla mübarizə aparılmadan mümkün olmursa, yaraların özbaşına sağalmasını gözləmək ən münasib yol olacaqdır.
Anesteziyasız kuretka yolu ilə müalicə və ya krioterapiya böyüklər üçün adekvat müalicə üsulları hesab edilir. HİV infeksiyası ehtimalı nəzərə alınmalıdır.
Molyusk infeksiyasının müalicəsi üçün müxtəlif yerli və sistemşəkilli müalicə üsulları sınaqdan keçirilmişdir, lakin onların effektivlik dərəcəsi qeyri - müəyyəndir.
5 - 10%-li kalium hidroksid məhlulunun (Nopoxivir®) effektivliliyinə dair bəzi sübutlar mövcuddur. Papulalar iltihab əlamətlərini göstərənədək məhlul ilə gün ərzində 1 - 2 dəfə silinir (bu prosedur bir neçə həftə çəkir). Bu üsul 2 yaşdan yuxarı uşaqlarda da tətbiq edilə bilər.
Kontagioz molyusk ilə yanaşı gedən atopik ekzemanı kortikosteroidlər və emollientlərlə müalicə etmək törəmələrin sağalmasına mane olmur, əksinə xəstəyə müəyyən qədər kömək edir.
Ağırlaşmalar
Əgər bütün törəmələr qıcıqlanıbsa və onların ətrafında ekzema inkişaf edibsə, səbəb çox ehtimal ki, bakterial infeksiya deyil, immun reaksiyanın başlanmasıdır.
Piodermanın inkişaf etməsi halında antibiotik müalicəsi təyin edilməlidir. Təcrübədə piodermaya çox nadir hallarda rast gəlinir.
Mütəxəssis konsultasiyasına göstəriş
Mütəxəssis konsultasiyası üçün heç bir real göstəriş yoxdur. Həkim terapevt hər növ törəmələri müalicə edə bilər.