Atopiya, aşırı miqdarda alergen-spesifik İgE -nin istehsal edilməsinə olan fərdi meyillilik hesab edilir. İgE-mənşəli sensibilizasiya adətən uşaqlıq dönəmində meydana gəlir. Bu sensibilizasiyaların hamısı deyil, amma çoxu atopik xəstəliklərin yaranması ilə nəticələnir (səciyyəvi olaraq allergik rinit və astma).
''Atopik gediş'' ilk dəfə körpələrdə atopik ekzema və qida allergiyası, daha sonra uşaqlıq dövründə allergik rinit və konyuktivit və nəhayət astma kimi təzahür edən ardıcıllığa aid edilir. Bir şəxsdə bir və ya bir neçə xəstəliyə təsadüf edilə bilər.
Atopiya, aşırı miqdarda allergen-apesifik İgE-nin istehsal edilməsinə olan fərdi meyilliliyə aid edilir. Bu, allergiyanın ən çox təsadüf edilən formasıdır. ''atopik gediş'' ilk dəfə körpələrdə atopik dermatit və qida allergiyası, daha sonra uşaqlıq dövründə tozcuq və heyvan tükünə qarşı inkişaf edən allergik rinit və okulyar simptomlar və nəhayət astma kimi təzahür edən ardıcıllığa aid edilir''?>.
Müayinələrin seçimi və vaxtı
Xəstəlik tarixi, allergiyanın araşdırılmasında yer alan ən vacib vasitə hesab edilir.
Müalicə zamanı nəticə deyil, xəstə hədəf tutmalıdır.
Dəri iynə sınağı (eng. skin prick testing) və ya inhalyasiya edilən ümumi allergenlərə qarşı orqanizm tərəfindən istehsal edilən İgE antitelləri testindən atopik meyilliliyin yoxlanılması üçün istifadə etmək olar. Müsbət nəticə sensibilizasiyaya işarə edir. Allergiya = sübut edilmiş immunoloji sensibilizasiya (adətən spesifik İgE) + klinik simptomlar.
Qida həssaslığı yoxlanılmamalıdır.
Xəstəlik tarixi, allergiyanın araşdırılması üçün ən yaxşı vasitədir. Müalicə zamanı analiz nəticələrini deyil, xəstənin klinik əlamətlərini əsas tutun. Dəri iynə sınağı (eng. skin prick testing) hər yaşda tətbiq ediləcək əsas metod hesab edilir. Qanda İgE-nin ümumi səviyyəsi allergenə qarşı qeyri-həssasdır və onun təyin edilməsindən az fayda əldə edilir. Normal miqdarı allergiyanı inkar etmir, lakin yüksək miqdarı atopik tendensiyaya işarə edir. Buna baxmayaraq, o, allergeni aşkara çıxartmır. Atopik allergiya tendensiyası inhalyasiya edilən antigenlərə qarşı istehsal edilən İgE antitellərinin analizinin həyata keçirilməsi ilə yoxlanıla bilər. Allergiya = sübut edilmiş immunoloji sensibilizasiya (adətən spesifik İgE) + klinik simptomlar''?>.
Rinit
Antihistaminlərin tətbiqi ilə effektiv bir şəkildə yüngülləşmə müşahidə edilən aşkar mövsimi rinitlərdə (tozcuqlardan qaynaqlanan) allerqoloji araşdırmaların aparılması məcburi xarakter daşımır.
Daimi və ya periodik rinitlər zamanı hər hansı bir spesifik allergenin analizini aparmaq və onu aradan qaldırmaq (məs. ev heyvanlarından qaynaqlanan) faydalı ola bilər.
Allergiyaya qarşı münasibətdə dəyişiklik etməkdə ehtiyac vardır; allergenlərdən ehtiyac duyulmadığı hallarda uzaq durulmamalıdır.
Desensibilizasiyanın nəzərdən keçirildiyi zaman spesifik İgE-qaynaqlı sensibilizasiya təstiq edilməlidir.
Antihistaminlərin tətbiqi ilə effektiv bir şəkildə yüngülləşmə müşahidə edilən tozcuqlardan qaynaqlanan aşkar mövsimi rinitlərdə allerqoloji araşdırmaların aparılması məcburi xarakter daşımır. Daimi rinitlər zamanı spesifik allergenin analizini aparmaq və onu aradan qaldırmaq faydalı ola bilər. Spesifik immunoterapiyanın nəzərdən keçirilməsi zamanı İgE qaynaqlı sensibilizasiya mütləq təstiq edilməlidir''?>.
Astma
Əsas araşdırmalara allergiyanın qiymətləndirilməsi daxildir: xəstəlik tarixi və adi dəri sınaqları və ya ən çox inhalyasiya edilən allergenlər üçün seroloji İgE skriniqi.
Allergenlərdən uzaq durmağın yolları haqqındakı təlimatlar, təstiqlənmiş sensibilizasiyadan və allergiyanın simptomlarından asılı olaraq fərdi şəkildə verilməlidir.
Əsas araşdırmalara allergiyanın qiymətləndirilməsi daxildir: xəstəlik tarixi və adi dəri sınaqları və ya ən çox inhalyasiya edilən allergenlər üçün seroloji İgE skrininqi. Allergenlərdən uzaq durmağın yolları haqqındakı təlimatlar, təstiqlənmiş sensibilizasiyadan və allergiyanın simptomlarından asılı olaraq fərdi şəkildə verilməlidir. Allergiyaya qarşı münasibətdə dəyişikliklərin aparılmasına ehtiyac vardır və allergenlərdən lazımsız şəkildə uzaq durmaq tövsiyə edilmir''?>.
Atopik ekzema və qida allergiyası
Əgər körpədə təsadüf edilən atopik ekzema, ekzema əleyhinə müalicəvi məlhəmlərin düzgün tətbiqi ilə yüngülləşmirsə, qida allergiyası ehtimalı araşdırılmalıdır. Körpələrdə ağır atopik ekzema zamanı təsirlənən ekstensiv dəri bölgələri və ya alovlanma kimi təzahür edən qida məhsulları əhəmiyyət kəsb edə bilər. Pəhrizdə yer alan vacib qida məhsulları (süd, taxıl məhsulları) uşağın xəstəlik tarixinə uyğun olaraq ixtisaslaşmış mərkəzlərdə qiymətləndirilməlidir. Araşdırmalara dəri iynə sınağı (eng. skin prick testing), spesifik İgE antitellərinin təyini və zərurət yarandığı halda kontrol testi aid edilir.
Qida hipersensibilizasiyasının diaqnozu diqqətlə toplanmış xəstəlik tarixinə, qiymətləndirmənin aparılmasına və simptomların izlənilməsilə həyata keçirilən kontrol testlərə əsaslanır. Qida allergiyası zamanı artıq dəri və ya laboratoriya sınaqları həyata keçirlməməlidir.
Böyük uşaqlarda atopik ekzema adətən allergiya ilə əlaqəli olaraq mövcud olmur (şəkillər).
Böyüklərdə ekzema adətən İgE-əsaslı allergiya ilə birbaşa əlaqəli olmur. Bəzi pasiyentlərdə İgE-əsaslı allergiya (məs. qida məhsulları, heyvanlar, tozcuqlar) atopik ekzemanı ya birbaşa (protein kontakt dermatidin səbəb olduğu atopik ekzemanın kəskinləşməsi) ya da gecikmiş mexanizmlərin kombinasiya olunmuş təsiri ilə (qarışıq forma) kəskinləşdirə bilər. Bu kimi hallarda dəri iynə sınağının (eng. skin prick testing) həyata keçirilməsinə və ya spesifik İgE antitellərinin ölçülməsinə göstəriş yarana bilər. Hər halda sensibilizasiya hər zaman simptomlarla əlaqəli olaraq interpretasiya edilməlidir.
Ekzemanın yay vaxtı sağalması əsaslı bir şəkildə qida allergiyasına işarə edir.
Qida allergiyasına qarşı aparılan müayinələr: uşaqlar və böyüklər bölməsinə nəzər yetirin.
Böyüklərdə qida allergiyası səbəbindən ağırlaşan atopik ekzemanın diaqnozu allergiya testlərinə deyil, kontrol testlərinin qiymətləndirilməsinə əsaslanmalıdır. Pasiyent testləri ev şəraitində həyata keçirə bilər (qida məhsullarının ciddi reaksiyaya səbəb olmadığı təqdirdə).
Qida məhsulları pəhrizdən 2 həftə boyunca kənarlaşdırılmalıdır. Əgər simptomlar uyğun gələrsə, simptomların meydana gəlmə tərzini izləmək üçün yenidən pəhrizə daxil edilə bilər.
Xəstə qida məhsulları ilə atopik ekzema arasındakı əlaqəni kritik və sistemşəkilli bir tərzdə qiymətləndirməyə təşviq edilməlidir.
Bir çox halda kontrol testi təkrarlanmalıdır. Əgər qida məhsulunun ekzemanı ağırlaşdırdığı təstiq edilərsə, xəstə müəyyən vaxtdan bir kontrol testini təkrarlamağa təşviq edilməlidir, çünki bu zaman qidaya qarşı toleranlıq yarana bilər.
Qida məhsulları pəhrizdən 2 həftə ərzində kənarlaşdırılmalıdır. Əgər simptomlar uyğun gələrsə, simptomların meydana gəlmə tərzini izləmək üçün yenidən pəhrizə daxil edilə bilər. Xəstə qida məhsulları ilə atopik ekzema arasındakı əlaqəni kritik və sistemşəkilli bir tərzdə qiymətləndirməyə təşviq edilməlidir. Əgər qida məhsulunun ekzemanı ağırlaşdırdığı təstiq edilərsə, xəstə müəyyən vaxtdan bir kontrol testini təkrarlamağa təşviq edilməlidir, çünki bu zaman qidaya qarşı toleranlıq yarana bilər.''?>.
Dermatoloji xəstəliklərdən əziyyət çəkən xəstələr üzərində dəri iynə sınağının (eng.skin prick testing) həyata keçirilməsi və antihistamin qəbulunun dayandırılması ilə bağlı göstərişlər üçün nəzər yetirin.
Körpələrdə ağır atopik ekzema zamanı təsirlənən ekstensiv dəri bölgələri və ya alovlanma kimi təzahür edən qida məhsulları əhəmiyyət kəsb edə bilər. Pəhrizdə yer alan vacib qida məhsulları (süd, taxıl məhsulları) uşağın xəstəlik tarixinə uyğun olaraq qiymətləndirilməli və dəri iynə sınağı (eng. skin prick testing) üçün hədd aşağı tutulmalıdır. Qida allergiyasının diaqnozu qiymətləndirmənin aparılmasına və simptomların izlənilməsilə həyata keçirilən kontrol testlərə əsaslanır. Qida allergiyası zamanı artıq dəri və ya laboratoriya sınaqları həyata keçirlməməlidir. Böyük uşaqlarda atopik ekzema adətən allergiya ilə əlaqəli olaraq müşahidə edilmir (şəkillər). Əgər atopik ekzema geniş sahəni əhatə edərsə, müalicəyə qarşı davamlı olarsa və mümkün allergenə qarşı şübhə yaranarsa (şəkillər), böyüklərdə allergiyaya müvafiq testlərin həyata keçirilməsi nəzərdən keçirilə bilər. Ekzemanın yay vaxtı sağalması əsaslı bir şəkildə qida allergiyasına işarə edir. Qida allergiyasının araşdırılması: uşaqlar və böyüklər mövzusuna nəzər yetirin. Dermatoloji xəstəliklərdən əziyyət çəkən xəstələr üzərində dəri iynə sınağının (eng.skin prick testing) həyata keçirilməsi və antihistamin qəbulunun dayandırılması ilə bağlı göstərişlər üçün nəzər yetirin.''?>.