Xərçəngin inkişaf etməsi riskinin və estetik zərərlərin qarşısını almaq məqsədilə aktinik keratoz müalicə edilməlidir.
Dermatoloji poliklinikalarda maye azot ilə krioterapiya və fotodinamik terapiya tətbiq edilə bilər.
İlkin tibbi yardım göstərən tibb işçisi imiquimod və diklofenak gelindən də istifadə edə bilər. Lakin o, imiquimod geli haqqında hərtərəfli məlumata malik olmalıdır, çünki bu gel güclü yerli reaksiyanın yaranmasına səbəb olur.
Təsvir
Aktinik keratoz həmçinin günəş keratozu adı ilə də tanınır.
Epidermal hüceyrə böyüməsindəki degenerativ dəyişikliklər; bazal membrandan keçməyən (hələ) epidermal karsinomanın daxilində inkişaf edən prekanserogen törəmələr.
Aktinik keratoz dermisi zədələmədən müalicə edilə bilər (məs. çapığa səbəb olmadan).
Epidemiologiya
Nazik dəriyə malik olanlar arasında geniş yayılmışdır. Yuxarı yaşlı şəxslərdə günəş şüalarına məruz qalmış nahiyələrdə meydana gəlir (şəkil).
Üz (şəkil), keçəl baş, qulağın yuxarı küncləri və əlin dorsal səthi məruz qalınan nahiyələrə aid edilir.
Diaqnostikası
Eritematoz, asimptomatik, yaxşı demarkasiya olunmuş kiçik lövhəciklər şəklində özünü biruzə verir (şəkil).
Lövhəcik bir neçə diametr ölçüsünə qədər böyüyür və qalın hiperkeratoza, hətta dəri buynuzuna (cornu cutaneum) qədər inkişaf edə bilir (şəkil).
Əksər hallarda çoxlu sayda törəmələrə təsadüf edilir (şəkil).
Biopsiya üçün material götürülməli və ya xəstə dermatoloqun müayinəsinə yönləndirilməlidir.
Müalicə və profilaktikası
Müalicədən əvvəl epidermal karsinomanı inkar edin.
Maye azotla krioterapiya effektiv, ucuz və estetik cəhətdən daha əlverişli olur (şəkil).
Eksiziyaya nadir hallarda ehtiyac duyulur: estetik cəhəti nəzərə alsaq krioterapiyanın nəticələri daha əlverişli sayılır.
Topikal (yerli) müalicə xüsusilə böyük sahələri əhatə edən aktinik keratozlar üçün əlverişli sayılır (səhənin kanserizasiyası).
Topikal müalicə fərdi xarakterli təsirə malik olub dərinin qıcıqlanma reaksiyasına səbəb ola bilir. Bu barədə xəstəni məlumatlandırmaq vacibdir.
Birinci sıra topikal müalicə növləri
5% və 3.75%-li İmiquimod kremi
İngenol mebutat geli
İkinci sıra topikal müalicə növləri
3%-li Diklofenak geli. Diklofenakın nazik yaralar üçün istifadə edilməsi daha məqsədəuyğundur, lakin daha qalıcı müalicə nəticələrini əldə edənə qədər gel 3 ay ərzində gündə 2 dəfə tətbiq edilməlidir.
Tretinoin kremi (0.05%), çox nazik yaraların müalicə və profilaktikası üçün istifadə edilə bilər.
Fotodinamik terapiya (FDT) və ya gündüz vaxtı FDT bir çox dermatoloji tibb müəssisələrində tətbiq edilir.
Topikal terapiya krioterapiya və ya fotodinamik terapiya ilə də kombinasiya edilə bilər.
Günəş kremlərindən istifadə yeni yaraların əmələ gəlməsinin qarşısını alır.
2 - 3 aydan sonra müalicə qiymətləndirilməlidir.
Proqnoz
Qarşıdakı illərdə yaralar çox güman ki, yenidən meydana gələcəkdir.
İllər ərzində müalicə edilməsə aktinik keratoz epidermoid karsinomaya qədər inkişaf edə bilər.