Saç tökülməsi
EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 15.02.2018
AlexanderSalava
Əsas məqamlar
- Saç tökülməsinin müalicə edilə bilən səbəbləri əksər hallarda aydın deyildir.
- Diaqnoz klinik mənzərəyə və anamnezə əsaslanır.
- Saç tökülməsinin diffuz və ya ocaqlı olmasını ayırd etmək və baş dərisinin sağlam olub-olmadığını yoxlamaq vacibdir.
Pasiyentin anamnezi
- Əvvəlki 3 - 6 ay ərzində hər hansı bir səbəb faktorunun meydana çıxması ehtimalını nəzərdən keçirin.
- Ciddi infeksiya
- Bir qrup dərmanlar
- Hipotiroidizm
- Uşaq doğulması, stress
- Xarici səbəblər, məs. saç düzəltmək prosedurları, saç müalicəsi
Diaqnoz
- Diffuz saç tökülmələri (bütün nahiyə üzrə) və ocaqlı (yuvalı) saç tökülmələri ayırd edilir.
- Baş nahiyəsinin dəri örtüyü müayinə edilir (qızartı, kəpəklənmə, follikulit).
- Saç tökmə testini aparın: bir qrup (24 - 36) tükləri qomarlayıb və yüngülcə çəkin. Normada 5-dən çox olmayan tük çıxmalıdır.
- Laboratoriya testləri tük tökülməsinin əsasında duran xəstəliklərin istisna edilməsi üçün istifadə oluna bilər: EÇS - eritrositlərin çökmə sürəti, TSH - tiroid stimuləedici hormonun və albuminlə korreksiya olunan kalsiumun səviyyəsinin ölçülməsi, qanın əsas elementlərinin və trombositlərin sayılması.
- Saç tökülməsinin nadir səbəblərinə sink çatışmazlığı (absorpsiya pozğunluğu) və ikincili sifilis daxil ola bilər. Əgər lazım olsa, qanda sinkin səviyyəsi və Treponema pallidum anticisimlərinin olması yoxlanılır.
Kişi tipli (androgenetik) alopesiya
- Əksər hallarda irsidir.
- Diaqnoz klinik mənzərəyə əsaslanır.
- Saçların azalması təpə və gicgah nahiyəsində daha çox olur və alın nahiyəsində isə tüklərin sərhədi tədricən yuxarıya çəkilməyə başlayır.
- Farmakoterapiya
- Yerli olaraq minoxidil (minoxidil) (50 mq / ml) gündə iki dəfə və / və ya
- Finasterid (finasterid) (1 mg / gün) və ya dutasterid (dutasterid) (0,5 mq / gün)
- Effekt yalnız istifadə olunduğu müddətdə davam edir və müalicənin səmərəliliyi bir neçə (6 -12) aydan sonra aydın olur. Minoksidil (minoxidil) və ya finasteridlə müalicəyə başlamazdan əvvəl, xəstəyə müalicə xərclərinin həcmi və uzunmüddətli olması barədə məlumat verilməlidir və həmçinin, müalicənin dayandırılmasının əldə ediilmiş nəticələrin itirilməsinə gətirib çıxara biləcəyi bildirilməlidir.
- Saç tökülmələri üçün saçların transplantasiyası və digər plastik cərrahiyyə müalicəsi variantları
Qadın tipli alopesiya
- Patogenezi kişi tipli keçəlliyə uyğundur və irsi faktorlardan qaynaqlanır.
- Kişilərdən fərqli olaraq, əsasən daha gec yaşlarda (40 - 60) başlayır.
- Saçların azalması kişilərdən fərqli olaraq tük örtüyünün resessiyasını yaratmır və bütün nahiyələrdə bərabər olaraq azalır, kişilərdə olan kimi təpə keçəlliyi yaratmır.
- Hiperandrogenizmin digər əlamətləri olmadıqda (hirsutizm, yumurtalıq polikistozu, anormal menstrual qanaxma, sonsuzluq) heç bir laboratoriya testinə ehtiyac yoxdur.
- Müalicəsi
- Topikal minoksidil (20 mq / ml) gündəlik olaraq iki dəfə.
- Əgər simptomlar narahatlıq yaradırsa anti-androgenik oral kontraseptivlər (estrogen və siproteron asetat, drospirenon və ya desogestrel) (oestrogen and cyproterone acetate, drospirenone or desogestrel) və anti-androgenik xüsusiyyətləri olan preparatlar (məsələn, spironolakton) 6 -12 ay müddətində sınaqdan keçirilə bilər.
- Spironolaktonun optimal dozası gündə 75 -100 mq təşkil edir; birdəfəlik və ya iki dozaya bölünərək verilir. Müalicə başlandıqdan 1 ay sonra və lazım olduğu təqdirdə plazmada natrium, kalium və kreatinin səviyyələri yoxlanmalıdır.
- Fertil yaşda olan qadınlarda spironolaktonla müalicə zamanı intermenstrual qanaxma varsa, spironolakton yalnız menstrual dövrün ilk 3 həftəsi ərzində qəbul edilməlidir. Davamiyyətli istifadə xəstələrin təxminən beşdə birində intermenstrual qanaxmalara səbəb olur. Hormonal uşaqlıq daxili yad cisimlərdən istifadə edən və ya menopauzadan sonrakı dövrdə olan qadınlar spironolaktondan hər gün istifadə edə bilərlər.
- Vitaminlər, mikroelementlər, saçlara qulluq etmək üçün istehsal edilən vasitələr, baş nahiyəsinin masaj edilməsi faydasızdır.
Digər müalicə metodları
- Saçların transplantasiyası və digər plastik cərrahiyyə müalicələri həm qadın, həm də kişi tipli keçəllik olduqda istifadə edilir.
- Lazer müalicələrinin (aşağı səviyyəli lazer terapiyası) və trombositlə zəngin plazma inyeksiyasının effektivliyi haqqında heç bir güclü sübut yoxdur.
- Vitaminlər, mikroelementlər, saça qulluq vasitələri və baş dərisi masajının effektivliyi haqqında heç bir sübut yoxdur.
Telogen saç tökmə
- Telogen saç tökmə elə haldır ki, bu zaman tüklərin böyük əksəriyyəti eyni vaxtda inkişaf fazasından dincəlmə fazasına keçirlər və bu isə səbəb faktorunun meydana çıxmasından 2 - 4 ay sonra saçın tökülməsi ilə nəticələnir.
- Əsas səbəbləri
-
- Kişi tipli keçəlliyin erkən mərhələsi
- Yüksək hərarətlə gedən xəstəliklər
- Xronik xəstəliklər
- Hipotiroidizm
- Anemiya
- Qida çatışmazlığı
- Stress
- Cərrahiyyə əməliyyatının aparılması
- Doğuşun olması
- Dərman preparatları
- For example, stopping or starting oral contraceptives, use of antiepileptics, heparin, antithyroid medication, anabolic steroids (picture ), some antirheumatic agents, especially chloroquine, methotrexate
- Məsələn, oral kontraseptivlərin dayandırılması və ya antiepileptiklərin başlanması, heparinin, antitiroid dərmanların, anabolik steroidlərin (şəkil), bəzi revmatizm əleyhinə olan maddələrin, xüsusilə xloroxin, metotreksat (chloroquine & methotrexate) istifadəsi
- Bu vəziyyətin kəskin formasına sitostatik preparatlar, dərmanlar və ya radioterapiya səbəb ola bilər.
- Saç dəri üzərində bərabər şəkildə itirilir və heç bir keçəllik ocağı meydana gəlmir.
- Saç dartma testi zamanı hər dartmada ilə normadan daha çox saç qopur.
- Yenidən bitmə adətən 6 ay ərzində başlayır.
- Xronik idiopatik telogen alopesiya orta yaşlı qadınlarda da rast gəlinir və bir neçə il davam edə bilər.
Ocaqlı (yuvalı) alopesiya
- Əhalinin təxminən 2% -i həyatının müəyyən bir dövründə bu autoimmun xəstəliklə rastlaşır.
- Diaqnoz bir neçə həftə ərzində inkişaf edən tipik keçəllik ocaqlarına əsaslanır və ocaqlarda kəpəklənmə və ya qızarma (şəkillər) olmur.
- Kiçik ocaqlar bir neçə ay ərzində özbaşına sağalır, lakin illər boyu bu vəziyyət bir dəfə və ya bir neçə dəfə təkrarlana bilər.
- Saç tökülən sahənin geniş olduğu hallarda, xüsusilə də kirpiklər, qaşlar və saqqal cəlb edildikdə (şəkillər) proqnoz yaxşı deyildir.
- Ocaqlı (yuvalı) alopesiya - atopiya, seliakiya xəstəliyi və ya autoimmun tiroidit ilə əlaqələndirilə bilər.
- Klinik şübhə yarandıqda TSH səviyyəsinin qiymətləndirilməsi və ya anti-transqlutaminaza analizi təyin edilir.
- Ocaqlı (yuvalı) alopesiya dırnaq anormallığı ilə yanaşı gedə bilər (şəkil).
Müalicəsi
- Ümumiyyətlə götürüldükdə, proqnoz baxımından müalicə əhəmiyyətli deyil, lakin müəyyən bir dərəcədə tüklərin yenidən artmasını təmin edə bilər.
- Yerli 1 və ya 2-ci sinifə aid (güclü və ya çox güclü) qlükokortikoid məhlullarının məsələn, 3 - 4 həftə davam edən bir kursu.
- Geniş yayılmış alopesiya olan bir pasiyent parik geyinmək istəyə bilər, yerli səhiyyə siyasətlərə uyğun olaraq bu xərclərin ödənilməsi tələbi qarşıya çıxa bilər.
- Dermatoloqlar bəzən qəsdən kontakt allergiyasının induksiyasına əsaslanan yerli immunoterapiya tətbiq edirlər.
- Bitki məhsullarının, vitaminlərin, mikroelementlərin və s. fayda verdiyi göstərilmir.
Çapıqlaşdırıcı alopesiya
- Etiologiyası bilinməyən vəziyyətlərin heterogen bir qrupu.
- Bu prosesə məruz qalmış sahələrin simptomatikasına kəllə dərisinin ocaqlı olaraq qızarması və kəpəklənməsi, daha sonra çapıqlaşması (tük follikulları dağılır) daxil edilir.
- Bu hallar ən çox diskoid qırmızı qurd eşənəyi (diskoid lupus eritematosus) (şəkillər) və qırmızı yastı dəmrov (lichen planus) ilə əlaqələndirilir (şəkil).
- Dermatoloqun müdaxiləsini tələb edir.
Müvafiq resurslar
- Digər internet reusları
- Ədəbiyyat
Kanti V, Messenger A, Dobos G ym. Evidence-based (S3) guideline for the treatment of androgenetic alopecia in women and in men - short version. J Eur Acad Dermatol Venereol 2018;32(1):11-22. Schmidt TH, Shinkai K. Evidence-based approach to cutaneous hyperandrogenism in women. J Am Acad Dermatol 2015;73(4):672-90. Varothai S, Bergfeld WF. Androgenetic alopecia: an evidence-based treatment update. Am J Clin Dermatol 2014;15(3):217-30. van Zuuren EJ, Fedorowicz Z, Carter B. Evidence-based treatments for female pattern hair loss: a summary of a Cochrane systematic review. Br J Dermatol 2012;167(5):995-1010.