Anemiya ilə bağlı həmçinin, qısa istinad məqaləsinə də baxın.
Əsas məqamlar
Ambulator tibbi xidmət zamanı qanın ən çox rast gəlinən xəstəliklərindəndir dəmir defisitli anemiya isə anemiyanın ən çox yayılmış formasıdır. xronik xəstəliklə əlaqədar anemiya isə (ikincili anemiya) daha sonrakı çox rast gəlinən formadır.
Anemiyanın qiymətləndirilməsində əsas suallar bunlardır:
Anemiyanın növü hansıdır (MCV -nin avtomatik təyininə əsasən)?
mikrositar (MCV < 80 fl)
normositar (MCV 80–100 fl)
makrositar (MCV > 100 fl)
Mexanizmi hansıdır ( qırmızı qan hüceyrələrinin istehsalının azalması yaxud qırmızı qan hüceyrələrinin parçalanmasının artması )?
Diaqnoz nədir: patofiziologiyası və anemiyanın əsas səbəbi?
Əsas qaydalar
Anemiyanın üstünlük təşkil etməsi öyrəilən populyasiyadan asılıdır. Ona tez tez rast gəlinir və daha çox "yan diaqnoz" dur. ÜST -nın görə Anemiyanın meyarları aşağıdakılardır
uşaqlar; qanda hemoqlobin < 110 q/l
qadınlar ;qanda hemoqlobin < 120 q/l,hamiləlik dövrü < 110 q/l
kişilər; qanda hemoqlobin < 130 q/l
amma, hemoqlobinin aşağı səviyyələri belə, normal ola bilər. Məsələn, Finlandiyada bu referans diapazonu istifadə edilir : 117–155 q/l qadınlar, və 134–167 g/l kişilər üçün
Anemiyanın üstünlük təşkil etməsi əhəmiyyətli dərəcədə praktikadan asılı olaraq dəyişir. Qadınlarda daha çox rast gəlinir və çox zaman a "yan diaqnoz ". Hemoqlobinin təyini daha çox rutin müayinədir. ."?>
Bir çox pasientlərdə dəmir defisiti anemiyanın ən çox rast gəlinən mexanizmi olması aşkar olunmuşdur. ( ambulator yardım zamanı pasientlərin təqribən 50%-i ).
Anemiya yekun diaqnoz deyil, simptomdur. Bu simptomun səbəbi, başqa sözlə, əsas səbəbi müəyyən olunmalıdır.
Pasientdə hemoqlobinin göstəricisi yol verilən norma hüdudlarında olarsa belə, hemoqlobin səviyyəsinin onun normal hemoqlobin səviyyəsindən 20 q/ldən aşağı düşməsi bir simptom hesab oluna bilər.
Anemiyanın mexanizmi
Anemiya eritrosilərin parçalanmasının artması, (qanaxma yaxud, hemoliz), sümük iliyində eritrositlərin zəif yaranması, yaxud hər iki proses nəticəsində baş verə bilər.
Diaqnostik təyini
Eritrositlərin orta korpuskulyar həcminə -OKH (MCV ) görə anemiyanın morfoloji təsnifatı anemiyanın qiymətləndirilməsində sadə və praktik yanaşmadır.
MCV - Orta korpuskulyar Həcmə görə anemiyanın təsnifatı
Mikrositar anemiyalar (MCV < 80 fl)
dəmir çatışmazlığı
xronik xəstəliklər zamanı anemiya ( az saylı hallarda)
talassemiyalar
Normositik anemiya (MCV 80–100 fl)
xronik xəstəliklər zamanı anemiya (əksər hallarda )
hemolitik anemiya (əksər hallarda)
kəskin hemorragiya
aplastik anemia yaxud sümük iliyinin infiltrasiyası
Makrositar anemiya (MCV > 100 fl)
vitamin B12 çatışmazlığı
folat çatışmazlığı
qan itkisi ( > 2 gün öncədən çox müddətdə baş verən qanaxma və ya hemoliz retikulositoza səbəb olur ki, bu da yüngül makrositoz kimi təzahür edir.)