Orta korpuskulyar həcm və ya MCV qırmızı qan hüceyrələrinin orta həcmini xarakterizə edir. MCV-yə görə norma hüdudları 82 - 98 fl (femtolitr)-dir. Qırmızı qan hüceyrəsinin norma hüdudunun yuxarı həddini keçməsi halına makrositoz deyilir.
MCV ya impedans prinsipi (''Coulter'' prinsipi kimi də tanınır), ya da işığın səpilməsinə əsaslanan avtomatik hüceyrə hesablayıcısı vasitəsilə ölçülür.
Makrositoz bərabər səviyyədə yayıla bilər (məs. bütün qırmızı qan hüceyrələrinin ölçüsü artmış olur) və ya ölçü yalnız müəyyən miqdar hüceyrələrdə artmış ola bilər (məs. artmış eritropoezlə əlaqəli olaraq retikulositlərin aşkar olunması).
Əksər laboratoriyalarda MCV dəyəri xüsusi göstəriş olmadan hemoqlobin dəyəri ilə birlikdə avtomatik olaraq təqdim olunur. Dəyərlərin norma hüdudunun yuxarı həddini keçməsi (98 fl) olduqca geniş yayılmış bir haldır.
Yüksəlmiş MCV (makrositoz)
Makrositozun səbəblərini iki qrupa ayırmaq olar
Normoblastik eritropoez
Retikulositoz (qanaxma, hemoliz)
Qaraciyər xəstəliyi
Yüksək alkoqol tükətimi
Ağır hipotiroidizm
Meqaloblastik eritropoez və ya diseritropoez
Hipovitaminoz (B12 vitamini, fol turşusu)
Mielodisplastik sindrom
Dərmandan qaynaqlanan qüsurlu DNT sintezi
Klinik yanaşma
Xəstədə anemiya müşahidə edildiyi hallarda adətən hematoloji araşdırmalar həyata keçirilir.
Əgər hemoqlobin səviyyəsi norma daxilindədirsə:
Alkoqolizm və alkoqolun sui-istifadəsi makrositozun ən geniş yayılmış səbəbi hesab olunur. Əgər yaxın keçmiş və klinik təzahür etanolun ehtimal olunan səbəb olmasına işarə edirsə, digər müayinələr tələb olunmur, lakin mövcud vəziyyət xəstəyə izah edilir. Konsultasiya yolu ilə spirtli içkilərin qəbulunu azaltmağa cəhd edilir. Spirtli içkilərin qəbulunun azaldılması və ya tamamilə dayandırılması bir neçə ay keçməmiş MCV dəyərinə heç bir təsir göstərmir.
Əgər həddindən çox alkoqol qəbulu ehtimal olunan səbəb deyilsə, əlavə müayinələr həyata keçirilir. Makrositozla əlaqəli mövcud olan retikulositoz hemolizin və ya qanaxma səbəbindən yaranan sürətlənmiş eritropoezin bir əlaməti ola bilər. Meqaloblastik anemiya ehtimalı serumda aktiv B12 vitaminin və eritrositdə fol turşusunun ölçülməsilə araşdırılır. Hipotiroidizm halının inkar edilməsi vacibdir. Sümük iliyi müayinəsinin həyata keçirilməsi barəsində göstəriş xəstənin simptomlarının və qan tablosundakı patoloji nəticələrin (məs.sitopeniya) bədxassəli qan xəstəliyinə (məs. mielodisplastik sindrom) işarə etmədiyi təqdirdə təsdiq olunmur. Yüngül makrositozun səbəbi əksər hallarda müəyyən edilməmiş qalır.