Qırmızı yastı dəmrov (Lichen planus)
EBM Klinik protokolları
25.04.2018 • Sonuncu dəyişiklik 19.04.2016
PekkaAutio
Əsas məqamlar
- Etiologiyası məlum deyil.
- Dəridə və selikli qişada təzahür edir.
- Diaqnoz adətən klinik olaraq qoyulur.
- Sağalması adətən spontan yolla baş verir, lakin sağalmanı yerli (topikal) müalicə ilə, ağır hallarda isə həmçinin sistem şəkilli dərman maddələrini və ya fototerapiyanı (dar lentli [NB] UVB, PUVA) tətiq etməklə kömək etmək mümkündür.
Klinik xüsusiyyətlər
- Göy-qırmızı, yastı, parlaq, solğun torşəkilli səthə malik poliqanal papulalar (Wickham striae; şəkillər)
- Bəzi papulalar bullalı ola bilər (l. bulloz).
- Ayaqlarda zədələnmə ocaqları hipertrofiyaya uğraya bilər (l. hipertrofikus; şəkillər).
- Ağzın selikli qişasında solğun tora bənzər səth xarakterik bir əlamət sayılır (şəkillər). Bu səth xoralaşa bilir.
- Kebner fenomeni (Koebner phenomenon,izomorfik cavab): dəridəki zədələrin (cızıqların) üzərində papulalar əmələ gəlir
- Tipik sahələrə biləyin alt hissəsi, qolların fleksor (büküş) üzü və topuq (şəkil) aid edilir. Ümumi sahələrə həmçinin əlin içi, ayağın altı, alt dodaq (şəkil) və penis başı (şəkil) aid edilir. Papulalar əksər hallarda gövdədə yayılır, xüsusilə də oma sümüyü nahiyəsində.
- Törəmələr demək olar ki, həmişə qaşınır.
Diaqnostika
- Klinik təzahür adətən diaqnozun qoyulması üçün kifayət edir.
- Dəri biopsiyası diaqnostikdir (identifikasiya üçün).
Müalicə
- Bütün müalicə üsullarının alternativ üsulu spontan sağalmanı gözləməkdir. Spontan sağalma vaxtını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildir. Müalicə haqqında qərar qəbul edərkən özünüzü xəstənin yerinə qoymağa çalışın.
- Güclü kortikosteroid preparatları adətən yaraları bir neçə həftə ərzində təmizləyir.
- Güclü steroidləri nəzarətsiz tətbiq etməyin!
- Ağzın selikli qişasında müşahidə edilən qırmızı yastı dəmrov çətin müalicə olunur. Kortikosteroidlər, retinoidlər, cyclosporin və ya bəzən krioterapiya faydalı ola bilər. Amalqam plomblarının mümkün qıcıqlandırıcı və ya sensibilizasiya effekti nəzərə alınmalıdır.
- Qırmızı yastı dəmrovun piqmentləşmiş qalıqlarını müalicə etməyin. Onlar müəyyən vaxt ərzində spontan olaraq normal rəngə qayıdırlar.
- Əgər, qırmızı yastı dəmrov yayılmışdırsa yerli müalicə üsulları istifadə olunmur. Bu halda dermatoloq acitretin, cyclosporin, NB-UVB və ya PUVA təyin edə bilər.
- Xəstəlik ən azı 50% xəstələrdə bir neçə ildən sonra residivləşə bilər.
Fazel N. Cutaneous lichen planus: A systematic review of treatments. J Dermatolog Treat 2015;26(3):280-3. Gamil H, Nassar A, Saadawi A et al. Narrow-band ultraviolet B phototherapy in lichen planus. J Eur Acad Dermatol Venereol 2009;23(5):589-90. Pavlotsky F, Nathansohn N, Kriger G et al. Ultraviolet-B treatment for cutaneous lichen planus: our experience with 50 patients. Photodermatol Photoimmunol Photomed 2008;24(2):83-6.