Streptokokk infeksiyası, sarkoidoz, tuberkulyoz və yersinioz kimi altda yatan mümkün səbəbləri müəyyənləşdirin və ya istisna edin.
Epidemiologiya
Kişilərə nisbətən qadınlarda daha çox (3-5 dəfə) rast gəlinir.
İrqi və coğrafi fərqlər (altda yatan səbəblərin yayılmasında) xəstəliyin əhatə dairəsinin genişliyinə təsir göstərir.
Xəstəlik ən çox gənc yaşlı yetkin şəxslərə təsir edir.
Əksər hallarda qış və yaz fəslində qeydə alınır.
Etiologiya
İnfeksion xəstəliklər, məsələn
streptokokk etiologiyalı tonzillit (düyünlərin üzə çıxmasından 7-14 gün əvvəl)
mononukleoz
Chlamydia pneumoniae infeksiyası
yersinioz, salmonellyoz
birincili tuberkulyoz infeksiyası
Sarkoidoz
İltihabi bağırsaq xəstəlikləri
Revmatik xəstəliklər
Digər autoimmun xəstəliklər
Hamiləlik
Bəzi dərman preparatlarına qarşı reaksiya, məsələn,
sulfonamidlər
kontraseptiv həblər, hormonal müalicə zamanı tətbiq olunan preparatlar
Maliqnantlıq
Əksər hallarda xəstəliyin etiologiyası naməlum olaraq qalır.
Simptomlar və əlamətlər
Qıçların ön tərəfində tək-tək qırmızı, həssas, qabarıq düyünlər (şəkillər) müəyyən olunur; nadir hallarda bədənin digər nahiyələrində (şəkil) müşahidə edilir.
Yorğunluq, qızdırma, artralgiya, bəzi hallarda periartikulyar (oynaqətrafı) toxumanın şişkinliyi və qızartısı qeydə alına bilər.
Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP)
Soyuğun, eyni zamanda isti kompresslərin tətbiq olunması simptomları yüngülləşdirə bilər.
Davam etməkdə olan hər hansı bir infeksiyanın və ya müalicə edilə biləcək başqa bir spesifik səbəbin aşkarlanmadığı təqdirdə digər qeyri-steroid iltihab əleyhinə maddələr (kolxisin, hidroksixlorokin, dapson, talidomid) və ya sistem qlükokortikoid müalicəsi nəzərdən keçirilə bilər, lakin bunlarla yanaşı problemli hallarda kalium yodid tabletlərinin bir neçə günlük kursu (yetkin yaşlı şəxslər üçün doza- 260 mq × 3, azyaşlı pasiyentlər üçün daha aşağı dozalarda) təyin olunur. Tiroid vəzinin funksional testləri və yoda qarşı ehtimal olunan yüksək həssaslıq reaksiyaları müalicədən əvvəl yoxlanılmalıdır.