Perioral dermatit
EBM Klinik protokolları
25.04.2018 • Sonuncu dəyişiklik 27.11.2017
PekkaAutio
Əsasları
- Naməlum etiologiyaya malik bu xəstəlik adətən qadınlarda müşahidə olunur.
- Etioloji faktor olaraq üz nahiyyəsinə tətbiq edilən kosmetik vasitələrdən və yerli qlükokortikoidlərdən şübhələnilir.
- Tetrasiklinlərdən (tetracyclines) ibarət kifayət qədər uzun bir müalicə kursu ən effektiv müalicə vasitəsi hesab edilir.
Klinik əlamətlər
- Kiçik eritematoz papulalar və tək kiçik pustula, lakin komedon (qara və ya ağ nöqtələr) və ya çapığa rast gəlinmir (şəkillər).
- Gənc və ya orta yaş qadınlarda burun və ya ağız ətrafında (şəkil) meydana gəlir; bəzən həmçinin göz ətrafında (periokulyar dermatit; (şəkillər)), hansı ki qlükokortikoid kremlərinin təsiri nəticəsində proses daha da ağırlaşa bilər (şəkil).
Müayinələr
- Diaqnostik testlər mövcud deyildir.
Müalicəsi
- Tetrasiklin 500 mq/gün adətən 2-3 həftə ərzində effektiv təsir göstərir.
- Təkcə yerli müalicənın aparılması adətən daha az effektlidir
- Metronidazol kremi və ya geli gündə 1-2 dəfə 3-4 ay ərzində tətbiq edilir.
- Pimekrolimus kremi gündə 1-2 dəfə 1-2 ay ərzində (rəsmi göstəriş deyildir) tətbiq edilir.
Adiyyatı mənbələr
- Digər internet mənbələri
- Ədəbiyyat
Malik R, Quirk CJ. Topical applications and perioral dermatitis. Australas J Dermatol 2000 Feb;41(1):34-8.